Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cerom Klapka Cerom
Cerom Klapka Cerom (ing. Jerome Klapka Jerome; 2 may 1859[…] və ya 25 avqust 1859, Uolsoll, Uest-Midlends[d] – 14 iyun 1927[…] və ya 16 iyun 1927, Northempton) — ingilis dramaturqu, yazıçı-yumorist, məşur "Qayıqda üç kişi (İti nəzərə almasaq)" yumoristik romanın, bundan başqa çoxlu sayda yumoristik və satirik əsərlərin müəllifi, "Panç", "Avara (Bekar)" (ing. Idler), "Bu gün" (ing. To-day) kimi məşhur satirik jurnalların daimi əməkdaşı. == Həyatı == === Gəncliyi === Cerom K Cerom Cerom Klappın dördüncü uşağıdır. Atası metal məmulatları satan xırdavatçı, həm də rahib idi. Cerom K Ceromun iki bacısı (Paulina, Blandina) və sonralar tələf olmuş bir qardaşa (Milton) malik olmuşdur. Cerom eksil macar generalı Georgi Kapkanın şərəfinə Kapka adını özünə əlavə etmişdir. Ailəsi Londonun şərqinə köçdükdən sonra Crom K Cerom Marilebon gimnaziyasına (ing. Marylebone Grammar School) gedir.
Alupka
Alupka (ukraynca , rus. Алупка) — Krım dağlarının cənub hissəsində yerləşən bir kurort şəhəridir. == Coğrafiyası == === İqlim === Yanvar və fevral aylarının orta temperaturu +3 – +4 °C, avqust ayında isə +24,6 °C-dir. Orta illik yağıntı dərəcəsi — 400 mm, günəşli saatların illik orta miqdarı — 2150 saat. Yay mövsümü martdan oktyabradək davam edər (su hərarəti təxminən +22 – +28 °C). == Tarix == Müasir Alupka torpaqlarında ilk insan yerləşmələri miladdan əvvəl VIII minillikdə yarandı. Şəhər birinci dəfə 960-cı ildə Alubika adı ilə anıldı. 1475-1774 illəri arasında Alupka osmanlıların hakimiyyəti altında keçdi. Krım Rusiyanın əlinə keçdikdən sonra (1783-cü il) Alupka R.Potömkinin mülkü oldu. 1823-cü ildə isə burada saray qurduran Mixail Vorontsovun sahibliyinə keçdi.
Kleoma
Bu fəsiləyə 150 növ birillik və çoxillik bitki aiddir.Onlar əsasən tropik və subtropik ərazilərdə geniş yayılmışdır.Bəzi növlər mülayim qurşaqlarda da bitir.Azərbaycanda quşayaq kleoma-C.Ornithopodioides,steven kleoması-C.steveniana növü bir çox ərazilərdə bitir.Dekorativ gülçülükdə tikanlı kleoma (C.Spinosa) növü geniş yayılmışdır.Bu kol bitkisinin hündürlüyü 130 sm-ə çatır,gülləri çəhrayı,bənövşəyi və ya yasəmən rənglidir,uzun erkəkcikləri olub,həşərat formasındadır.Hazırda gülçülükdə iki növündən istifadə olunur.Sort və hibridləri isə geniş yayılmışdır.Amerika kleoması (C.americana) gülçülükdə az istifadə olunur.Tikanlı kleoma növü hündürlüyünə və hamaşçiçəyinin formasına görə fərqlənir.Kleoma üçün mənənə təhlükəlidir,bu,cavan bitkilərə ziyan vura bilər.Kleoma qələmlə çoxaldılır.Torpağa əkildikdə bitkilər arasındakı məsafə 45 sm olmalıdır.Kleoma günəşli yerdə yaxşı bitir.Bitki hündür olduğuna görə qazonlarda tək-tək istifadə edilir. == Növləri == == Məlumat mənbəsi == Tofiq Məmmədov (botanik) "Gülçülük ensiklopediyası": Bakı: "Azərbaycan"-2016. http://dendrologiya.az/?page_id=112 Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine == İstinadlar == Kleoma:The Plant List saytında takson barədə məlumat.
