Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nazino faciəsi
Nazino faciəsi (rus. Назинская трагедия, translit. Nazinskaya Tragediya) - 1933-cü ilin may ayında Sovet İttifaqındakı Nazino adasına 6000 nəfərin kütləvi şəkildə deportasiyası idi. Deportasiya olunanlar, əsasən siyasi məhbuslar və kiçik cinayətkarlardan ibarət idi və onlar "xüsusi bir qəsəbə" tikmək üçün məcburi şəkildə kiçik, təcrid olunmuş, Tomskdan 540 kilometr (340 mil) şimal-qərbdə yerləşən, Qərbi Sibirdəki adaya göndərildi. Köçkünlərə yalnız yemək üçün un, az miqdarda alətlər, geyimlər və ya sığınacaq verilmişdi. Adanı tərk etməyə çalışanlar silahlı mühafizəçilər tərəfindən öldürülürdü. Adanın şəraiti geniş yayılan xəstəliklərə, hakimiyyətdən sui-istifadə, zorakılıq və kannibalizmə səbəb oldu. On üç həftə ərzində Nazino adası ilə əlaqəli deportasiyalarda 4000-dən çoxu insan öldü ya da itkin düşdü. Sağ qalanların əksəriyyətinin səhhətində problem yarandı. Nazino işi 1988-ci ilə qədər, Sovet İttifaqında qlasnost islahatları zamanı, Memorial cəmiyyəti tərəfindən araşdırma başlayanadək demək olar ki, bilinməz olaraq qalırdı.
İnternet-kazino
İnternet-kazino ( ing. Internet casino ~ ru. Интернет-казино ~ tr. İnternet casino) – İnternet üzərindən qumar oyunları oynamağa imkan verən sayt və ya proqram. Onlayn kazino (ONLINE CASINO), yaxud virtual kazino (VIRTUAL CASINO) da adlandırılan ilk belə kazino 1997-ci ildə ABŞ-də açılıb. Oyunların təşkili üçün iki texnologiya mövcuddur: kazino saytından xüsusi proqram təminatını sərt diskə endirmək, yaxud onlayn texnologiyadan istifadə etmək (daha çox bu texnologiyadan istifadə olunur). Adətən, İnternet-kazinoda istər real pula, istərsə də “fantik”ə (“konfet kağızı”na) oynamaq olar. Pul qoymağı/götürməyi müxtəlif üsullarla etmək olar: kredit kartları, bank köçürmələri, xüsusi kazino kartları, onlayn ödəmə sistemləri (Webmoney, Moneybookers, NETELLER) və s. vasitəsilə. İnternet-kazinodakı oyunlar adi kazinolardakı kimidir: poker, ruletka, bləkcek, oyun avtomatları (videopokerlər və videoslotlar).