Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Karpat
Karpat dağları — Mərkəzi Avropada dağ sistemi. Slovakiya, Macarıstan, Polşa, Ukrayna, Rumıniya, Serbiya və bir qədər də Avstriya ərazisində yerləşir. Karpat dağlarının yaşı 1,2 milyard ilə yaxındır. O, qədim dağlara aid olunur. == Geologiyası == Karpat dağları Alp dağlarının şərqə davamı hesab edilir. Bu dağlar Dunayın sol sahilində yerləşən Kiçik Karpatlarla başlayaraq, Şərqi Serbiya dağlarına qədər, oraq formasında, təxminən 1300 km məsafədə uzanır. Şərqi Avropa platforması ilə Pannon qurusunun arasında yerləşməsi Karpat dağları zonasında tektonik hərəkətlərin Alp dağlarına nisbətən bir qədər başqa formada baş verməsi ilə nəticələnmişdir. Karpat dağlarında qırışıq əmələgəlmə hadisəsi Alp dağlarına nisbətən bir qədər tez, yəni hələ mezozoy erasının ikinci yarısından başlamışdır. Bu sahədə qüvvətli qırışıqlı tektonik hərəkətlər paleogenin əvvəllərində başa çatmışdır. Neogen və dördüncü dövrdə orogenik hərəkətlər və qalxma amplitudu Karpat dağlarında Alplara nisbətən zəif getmişdir.
Karat
Karat Bakı — Bakı şəhərində yaradılmış futbol klubu. Karat (ölçü vahidi) — əsasən zərgərlikdə istifadə edilən ölçü vahidi.
Kamal Karpat
Kamal Karpat (15 fevral 1923, Babadağ – 20 fevral 2019, Madison) — tarixçi. == Həyatı == Türkiyəli tarixçi professor Kamal Karpat ABŞ-dən dəvət aldıqdan sonra bu ölkəyə yollanaraq, Birləşmiş Ştatların Viskonsin Universitetində "Osmanlı tarixi" kafedrasını qurub. K. Karpatın bəzi əsərləri "kitabxanlarda zəruri olan ən yüksək səviyyəli kitablar" arasında göstərilir. Alimin 20 ölkədə 130-dan çox məqaləsi dərc olunub. == Əsərləri == Osmanlı’dan Günümüze Kimlik ve İdeoloji Arxivləşdirilib 2011-08-29 at the Wayback Machine İslamın Siyasallaşması Osmanlı Geçmişi və Bugünün Türkiye'si Osmanlı Nüfusu (1830–1914) Demografik ve Sosyal Özellikleri Osmanlı'dan Günümüze Elitler ve Din Arxivləşdirilib 2011-09-01 at the Wayback Machine Osmanlı'da Değişim Modernleşme ve Uluslaşma Ottoman Borderlands: Issues, Personalities, and Political Changes (Robert Zens ile beraber) Ortadoğu'da Osmanlı Mirası ve Ulusçuluk Ottoman Population 1830–1914. Demographic and Social Characteristics. Türkiye'de Siyasal Sistemin Evrimi 1876–1980 Osmanlı Modernleşmesi Toplum, Kurumsal Değişim ve Nüfus Osmanlı ve Dünya Osmanlı Devleti ve Dünya Tarihindeki Yeri.
