Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Faselis
Faselis — Türkiyə Respublikasının Antalya əyalətinin Kemer rayonu yaxınlığında yerləşən antik şəhər. Müasir Tekirova kəndində qalıqları qalmaqdadır. Beydağları Sahil Milli Parkı ərazisində yerləşir. == Tarixi == Faselis şəhərinin əsası E.ə. VII əsrdə Rodos kralı I Oleios tərəfindən qoyulduğu ehtimal edilir. Belə ki, Üç limana sahib olan və zəngin meşə sahələrinin yaxınlığında yerləşən Faselis E.ə. 690-cı ildə Rodosluların koloniyası olmuşdur. E.ə. VII əsrdə və E.ə. VI əsrdə müstəqilliyini qoruyan Faselis şəhəri, Farsların Anadolunu işğal etməsindən sonra onların hakimiyyətini qəbul etmişdilər.
Zabelia
Zabelia (lat. Zabelia) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinə aid bitki cinsi.
Aleksandr Zasepin
Aleksandr Sergeyeviç Zasepin (rus. Александр Сергеевич Зацепин; 10 mart 1926, Novosibirsk, Sibir diyarı[d]) — tanınmış rus və sovet kino bəstəkarı, Rusiyanın xalq artisti (2003). Bir çox məşhur filmlərə bəstələdiyi musiqilərlə şöhrət qazanmışdır. == Həyatı == Aleksandr Sergeyeviç Zasepin 10 mart 1926-cı ildə Novosibirskdə dünyaya gəlmişdir. Atası Sergey Dmitriyeviç Zasepin, anası isə Valentina Oksentoviç Boleslavovna olmuşdur. O, məktəbi bitirdikdən sonra Novosibirsk dəmiryol nəqliyyatı mühəndisliyi institutuna daxil olur. 1945-ci ilin martında onu ali məktəbdən çıxarıb ordu sıralarına aparırlar. Hərbi xidmətdə olarkən Zasepin təkbaşına bir neçə musiqi alətində ifa etməyi öyrənir və buna görə də Novosibirsk qoşunlarındakı mahnı və rəqs ansamblına gedir. 1947-ci ildə Aleksandr ordudan tərxis olunandan sonra Novosibirsk filarmoniyasına dəvət alır. Hələ Alma-Atada olarkən A. Zasepin qərara alır ki, öz sənədlərini musiqi məktəbinə versin, lakin ona birbaşa konservatoriyaya daxil olması barədə zəmanət verirlər.
Mixail Zabelin
Mixail Yuryeviç Zabelin (19 mart 1946, Bakı) — rusəsilli Azərbaycan dövlət xadimi, Azərbaycan Milli Məclisinin I, II, III, IV, V və VI çağırış deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycanda Rus İcmasının sədri. == Həyatı == Mixal Zabelin 1946-cı il martın 19-da Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun Hidromeliorasiya bölməsini, Bakı Ali Partiya Məktəbi və Ümumittifaq Qiyabi Hüquq İnstitutunun isə Sovet quruculuğu bölməsini bitirmişdir. Azərbaycan Beynəlxalq Universitetinin fəxri professorudur. 1 övladı var. == Fəaliyyəti == 1966-cı ildən Layihə İnstitutunda işləmişdir. 1969-cu ildən Oltyabr Rayon Komsomol Komitəsinin Katibi, 1974-cü ildən Lenin Rayon Partiya Komitəsinin və şəhər Partiya Komitəsinin təlimatçısı olmuşdur. 1978-ci ildən Azərbaycan KP MK-da təlimatçı, Birinci Katibin referenti, müfəttişi, 1989-cu ildən Nizami Rayon İcraiyyə Komitəsinin sədri olmuşdur. 1990-cı il sentyabrın 30-da Sovet İttifaqı Kommunist Partiyasından Azərbaycan SSR Ali Sovetinin XII çağırış xalq deputatı seçilmişdir. Ali Sovetin Sovetlərinin işi, yerli özünüidarə və yerli təsərrüfat məsələləri Komissiyasının üzvü olmuşdur.
Zabelia corymbosa
Zabelia corymbosa (lat. Zabelia corymbosa) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin zabelia cinsinə aid bitki növü.
Cotoneaster zabelii
Zabel dovşanalması (lat. Cotoneaster zabelii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Mərkəzi Çində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2 m çatan koldur. Budaqları tünd, qırmızı, qonur rənglidir. Yarpaqları tünd yaşıl rəngli, dəyirmi formalıdır. Üçkünc kasayarpaqlarının uzunluğu 1-2 sm, eni isə 1-2,5 mm-dir, ucu kütdür. Ləçəkləri çəhrayı rənglidir, diametri 2-3 mm, ucu kütdür. Erkəkcikləri 18-20 ədəd olub, ləçəklərdən qısadır. May-iyun aylarında çiçəkləyir, meyvələri avqust-sentyabr aylarında yetişir.
Lum Zaveli
Lum Zaveli (5 mart 1990) — Kosovolu üzgüçü. Lum Zaveli Kosovonu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Lum Zaveli birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 24.32 saniyəlik nəticəsi ilə 57-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Marina Zablit
Marina Zablit (d. 4 mart 1987) — Braziliyanı təmsil edən su poloçusu. == Karyerası == Marina Zablit, Braziliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Çin yığmasına 5:10 hesabı ilə məğlub olan Braziliya yığması, Rio-de-Janeyro Olimpiadasını 8-ci pillədə başa vurdu.
Zadəli (Urmiya)
Zadəli (fars. زده لو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 102 nəfər yaşayır (27 ailə).