Vata Matanu Qarsia qısaca Vata (19 mart 1961-ci il) — karyerasını bitirmiş anqolalı futbolçu, hücumçu mövqeyində çıxış edirdi.
Vata Matanu Qarsia | |||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Damba, Anqola | ||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | |||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 1,79 | ||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | Hücumçu | ||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||
|
Karyerasının çox hissəsini Portuqaliyada keçirtmişdir, xüsusən də Benfika klubunda çıxışı ilə yadda qaldı.
Anqolada doğulan futbolçu karyerasını Progresso Associação do Sambizanga klubunda başlamışdır. Varzin klunbunda uğurlu çıxışına görə Benfikanın diqqətini cəlb elədi və o, 1988–89 mövsümündə klubla müqavilə imzaladı, mövsümünün sonunda çempionatın ən yaxşı bombardiri oldu.
Avropa Kubokunun növbəti mövsümündə Vatanın karyerası ərzində ən yadda qalan məqamı baş verdi, belə ki ilk yarımfinal oyununda Benfika Olimpik Marselə 1–2 hesabı ilə məğlub olmuşdur, ikinci oyunda Vata künc zərbəsindən sonra topa sağ əli lə zərbə vurdu və top qapı xəttini keçdi, səfərdə vurulan məhz bu qolun sayəsində Benfika növbəti mərhələyə keçdi.[1][2]
Portuqaliyada Eştrela Amadora və Torrinse klublarında iki mövsüm keçirtdi və daha sonra Maltanın Floriana və İndoneziyanın Deltras və Persica Cakarta (burada həmdə oyunçu-məşqçi funksiyasını yerinə yetirirdi) klublarında çıxış etdikdən sonra 1998-ci ildə 38 yaşında karyerasını bitirdi. 1993–94 mövsümündə o, ABŞ-da futzalla da məşğul olurdu.
Vata Anqola milli futbol komandasında 1990 FİFA Dünya Kubokunun seçmə mərhələsini də daxil olmaqla 65 oyun keçirtmişdir.[3]