Karpat zəlzələsi
Qori zəlzələsi — 1920-ci il fevralın 20-də Gürcüstanda baş vermiş zəlzələ. Bəzən bu zəlzələyə Karpat zəlzələsi də deyilir. Bir gündə iki güclü təkan, birincisi saat 00.00-da 5-6 ball gücündə, ikincisi isə saat 11.45 dəqiqədə dağıdıcı gücdə olmuşdur. Ən güclü təkanlar hiss edilmiş, 1 000 km^2 sahədə olan tikililərin 2/3 hissəsi uçmuş yaxud zədələnmiş, 150-yə qədər adam həlak olmuş və ağır yaralanmışdır. Qori zəlzələsi nəticəsində şəhərdə güclü dağıntılar baş vermişdir. Qoridə və ətrafdakı 30-a qədər kənddə xeyli evlər, kilsələr uçmuş, əyilmiş, şaquli oxu ətrafında dönmüşdür. Çox kəndlərdə zəlzələdən qabaq müəyyən müddət gurultu səsi eşidilmiş və bu müddət adamların evlərdən qaçmasına kifayət etmişdir. Dağlarda uçqunlar olmuş, bulaqlarda suyun miqdarı dəyişmiş, su bulanmış və başqa hallar müşahidə olunmuşdur. Əsası 1888-ci ildə qoyulmuş, Qori seminariyasının ruhani seminariyanın binası 1920-ci ildə Qoridə baş verən dəhşətli zəlzələ nəticəsində dağılıb. == Azərbaycanın köməyi == 1920-ci il fevralın 20-də Gürcüstanda zəlzələ baş vermiş, Qori şəhərində və ətraf kəndlərdə ciddi dağıntılar olmuş, minlərlə adam evsiz-eşiksiz qalmışdı.
Uşi Karnat
Karnat Uşi (alm. Uschi Karnat‎, 3 mart 1952-ci il) – alman pornoaktrisasıdır. Əvvəlcə kosmetoloq, sonradan isə pornoulduz olmuşdur. == Filmoqrafiya == 1971 St. Pauli Report. 1975 Schulmädchen-Report 9: Reifeprüfung vor dem Abitur. 1982 Heiße Höschen. 1982 Josefine Mutzenbacher… wie sie wirklich war. Teil III. 1982 Josefine Mutzenbacher… wie sie wirklich war. Teil IV. 1983 Katharina und ihre wilden Hengste.
Karat (dəqiqləşdirmə)
Karat Bakı — Bakı şəhərində yaradılmış futbol klubu. Karat (ölçü vahidi) — əsasən zərgərlikdə istifadə edilən ölçü vahidi.
Karat Holding
Karat Holdinq
Karpat biosfer qoruğu
Karpat biosfer qoruğu (ukr. Карпатський біосферний заповідник) — Ukraynanın Zakarpatya vilayətində qorunan təbiət ərazisi. 1968-ci ildə yaradılmışdır. 1992-ci ildən UNESKO-nun Biosfer qoruqlarının ümumdünya şəbəkəsinə aid olunmuşdur. Ərazinin ümumi sahəsi 57880 hektardır. Qorunan ərazinin sahəsi isə — 31995 hektardır. Karpat biosfer qoruğu daxilində altı ayrıca massiv var. Massivlərdən başqa ərazidə dövlət əhəmiyyətli iki botanika yasaqlığı var: "Qara dağ" və "Yulevski dağı". Qoruq hündürlüyü dəniz səviyyəsindən 180 metrdən 2061 metrə qədər olan əraziləri əhatə edir. Ərazinin belə struktru qoruğun müxtəlif landşaft və biocoğrafiyaya malik olmasına səbəb olmuşdur.
Moldova Karpat dağları
Moldova Karpat dağları — Şərqi Karpat dağlarının bir hissəsi. Rumıniya ərazisindədir. Paralel silsilələrdən ibarətdir. Hündürlüyü 1956 metrə qədər (Çukaş dağı) yüksəlir.. Çökmə və ox zonalarında kristallik süxurlardan təşkil olunmuşdur. Palıd fıstıq və iynəyarpaqlı meşələrlə, zirvələrə yaxın hissələr dağ çəmənləri ilə örtülmüşdür. Neft, qonur kömür, daşduz yataqları var.
Karat (ölçü vahidi)
Karat — əsasən zərgərlikdə istifadə edilən ölçü vahidi. == Ümumi məlumat == Karat bu gün də zərgərlik işlərində geniş istifadə olunur və 0,2 q-a bərabərdir. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. III cild. səh. 464.