Klapa
Klapa (xorv. Klapsko pjevanje) — Xorvatiyanın Dalmaçiya vilayətində ənənəvi a kapella oxuma forması. 2012-ci ildə klapa YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınıb. == Haqqında == "Klapa" sözü "dostlar dəstəsi" kimi tərcümə olunur və onun kökləri sahilboyu kilsə oxumasına gedib çıxır. Ənənəvi klapa oxuması kilsə mərasimləri və sadə insanların gündəlik həyatı ilə bağlı olaraq, xorun köməyilə insanların daxili tələbatlarından yaranan ünsiyyətini səciyyələndirir. Adətən, bayram şəraitində kişilərdən ibarət heyət çıxış edir. Klapa mahnılarında bayram, sevgi, şərab, vətən və dəniz kimi mövzular daha əsasdır. Bu istiqamətin əsas elementləri harmoniya və ahəngdarlıqdır. Ritm isə çox nadir hallarda vacib hesab olunur. Vəziyyətdən asılı olaraq, mahnı şən və şövqlü, yaxud da kədərli və sirli ola bilər.
Lefka
Lefka (yun. Λεύκα; türk. Lefke) ― Kiprdə qəsəbə. Ərazi Şimali Kiprin de-fakto nəzarəti altındadır. 2011-ci ildə qəsəbənin 3009 nəfər sakini var idi. Qəsəbə 2016-cı ilə qədər Gözəlyurd ilçəsinin mərkəzi olmuş, daha sonra isə yeni yaradılan Lefka ilçəsinin mərkəzinə çevrilmişdir. Lefka sitrus meyvələri və mədənləri ilə məşhurdur. Qəsəbədə Avropa Lefka Universitetinin yerləşir. Kiprin Venesiya dövründə Lefkada İtalyan əsilli Katoliklər üstünlük təşkil etmiş, Osmanlı hakimiyyəti dövründə isə əraziyə türklər köçürülmüşdür. Asil Nadir və Nil Burak Lefkada anadan olmuşdurlar.
Alenka Qolyevşek
Alenka Qolyevşek (7 Sentyabr 1933 — 17 Yanvar 2017) — Sloveniyalı yazıçı, publisist və dramaturq. Qolyevşek Sloveniya mifiologiyasından bəhs edən Med bogovi in demoni (Tanrılar və iblislər) kitabına görə 1988-ci ildə Levstik Mükafatına layiq görülmüşdür. O, həmçinin dramaturq idi. Əri ədəbi tarixçi, filosof və publisist Taras Kermauner olmuşdur. == Biblioqrafiyası == === Gənclərin ədəbiyyatı === Čudozgode (Möcüzəli nağıllar), 1974 Po štirih, po dveh (Dörd ayağı, İki ayağı), 1996 === Gənclər üçün əsərlər === Čudežni kamen (Sehrli daş), 1979 Če zmaj požre mamo (Nə vaxt əjdaha ananı yeyəcək), 1981 Hiša (Ev), 1981 Kralj Matjaž, kako se imaš? (Kraz Matyaj necəsiniz?), 1981 Volk in rdeča kapica (Canavar və balaca qırmızı papaq tamaşası), 1982 Zakaj avto zjutraj noče vžgati (Niyə maşın səhər işləməyəcək?), 1982 Gornastenisedimuha (Divardakı teflyon) 1983 === Böyüklər üçün əsərlər === Srečanje na Osojah (Osojedə görüş), 1981 Pod Prešernovo glavo (Preserinin büstünün yanında), 1984 Zelena je moja dolina (Mənim vadim yaşıldır), 1985 Lepa Vida 87 (Gözəl Vida 87), 1987 Srečna draga vas domača (Xoşbəxt, sevimli ev kəndi), 1999 === Monoqrafiyalar === Mit in slovenska ljudska pesem (Mif və Sloveniyanın ənənəvi mahnıları), 1982 Med bogovi in demoni: liki iz slovenske mitologije (Tanrılar və iblislər arasında: Sloveniya mifologiyası rəqəmlərdən), 1988 Pravljice, kaj ste?
