Yarozit

Yarozit – K Fe33+ [(OH)6 | (SO4)]2 — triqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: nadir.

Yarozit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
KFe³⁺₃(SO₄)₂(OH)₆
Strunz təsnifatı VI/B.03a[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Növ müxtəliflikləri

[redaktə | mənbəni redaktə et]

Kalsiumlu, stronsiumlu (3,35% Sr), selenli (0,2 % SeO4) yarozit.

Rəng – oxra kimi sarı, sarımtıl-qonur, qonur, tünd-qəhvəyi; Mineralın cizgisinin rəngi – sarı; Parıltı – demək olar ki, almaz parıltısından şüşə parıltısınadək; Şəffaflıq – yarımşəffaf; Sıxlıq – 3,15-3,26; Sərtlik – 3-4; Kövrəkdir; Ayrılma – {0001} üzrə mükəmməl; Sınıqlar – qeyri-hamar, qabıqvari; Başqa xassələr – güclü piroelektrik xassələri ilə səciyyələnir, əllə toxunduqda yağlıdır; Morfologiya – kristallar: nadir rast gəlir; kiçik romboedrik və lövhəvarı; Mineral aqreqatları: xırdadənəli, sıx, torpaqvari, lifli kütlələr, qabıqlar, qaysaqlar, konkresiyalar, pirit üzrə psevdomorfozalar.

Mənşəyi və yayılması

[redaktə | mənbəni redaktə et]

Sulfid yataqlarının oksidləşmə zonası üçün səciyyəvidir – dəmirin ilkin kükürd birləşmələrinin aşınması zamanı əmələ gəlir. Mineralın termal bulaq çöküntülərində də tapıntıları məlumdur. Birlikdə rast gəldiyi minerallar: hötit, hidrohötit, hidrohematit, kvars, alunit və b. Mineralın tapıldığı yerlər: Barranko-Yaroso (İspaniya); Lavrion (Yunanıstan); Artyomov (Ukrayna); Blyava (Rusiya); Maykain (Qazaxıstan); Bukantau (Özbəkistan); Yava ad. Azərbaycanda yarozit bir sıra yataq və təzahürlərin (Katsdağ, Daşkəsən, Gədəbəy, Çıraqdərə, İtqırılan, Qızılarxaç və b.) oksidləşmə zonalarında, onun stronsiumlu növ müxtəlifliyi isə Duqlun-Vənənd (Ordubad rayonu) alunit yatağında aşkar edilmişdir.

Əhəmiyyətli yığınları pardaxlama tozu və boya istehsalı üçün xammal kimi istifadə edilə bilər.

  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]