Karat Bakı FK
Karat Futbol Klubu - Bakı şəhərində yaranmışdır. 1 dəfə 2004-2005 mövsümündə futbol üzrə Azərbaycan çempionatının Yüksək dəstəsində iştirak etmişdir.[mənbə göstərin]. == 2004-2005 mövsümü == Həmin mövsüm aşağıdakı cədvələ uyğun göstəricilərə nail olmuşdur. Çempionatı 10-cu bitirməsinə baxmayaraq mövsüm sonunda Karat FK fəaliyyətini dayandırdığı üçün onun əvəzinə aşağı dəstəyə düşən MOİK klubu çempionatda saxlanıldı. Həmin mövsümdə Azərbaycan kubokunda əvvəlcə 1/8 final mərhələsində iki oyunun cəmində Kəpəz PFK komandasını turnirdən uzaqlaşdırmağı bacarsa da, 1/4 finalda İnter komandasına məğlub olaraq mübarizəni dayandırmışdır. ====== 1/8 final ====== 1/4 final == Komandan üzvləri == Komadanın heyətində ən çox qolu hücumçu Kaxaber Cebisaşvili ən çox (2) aftoqol vurmuş futbolçu ilqar Hüseynov olmuşdur.
Kainat
Kainat — zaman, məkan və onların bütün tərkib hissələrini əhatə edir. Kainata planetlər, təbii peyklər, cırtdan planetlər, ulduzlar, qalaktikalar, qalaltikalararası boşluqlar, ən kiçik subatom zərrəciklər və bütün materiya və enerji daxildir. Müşahidəolunan kainatın diametri hal-hazırda 28 parsek və ya 93 milyard işıq ilidir. Kainatın ölçüləri məlum deyil və sonu olub-olmadığı bilinmir. Müşahidələr və fiziki nəzəriyyələrin inkişafı kainatın tərkibi və təkamülü barədə nəticə çıxarmağa imkan verib. Ulduzlar kainatın müşahidə edilən hissəsindəki cisimlərdir. Hər böyük qalaktikada təqribən bir neçə yüz milyard ulduz, Metaqalaktikada isə təqribən 100000 qalaktika olduğundan, kainatdakı ulduzların sayı 1019-dan çoxdur. Qədim zamanlardan insanlar kainatı öyrənməyə başlayıblar. Onlar səmaya baxıb ulduzlar haqqında müxtəlif fikirlər irəli sürmüşdülər. Hələ o zamanda yaşayıb yaradan Biruni teleskop olmadan belə ulduzlar haqqında dəqiq məlumatlar vermişdir.
Kalkan
Kalkan — Türk soyadı. Murad Kalkan — idmançı. Yaşayış məntəqələri Kalkan (Uçalı) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd.
Karakal
Karakas
Karakas (isp. Caracas) — Venesuela Respublikasının paytaxtı. == Əhalisi, dili, dini == Rəsmi məlumatlara görə Karakas şəhərinin federal dairənin hüdudları və şəhərətrafı yerlər də daxil olmaqla əhalisinin sayı 2 mln nəfər təşkil edir. Lakin faktiki olaraq əhalinin sayı 4,5 mln nəfərə yaxındır. Karakas əhalinin sıx məskunlaşdığı şəhərdir. Burada Venesuela əhalisinin altıda biri yaşayır. Paytaxt əhalisi arasında ispan-hindu qarışığı üstünlük təşkil edir. Əhalinin təqribən 20%-i İspanlar, italyanlar, portuqallar və digər Avropa mənşəli xalqlar təşkil edir. Bunlarla yanaşı, Karakasda çox qonşu Kolumbiyanın əhalisi də məskunlaşmışdır. Zəncilər əhalinin 10%, hindular isə ən çoxu 2%-ni təşkil edir.
