Karnatika müharibələri

Karnatika müharibələri — XVIII əsrin ortalarında Moğol imperiyasının xarabalıqlarından yaranan Hindustanın Karnatika bölgəsi dövlətləri arasında BritaniyaFransa Ost-Hind şirkətləri şəklində avropalı müstəmləkəçilərin dəstəklədiyi və idarə etdiyi bir sıra hərbi münaqişələr.

Münaqişələrə Moğol hakimiyyətinin süqutundan sonra Hindustanda çoxlu nominal müstəqil hökmdarlar və onların vassalları arasında hökmranlıq uğrunda mübarizə səbəb olmuşdu. Ost-Hind şirkətləri ölkədə öz səlahiyyətlərinin təsirini genişləndirmək üçün yerli hökmdarlar arasında intriqalarda fəal iştirak edirdilər. Karnatika müharibələri, ilk növbədə, Heydərabad nizamı tərəfindən idarə olunan Qodavari deltasının üstündəki ərazidə aparılmışdır.[1]

  1. "Статья в Encyclopedia Britannica". Archived from the original on 2015-04-26. İstifadə tarixi: 2023-11-15.