Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yarozit
Yarozit – K Fe33+ [(OH)6 | (SO4)]2 — triqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: nadir. == Növ müxtəliflikləri == Kalsiumlu, stronsiumlu (3,35% Sr), selenli (0,2 % SeO4) yarozit. == Xassələri == Rəng – oxra kimi sarı, sarımtıl-qonur, qonur, tünd-qəhvəyi; Mineralın cizgisinin rəngi – sarı; Parıltı – demək olar ki, almaz parıltısından şüşə parıltısınadək; Şəffaflıq – yarımşəffaf; Sıxlıq – 3,15-3,26; Sərtlik – 3-4; Kövrəkdir; Ayrılma – {0001} üzrə mükəmməl; Sınıqlar – qeyri-hamar, qabıqvari; Başqa xassələr – güclü piroelektrik xassələri ilə səciyyələnir, əllə toxunduqda yağlıdır; Morfologiya – kristallar: nadir rast gəlir; kiçik romboedrik və lövhəvarı; Mineral aqreqatları: xırdadənəli, sıx, torpaqvari, lifli kütlələr, qabıqlar, qaysaqlar, konkresiyalar, pirit üzrə psevdomorfozalar. == Mənşəyi və yayılması == Sulfid yataqlarının oksidləşmə zonası üçün səciyyəvidir – dəmirin ilkin kükürd birləşmələrinin aşınması zamanı əmələ gəlir. Mineralın termal bulaq çöküntülərində də tapıntıları məlumdur. Birlikdə rast gəldiyi minerallar: hötit, hidrohötit, hidrohematit, kvars, alunit və b. Mineralın tapıldığı yerlər: Barranko-Yaroso (İspaniya); Lavrion (Yunanıstan); Artyomov (Ukrayna); Blyava (Rusiya); Maykain (Qazaxıstan); Bukantau (Özbəkistan); Yava ad. Azərbaycanda yarozit bir sıra yataq və təzahürlərin (Katsdağ, Daşkəsən, Gədəbəy, Çıraqdərə, İtqırılan, Qızılarxaç və b.) oksidləşmə zonalarında, onun stronsiumlu növ müxtəlifliyi isə Duqlun-Vənənd (Ordubad rayonu) alunit yatağında aşkar edilmişdir. == Tətbiqi == Əhəmiyyətli yığınları pardaxlama tozu və boya istehsalı üçün xammal kimi istifadə edilə bilər.
Parodi
Lorenso Raymundo Parodi (isp. Lorenzo Raimundo Parodi; 23 yanvar 1895 – 21 aprel 1966, Buenos-Ayres) — Argentina botaniki. == Elmi fəaliyyəti == Lorenso Raymundo Parodi toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Lorenzo R. Parodi. La Agricultura Aborigen Argentina. Hardcover, Universidad de Buenos Aires, ISBN 950-23-0733-X (950-23-0733-X) Lorenzo R. Parodi (director). Enciclopedia Argentina de Agricultura y Jardinería, en dos tomos totalizando 3 volúmenes. 1959-1964. La obra sería ampliada y corregida en sucesivas ediciones luego de la muerte del director. == Şərəfinə adlandırılmış taksonlar == Lorenzochloa Reeder & C.Reeder, 1969, nom.
Senecio parodii
Senecio parodii (lat. Senecio parodii) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Xarofit yosunlar
Charophyceae (lat. Charophyceae) — bitki sinfi. Vegetativ və ya cinsi yolla çoxalırlar. Bir çox formaların karbonat hopmuş dişi cinsi hüceyrələri fossil halında mühafizə olunub qalır və "xara tufları" və ya "xarasit" süxurları əmələ gətirir. Xarofit yosunlar şirin su hövzələrində, dayaz laqunlarda geniş pöhrəliklər əmələ gətirir. Gec silur — müasir.
Lorenso Raymundo Parodi