Kuenka (Ekvador)
Kuenka (isp. Cuenca / Santa Ana de los cuatro Ríos de Cuenca) — böyüklüyünə görə Ekvadorun üçüncü şəhəri, Asuay əyalətinin inzibati mərkəzi. Şəhər Ekvador andlarında ("Syerra" kimi tanınan), dəniz səviyyəsindən 2 560 metr yüksəklikdə yerləşir. Şəhər 1557-ci ildə Xil Ramires Davalos tərəfindən qədim şəhər olan Tomebambanın yerində Santa Anа de los cuatro rios de Cuenca adı ilə salınmışdır. Şəhərin mərkəzində UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmiş və müstəmləkəçilik dövrünə aid çox sayda tarixi tikili mövcuddur. 1974-cü ildə cəmi 105 000 əhalisi olan şəhərdə 2010-cu ilin hesablamalarına görə 329 928 sakin yaşayır. Ümumilikdə aqlomerasiyanın müasir əhalisi isə təxminən 700 000 nəfərdir. İqtisadiyyatının əsasını kənd təsərrüfatı və sənaye, xüsusilə toxuculuq və yeyinti sənayesi təşkil edir, ixracat üçün kustar üsulla şlyapa istehsal olunur. Bundan başqa şəhərdə 8 universitet fəaliyyət göstərir. Onlardan ən qədimi olan Kuenka Universitetində təxminən 12 000 tələbə təhsil alır.
Auqusts Kepke
Auqusts Kepke (6 yanvar 1886 — ölüm tarixi məlum deyil) — Rusiyalı keçmiş peşəkar velosiped yarışçısı. Auqusts Kepke Rusiyanı 1912-ci ildə V Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Auqusts Kepke birinci dəfə Olimpiya Oyunlarına 1912-ci ildə qatıldı. O, Stokholmda baş tutan V Yay Olimpiya Oyunlarında iki yarışda iştirak etdi. Yarışı sona qədər başa vura bilmədi.
Karlis Kepke
Karlis Kepke (6 noyabr 1890 — ölüm tarixi məlum deyil) — Latviyalı keçmiş peşəkar velosiped yarışçısı. Karlis Kepke Rusiyanı 1912-ci ildə V Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Karlis Kepke birinci dəfə Olimpiya Oyunlarına 1912-ci ildə qatıldı. O, Stokholmda baş tutan V Yay Olimpiya Oyunlarında iki yarışda iştirak etdi. Yarışı sona qədər başa vura bilmədi.
Lenka Dürr
Lenka Dürr – Almaniyalı libero.1990-cu ildə Almaniyanın Memmingen şəhərində dünyaya gəlmişdir. == Karyerası == 2008-ci ildən etibarən Almaniya milli voleybol komandasının şərəfini qoruyur. 2007-ci ildə yeniyetmələr arasında dünya çempionatının qızıl medalını qazanmışdır. Karyerasının əksər hissəsini Rote Raben Vilsbiburq klubunda keçirmişdir. 2009-cu ildə isə dünya kubokunu bu səfər gənc milli komanda da qaldıraraq karyerasında daha bir mühüm titul qazanır. Həmçinin voleybolçu 2013-cü ildə Avropa çempionatının qızıl medalına yiyələnmişdir. Bundan sonra alman libero İqtisadçı klubunun diqqətinin çəkir və 2013-cü ildə Bakı klubuna transfer olunur. == Uğurları == === Klub === Almaniya 1.Bundesliqa Çempionluqlar 2007-08, 2009-10 Almaniya kuboku Çempionluqlar 2008-09 === Ölkə === Yeniyetmələrin dünya çempionatı 2007. Gənclərin dünya çempionatı 2009. Böyüklər Avropa çempionatı 2013.
Lenka Popkin
Lenka Popkin (d. 16 aprel 1978; Teplitse, Çexiya) — Çexiyanı təmsil edən batut gimnastı. Lenka Popkin, 2008-ci ildə Çexiyanı XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Lenka Popkin, 2008-ci ildə Çexiya bayrağı altında Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların təsnifat mərhələsində Popkin, 57.60 xal topladı və 16 idmançı sırasında 15-ci yeri tutaraq mübarizəni dayandırdı.
Lepia sativa
Vəzəri (lat. Lepidium sativum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin bozalaq cinsinə aid bitki növü. == Sinonimləri == Arabis chinensis Rottler ex Wight Cardamon sativum (L.) Fourr. Crucifera nasturtium E.H.L.Krause Lepia sativa (L.) Desv. Lepidium hortense Forssk. Lepidium sativum var. crispum DC. Lepidium sativum subsp. sativum sativum Lepidium sativum var. spinescens (DC.) Jafri Lepidium sativum subsp. spinescens (DC.) Thell.