Karate
= Dərəcələr = Karatedə dərəcəni kəmərlər təmsil edir.Bunlar ağ, sarı, narıncı, yaşıl, göy, qəhvəyi və qaradır.Dərəcələr ''Kyu" adlanır.Qara kəmərdə isə alınan dərəcələr dan adlanır. 1-ci dan,2-ci dan və s. 10 kyu və 10 dan dərəcəsi vardır. === Karate, tam adı karate-do (Yaponca: kara - "boş", te - "əl", do - "yol", yəni "boş əlli yol") - yapon əlbəyaxa döyüş sənəti. 1929-cu ildə Funakosi Gitin tərəfindən dzen buddizmin təsiri altında yaradılmışdır. === Karatenin vətəni Yaponiyanın Okinava adasıdır. XX əsrin əvvəllərində adanın ağır iqtisadi vəziyyəti okinavalıların digər yapon adalarına köçməsinə gətirib çıxarmış, onlar isə öz növbəsində bu idmanın bütün Yaponiyaya yayılmasına yol açmışlar. Karate hazırda olimpiya oyunları siyahısında olan idman növlərindən biridir. Karatenin bir çox növü mövcuddur.Bunlardan biri Goju-ryu;Shotokahan və s.
Kareta
Kareta — kiçik və yumşaq nəqliyyat növü. == Ümumi məlumat == Şərəban və Dilicana nisəbətən kareta kiçik və yumşaq nəqliyyat növü idi. Altı nəfərə qədər sərnişin götürə bilən kareta Azərbaycanda ancaq Bakı şəhərində işlədilmişdir.
Karika
Karika (lat. Carica) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin karikakimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Carica baccata = Vasconcellea microcarpa subsp. baccata Carica candamarcensis = Vasconcellea cundinamarcensis Carica candicans = Vasconcellea candicans (Mito) Carica caudata = Jarilla heterophylla Carica cauliflora = Vasconcellea cauliflora Carica cestriflora = Vasconcellea cundinamarcensis Carica chilensis = Vasconcellea chilensis Carica crassipetala = Vasconcellea crassipetala Carica cundinamarcensis = Vasconcellea cundinamarcensis Carica dodecaphylla = Jacaratia spinosa Carica glandulosa = Vasconcellea glandulosa Carica goudotiana = Vasconcellea goudotiana Carica heterophylla = Vasconcellea microcarpa subsp.
Karnay
Karnay — İran , Tacikistan və Özbəkistan ərazisində yayılmış mis-nəfəsli xalq musiqi alətidir. == Alətin quruluşu == Çox uzun , hətta bəzən 2 metrdən uzun gövdəyə malik , əyilməmiş boruşəkilli formada olur.Registry və tembrinə görə trombona yaxındır. Karnay üçün ,adətən , döyüş və təntənə münasibətilə carçəkmə siqnallarının çalınması xasdır. Alətin çox güclü və uzağa yayılan səsi vardır.Müasir dövrdə Karnay tacik və özbək xalq şənliklərində və toy mərasimi zamanı geniş istifadə olunur.
Karrar
Karrar (Kürdəmir) — Kürdəmir rayonunun inzibati ərazi vahidində qəsəbə. Karrar (tank) — İran tankı.
