Karpat biosfer qoruğu (ukr. Карпатський біосферний заповідник) — Ukraynanın Zakarpatya vilayətində qorunan təbiət ərazisi. 1968-ci ildə yaradılmışdır. 1992-ci ildən UNESKO-nun Biosfer qoruqlarının ümumdünya şəbəkəsinə aid olunmuşdur[1]. Ərazinin ümumi sahəsi 57880 hektardır. Qorunan ərazinin sahəsi isə — 31995 hektardır. Karpat biosfer qoruğu daxilində altı ayrıca massiv var. Massivlərdən başqa ərazidə dövlət əhəmiyyətli iki botanika yasaqlığı var: "Qara dağ" və "Yulevski dağı". Qoruq hündürlüyü dəniz səviyyəsindən 180 metrdən 2061 metrə qədər olan əraziləri əhatə edir. Ərazinin belə struktru qoruğun müxtəlif landşaft və biocoğrafiyaya malik olmasına səbəb olmuşdur. Şərqi Karpat ərazisində insan fəaliyyətinə az məruz qalan dağ ətəyi palıd meşələri, dağ fıstıq meşələri, eləcə də qarışıq və iynəyarpaqlı meşələr geniş yayılıb. Daha yüksək ərazilərdə subalp və alp çəmənlikləri landşaftı diqqəti cəlb edir. Qoruğun əsas böyük massivləri bunlardı: Uqolsko-Şirokolujnyanski massivi. Ukrayna Karpatlarının mərkəzi hissəsində yerləşir. Qaradağlar massivi. Qaradağlar silsiləsinin cənub yamacında, 950–2061 metr yeksəkliyi əhatə edir. Xustski massivi və ya Nərgizlər vadisi. Zakarpatiyanın düzənlik hissəsindədir.
Karpat Biosfer Qoruğu | |
---|---|
ukr. Карпатський біосферний заповідник | |
BTMB kateqoriyası — Ia (Ciddi Təbiət Qoruğu) |
|
Sahəsi | 53 630 ha |
Yaradılma tarixi | 1968 |
Yerləşməsi | |
48°13′00″ şm. e. 24°22′00″ ş. u.HGYO | |
Ölkə | Ukrayna |
kbz.in.ua/en | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qoruq ərazisinin təxminən 90 %-ni ilkin meşə örtüyü tutur. Karpat biosfer qoruğunda mindən artıq ali bitki növü, 66 növ məməli, 193 quş növü, 9 növ sürünən, 13 növ suda-quruda yaşayan, 23 növ balıq və 10000 növ onurğasızlar mövcuddur. Karpat ekosistemi özündə bir çox nadir və nəsli kəsilməkdə olan növlərin gizlənmə yeridir. Qoruqda olan 64 növ bitki və 72 növ heyvan Ukraynanın və Avropanın Qırmızı kitabına daxil edilmişdir.[2]