Lipka tatarları
Lipka tatarları — Litva tatarları, Lexistanlı tatarlar, Lipkovie, Lipcani və ya Müslimi olaraq da bilinən polşalı tatarlar. 6 əsrlik dövr ərzində hal-hazırkı Polşa, Litva və Belarusun sərhədləri daxilində yaşayan özünəməxsus adətlərə və həyat tərzinə sahib cəmiyyət. Tatarların ilk olaraq Avropa torpaqlarına köç etmələri Qızıl Ordu dövlətindəki qarışıqlıqlardan sonrakı dövrə təsadüf etməkdədir. Qızıl Ordu dövlətində yaşanan daxili çəkişmələr əticəsində tatarların çoxu Şərqi Avropa torpaqlarına köç edərək ilk yaşayış məskənlərini qurmuşdular. Qızı Ordu dövlətində yaşanan daxili çəkişmə nəticəsində Qızıl Ordunun dağılması ərəfəsində tatarlar 1392-1430-cu illər arasında Litva hersoqluğu tərəfindən Vilnus yaxınlarına məskun edilmişdirlər. XIV əsrin əvvəllərində Litvaya yerləşən tatar icmasının ilk üzvləri şamanist dinlərini qorumağa çalışmış v xristian olmayan litvalılar arasında mühacir olaraq yaşamışdırlar. XIV əsrin sonlarına doğru başqa tara köçü də yaşanmış, bu dəfə müsəlmanlar Vytautas tərəfindən Litvaya dəvət edilmişdirlərş Bu tatarlar Vilnus, Trakay, Qrodno və Kaunas çevrəsinə yerləşdirilmiş və sonrasında Reç Pospolitanın bir hissəsi olacaq Böyük Hesoqluğun digər bölgələrinə də yayılmışdırlar. XIV əsrdə başlayan tatar köçləri XVII əsrə qədər durmadan davam etmişdir. XVI əsrdən etibarən ana dillərini itirməyə başlamış olan Lipka tatarları belorusca, litvaca və polyakcanı mənimsəmişdirlər. Belorusiya, Litva və Polşada azınlıq halında yaşamaqda olan Lipka tatarları ABŞ-də da bır sıra yerlərdə yaşamaqdadırlar.
Myalityana Klerk
Myalityana Klerk (16 noyabr 2001, Ambohitrimancaka, Madaqaskar) — Madaqaskarlı dağ-xizək idmançısı. Myalityana Klerk Madaqaskarı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. Klerk Madaqskarı Qış Olimpiya Oyunlarında təmsil edən ilk qadın idmançı olmuşdur. Klerk Madaqaskarda anadan olmuşdur. O, bir yaşında fransız ailə tərəfindən övladlığa götürülmüşdür. O, Fransada xizək sürməyi öyrənmişdir. == Karyerası == Myalityana Klerk birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında qadınlar böyük slalom yarışlarında iştirak etdi. Klerk 2:39.00 saniyəlik nəticəsi ilə 81 atlet arasında 48-ci yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Zaqornıye Kletya (Şaran)
Zaqornıye Kletya (başq. Загорные Клетья, rus. Загорные Клетья) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Dimitriyevo Polyanka kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 23 km, kənd sovetliyindən (Dimitriyevo Polyanka): 18 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 55 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (56%), ruslar (31%) üstünlük təşkil edir.
Aqnes Mariya Klerk
Aqnes Mariya Klerk (ing. Agnes Mary Clerke, 10 fevral 1842[…] – 20 yanvar 1907[…], London) — astronom, astronomiya aid kitabların müəllifi. == Həyatı == Aqnes Mariya Klerk 10 fevral 1842-ci ildə İrlandiyada Skibberendə anadan olub. Elmi müzakirələrin getdiyi bir evdə böyüyən Aqnes Mariya kiçik yaşlarından etibarən riyaziyyat və astonomiya elmlərinə böyük maraq göstərmişdi. Atası Con Villis Klerk həvəskar bir elm coşqusu ilə hər üç övladını aktiv olaraq oxumağa yönləndirmişdi. Evindəki laboratoriyada kimya təcrübələri aparan Con Villis Klerk həyət bağçasında bir teleskop da qurmuşdu. Klerkin bütün övladları evdə təhsil aldılar, latın, yunan dillərini öyrəndilər, riyaziyyat və astronomiya biliklərini mənimsədilər. Astronomiya Mariya Klekin daha çox diqqətini çəkmişdi və hələ 15 yaşında ikən bir astronomiya tarixi yazmağa başlamışdı. 1867-ci ildən etibarən Aqnes Mariya anası və bacısı Ellen ilə qış aylarını İtalyanın Florensiya şəhərində keçirməyə başladılar. Aqnes Mariya burda zamanının çox hissəsini kitabxanalarda keçirir və elmi biliklərə olan aclığını doyurmağa çalışırdı.
