Pyotr Zaxarov Çeçenes (rus. Пётр Захарович Захаров-Чеченец; 18 sentyabr 1816[1], Dadi-yurt[d] – 15 sentyabr 1846[1], Moskva) — Rusiyalı çeçen rəssam. Onun XIX əsrdə çeçenlər içərisindəki tək rəssam olduğu düşünülür.[2][3]
Pyotr Zaxarov Çeçenes | |
---|---|
Doğum tarixi | 18 sentyabr 1816[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 15 sentyabr 1846[1] (29 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | vərəm |
Dəfn yeri | |
Fəaliyyəti | rəssam |
Təhsili |
|
Janr | portret |
Vikianbarda əlaqəli mediafayllar |
1819-cu ildə Qafqaz müharibəsi zamanı rus qoşunları çeçen kəndi Dadiyurtda ölmüş bir qadın və ölümcül yaralanmış üç yaşlı körpəni tapdı. Rusiya ordusunun baş komandanı Aleksey Petroviç Yermolov həkimlərin onu xilas etməyin mümkünsüz olduğunu deməsinə baxmayaraq,körpəni xilas etmək üçün mümkün olan hər şeyi etməyi əmr etdi. Bütün ehtimallara baxmayaraq körpə sağ qaldı.[4] Körpə böyüdülməsi üçün kazak Zaxar Nedonosova verildi. Bu kazak adından körpə soyadını və atasının adını aldı.[5] Daha sonra Pyotr etnik kimliyini göstərmək üçün onun soyadına “çeçenes” sözünü əlavə etdi.
Yeddi yaşında Pyotr Aleksey Petroviç Yermolovun əmisi oğlu, Gürcüstan Qrenader alayının komandiri, general-mayor Pyotr Yermolov tərəfindən övladlığa götürüldü.[4] Pyotr Yermolov Zaxarovu çox sevirdi və 7 övladı olmasına baxmayaraq, onu öz övladı kimi qəbul edirdi.[3]
Uşaq yaşlarındaykən Zaxarov öz rəssamlıq istedadını göstərdi və Pyotr Yermolov onu Sankt-Peterburqdakı İmperator Rəssamlıq Akademiyasına göndərməyə çalışdı, lakin akademiyanın prezidenti Aleksey Olenin 10 yaşlı oğlanın Akademiyada təhsil almaq üçün çox gənc olduğunu bildirərək, ona xüsusi müəllim yanında rəssamlığı öyrənməsini tövsiyə etdi. Beləliklə, bu uşaq portretçi Lev Volkovdan dərs aldı.
Nəhayət, 17 yaşında Zaxarov Akademiyaya daxil oldu. O, 1835-ci ildə akademiyanı Azad Rəssam diplomu ilə bitirdi və İtaliyada təqaüdlə rəssamlıq təhsili almaq üçün tövsiyə edildi. Səyahət onun həm bədii inkişafı, həm də vərəm əlamətləri göstərməyə başlamış sağlamlığı üçün faydalı ola bilərdi.Ancaq, onun adı milli azlıqların (inorodtsy) Akademiyanın təqaüdlərini istifadə etməsinə qarşı olan Rusiya imperatoru I Nikolay tərəfindən siyahıdan çıxarıldı.[5] Pyotrun ilk müəllimi Lev Volkov gənclərin aşiq olmasına baxmayaraq qızının Zaxarovla evlənməsinə icazə vermədi. Bunun əvəzində Volkov qızını Qafqazdakı qohumlarına göndərdi ki, orada birisiylə evlənsin və bu iş pozulsun.[5]
Zaxarov qısa müddət ərzində dəbli portretçi oldu. Onun müştərilərinə I Nikolayın sevimli qızı Böyük Düşes Mariya Nikolayevna və gələcək əri, şahzadə Maksimilian daxil idi.[4] 1837-ci ildə hərbi xidmətdəki rəssam kimi dövlət xidmətinə daxil oldu.[4] 1842-ci ildə Aleksey Petroviç Yermolovun Portreti ona Rəssamlıq Akademiyasına üzv olmaq imkanını yaratmışdır.[6]
14 yanvar 1846-cı ildə Zaxarov evləndi, lakin xoşbəxtliyi qısa oldu. 13 iyun 1846-cı ildə həyat yoldaşı vərəmdən öldü. Zaxarov da bir neçə ay sonra eyni xəstəlikdən öldü.[4]
Pyotr Zaxarov-Çeçenesin bir çox əsəri Tretyakov qalereyasında və Rusiya Dövlət Muzeyində saxlanılır. Çeçenistanın paytaxtı Qroznıdakı İncəsənət Muzeyi də öz portreti və Ladigenskinin portreti daxil olmaqla bir çox əsərə ev sahibliyi edirdi. 1995-ci ildə Birinci Çeçenistan müharibəsi zamanı Qroznı Muzeyi ciddi ziyan gördü və rəsmlər hamısı məhv edildi. 1995-ci ildən bəri onlar Moskvadakı Qrabar Bərpa Mərkəzində bərpa edilirlər.[2]