Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kariatid
Kariatid - memarlıq qurğularında dayaq-dirək funksiyasını daşıyan, yaxud bu funksiyanı obrazlı şəkildə ifadə edən ayaq üstə durmuş qadın heykəli.
Karnatika müharibələri
Karnatika müharibələri — XVIII əsrin ortalarında Moğol imperiyasının xarabalıqlarından yaranan Hindustanın Karnatika bölgəsi dövlətləri arasında Britaniya və Fransa Ost-Hind şirkətləri şəklində avropalı müstəmləkəçilərin dəstəklədiyi və idarə etdiyi bir sıra hərbi münaqişələr. Münaqişələrə Moğol hakimiyyətinin süqutundan sonra Hindustanda çoxlu nominal müstəqil hökmdarlar və onların vassalları arasında hökmranlıq uğrunda mübarizə səbəb olmuşdu. Ost-Hind şirkətləri ölkədə öz səlahiyyətlərinin təsirini genişləndirmək üçün yerli hökmdarlar arasında intriqalarda fəal iştirak edirdilər. Karnatika müharibələri, ilk növbədə, Heydərabad nizamı tərəfindən idarə olunan Qodavari deltasının üstündəki ərazidə aparılmışdır.