Kepa Arrisabalaqa
Kepa Arrisabalaqa (3 oktyabr 1994) — İngiltərə Premyer Liqasında çıxış edən Çelsinin qapıçısı.
Retçet və Klenk (film)
Retçet və Klenk (ing. Ratchet & Clank) — 2016-ci ildə kompüter animasiyası elmi fantastika komediya filmi Rainmaker Entertainment tərəfindən istehsal edilmiş və Insomniac Games əsasında Gramercy Pictures tərəfindən yayımlanmışdır. Oyunlar eyni adlı videooyun seriyası. Filmin rejissoru Kevin Munro, həm rejissoru Jericca Cleland, filmdə baş rollarda Paul Giamatti, Con Qudman, Bella Thorne, Rosario Dowson səsləri çəkilib. və Sylvester Stallone. James Arnold Taylor və David Kaye öz rollarını Cim Ward və Armin Shimerman ilə birlikdə baş qəhrəmanlar kimi canlandırırlar. == Süjet == Solana Qalaktikasında, sədr Drek və onun adamları, Blarg, süni bir planet olan Yeni Kvartunun tikintisi üçün arzu olunan materialı çıxarmaq üçün sistemli olaraq bir çox planeti sökürlər. Blargların bu yeni dünyaya ehtiyacı var, çünki onların evi, Quartu, çirklənmə səbəbindən yaşayış üçün yararsız hala salınıb. Məhv sülhməramlı Qalaktik Reyncerslərin diqqətini cəlb edir. Quartu-da Drek-in döyüş robotlarını istehsal edən bir fabrikdə, qaralma səbəbindən qüsurlu bir robot istehsal olunur və Drekin planını Rangers-ə çatdırmaq üçün Kervana uçur.
Retçet və Klenk (film, 2016)
Retçet və Klenk (ing. Ratchet & Clank) — 2016-ci ildə kompüter animasiyası elmi fantastika komediya filmi Rainmaker Entertainment tərəfindən istehsal edilmiş və Insomniac Games əsasında Gramercy Pictures tərəfindən yayımlanmışdır. Oyunlar eyni adlı videooyun seriyası. Filmin rejissoru Kevin Munro, həm rejissoru Jericca Cleland, filmdə baş rollarda Paul Giamatti, Con Qudman, Bella Thorne, Rosario Dowson səsləri çəkilib. və Sylvester Stallone. James Arnold Taylor və David Kaye öz rollarını Cim Ward və Armin Shimerman ilə birlikdə baş qəhrəmanlar kimi canlandırırlar. == Süjet == Solana Qalaktikasında, sədr Drek və onun adamları, Blarg, süni bir planet olan Yeni Kvartunun tikintisi üçün arzu olunan materialı çıxarmaq üçün sistemli olaraq bir çox planeti sökürlər. Blargların bu yeni dünyaya ehtiyacı var, çünki onların evi, Quartu, çirklənmə səbəbindən yaşayış üçün yararsız hala salınıb. Məhv sülhməramlı Qalaktik Reyncerslərin diqqətini cəlb edir. Quartu-da Drek-in döyüş robotlarını istehsal edən bir fabrikdə, qaralma səbəbindən qüsurlu bir robot istehsal olunur və Drekin planını Rangers-ə çatdırmaq üçün Kervana uçur.
Abu Klea döyüşü (1885)
Abu Klea döyüşü — 17 yanvar 1885-ci ildə general-mayor Herbert Stevartın başçılığı ilə 1 400 nəfərlik ingilis qoşunu ilə 13 000 nəfərlik Sudan qoşunu arasında Sudanın Xartum şəhərində baş vermişdir. İngilis qoşunlarının qalibiyyəti ilə başa çatmışdır.