Karvan
Karvan — tarixən quru nəqliyatı həyata keçirdən donanma. Nəqliyyat at, qatır, eşşək və daha çox dəvələrlə edilərdi. Karvanlarda olan dəvələrin daşıdıqları yüklərə görə ağır və ya yüngül karvan adları verilərdi. Ağır karvandakı dəvələr 300–350, yüngül karvanda isə 170 kq yük daşıyardılar. İndiki vaxtda bir çox motorlu quru, dəniz və ya hava vasitəsindən meydana gələn nəqliyyat qruplarına donanma və.s kimi adlar verilir == Tarixi == Ağır karvanlardan ən böyükləri ildə bir dəfə Şam və Misirdən Hicaza gedən həcc karvanlarıydı. Ayrı-ayrı gedən bu karvanlardan Şamdan hərəkət edənlər mal və əşya xaricində 60–70.000, Misirdən gedənlər isə 40–50.000 adamı tapardı. Karvanların gedişləri qış və yaza görə dəyişik olardı.Qışda gündüz gedərlər gecə istirahət edərdilər. Yayda istinin təsirindən günəş doğulduqdan iki saat sonra gedişi kəsər istirahətə çəkilirlər, gecə gedərdilər. Şamdan çıxan karvan normal olaraq altmış bir gündə Məkkəyə çatır, həcc mövsümü keçincə mal alaraq sərnişinlərlə birlikdə qayıdardılar. Gediş və dönüş zamanı karvanlar təmiz, düzənlik yerlərdə, su kənarlarında, karvansaraylar olduğu mövqelərdə dayanardılar.
Kaskad
Kavkas
Kavkas (ing. Caucas) — Qafqaz salnamələrinə görə Qafqaz və ya Kavkasos (gürcü: კავკასოსი Kavḳasosi) adlanır. Bunların Çeçenlərin və İnquşların atası olduğu iddia edildi. Onun hekayəsi XI əsrdə Leonti Mroveli tərəfindən şifahi ənənədən götürülmüş orta əsr gürcü salnamələri "Kartlis tsxovreba" toplusunda izah edilmişdir. Əfsanəyə görə, o, Tarqamosun oğlu idi və buna görə də Xaosun qardaşı Movakos, Lekos (Lezgin xalqlarının əcdadı adlanır), Geros, Kartlos (gürcü xalqının əcdadı kimi tanınır) və Egros onların mənbəyini aldı. Qafqazın oğlu Durdzuk Çeçenlərin və İnquşların atası sayılır. == Şəcərəsi == == Nəvələri == Nax xalqları|Nax (Vaynaxlar) XI əsrin gürcü salnaməçisi Leonti Mroveli fikrinə görə, "Qafqaz" sözü Qafqazdakı Nax xalqlarının əcdadının adından gəlir.
Kirkit
Kirkid (Kirkit, və ya kirki) — xalça, palaz və digər xalça məmulatlarını toxuyarkən ikinci arğacı salmaq üçün istifadə edilən, qədimdə bəzi heyvanların (əsasən də keçi və ya ceyran) buynuzundan, 1934-cü ildən etibarən metaldan və s.-dən hazırlanan, ikidən dördə qədər dişi olan alətdir. Azərbaycanın bəzi bölgələrində bu aləti daraq da adlandırırlar. Kirkidin iki, üç və ya dörd dişi olur. Zaman keçdikcə digər alətlər kimi bu alətlərin də forma və texniki xüsusiyyətləri təkmilləşmiş, kirkidin dişlərinə metal ucluqlar əlavə olunmuşdur. Arğacın hamar salınması üçün nəzərdə tutulan texnoloji tələblərə tam cavab vermədiyi üçün kirkid sonda tam metaldan hazırlanmışdır.
Maskat
Maskat (ərəb. مسقط‎, ing. Muscat) — Omanın paytaxtı və ən böyük şəhəri. Maskat quberniyasının (mintaki) inzibati mərkəzi. 2010-cu il məlumatına görə əhalisi 650 min nəfərdir. == Coğrafiyası == Oman körfəzində yerləşir. Günəşli bölgə adlanan şəhərətrafı yaşayış məntəqələri ilə birlikdə ərazisi 1500 км². == İqtisadiyyatı == 1970-ci il modernləşdirilməsindən sonra şəhər infrastrukturu sürətlə inkişaf edir. Şəhər üç yerə bölünür : Qərbi Maskat, Mərkəzi Maskat və Şərqi Maskat.
Karaka
Firmiana (lat. Firmiana) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Erythropsis Lindl. Karaka Raf.