Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ataqut
Ataqut — Azərbaycan Respublikasının Xocavənd rayonunun Tuğ kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildən 7 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Ataqut kəndi 7 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kənd adını ərazidəki eyniadlı çaydan almışdır. == Tarixi == === Tarixi abidələri === Ataqut kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Zamanət İbrahimov
Zamanət Gülhəsən oğlu İbrahimov (11 may 1989; Salyan rayonu, Azərbaycan SSR — 27 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zamanət İbrahimov 1989-cu il mayın 11-də Salyan rayonunun Sarvan kəndində anadan olub. 1997-2007-ci illərdə İ. Həsənov adına tam orta məktəbdə təhsil alıb. == Hərbi xidməti == Zamanət İbrahimov 2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2009-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. 2009-2011-ci illərdə Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə, 2011-2014-cü illərdə Göygöl rayonuda yerləşən "N" saylı hərbi hissədə, 2014-2017-ci illərdə Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissədə, 2017-ci ildən isə Naftalanda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi. Azərbaycan Ordusunun giziri olan Zamanət İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zamanət İbrahimov sentyabrın 27-də Madagizin azad edilməsi zamanı şəhid olub. Salyan rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zamanət İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Vata Matanu Qarsia
Vata Matanu Qarsia qısaca Vata (19 mart 1961-ci il) — karyerasını bitirmiş anqolalı futbolçu, hücumçu mövqeyində çıxış edirdi. Karyerasının çox hissəsini Portuqaliyada keçirtmişdir, xüsusən də Benfika klubunda çıxışı ilə yadda qaldı. == Klub karyerası == Anqolada doğulan futbolçu karyerasını Progresso Associação do Sambizanga klubunda başlamışdır. Varzin klunbunda uğurlu çıxışına görə Benfikanın diqqətini cəlb elədi və o, 1988–89 mövsümündə klubla müqavilə imzaladı, mövsümünün sonunda çempionatın ən yaxşı bombardiri oldu. Avropa Kubokunun növbəti mövsümündə Vatanın karyerası ərzində ən yadda qalan məqamı baş verdi, belə ki ilk yarımfinal oyununda Benfika Olimpik Marselə 1–2 hesabı ilə məğlub olmuşdur, ikinci oyunda Vata künc zərbəsindən sonra topa sağ əli lə zərbə vurdu və top qapı xəttini keçdi, səfərdə vurulan məhz bu qolun sayəsində Benfika növbəti mərhələyə keçdi. Portuqaliyada Eştrela Amadora və Torrinse klublarında iki mövsüm keçirtdi və daha sonra Maltanın Floriana və İndoneziyanın Deltras və Persica Cakarta (burada həmdə oyunçu-məşqçi funksiyasını yerinə yetirirdi) klublarında çıxış etdikdən sonra 1998-ci ildə 38 yaşında karyerasını bitirdi. 1993–94 mövsümündə o, ABŞ-da futzalla da məşğul olurdu. == Yığma karyerası == Vata Anqola milli futbol komandasında 1990 FİFA Dünya Kubokunun seçmə mərhələsini də daxil olmaqla 65 oyun keçirtmişdir.