Kuenka (Ekvador)

Kuenka (isp. Cuenca / Santa Ana de los cuatro Ríos de Cuenca) — böyüklüyünə görə Ekvadorun üçüncü şəhəri, Asuay əyalətinin inzibati mərkəzi. Şəhər Ekvador andlarında ("Syerra" kimi tanınan), dəniz səviyyəsindən 2 560 metr yüksəklikdə yerləşir. Şəhər 1557-ci ildə Xil Ramires Davalos tərəfindən qədim şəhər olan Tomebambanın yerində Santa Anа de los cuatro rios de Cuenca adı ilə salınmışdır. Şəhərin mərkəzində UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmiş və müstəmləkəçilik dövrünə aid çox sayda tarixi tikili mövcuddur.

Kuenka
isp. Cuenca
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
2°53′50″ c. e. 79°00′16″ q. u.HGYO
Ölkə  Ekvador
Tarixi və coğrafiyası
Əsası qoyulub 1557
Sahəsi 67,71 km²
Mərkəzin hündürlüyü 2560 m
Saat qurşağı UTC−5
Əhalisi
Əhalisi 329.928[1] nəfər (2010)
Rəqəmsal identifikatorlar
Telefon kodu 593 7
Poçt indeksi EC010150
Digər
cuenca.gob.ec
Xəritəni göstər/gizlə
Kuenka xəritədə
Kuenka
Kuenka
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1974-cü ildə cəmi 105 000 əhalisi olan şəhərdə 2010-cu ilin hesablamalarına görə 329 928 sakin yaşayır. Ümumilikdə aqlomerasiyanın müasir əhalisi isə təxminən 700 000 nəfərdir. İqtisadiyyatının əsasını kənd təsərrüfatı və sənaye, xüsusilə toxuculuq və yeyinti sənayesi təşkil edir, ixracat üçün kustar üsulla şlyapa istehsal olunur. Bundan başqa şəhərdə 8 universitet fəaliyyət göstərir. Onlardan ən qədimi olan Kuenka Universitetində təxminən 12 000 tələbə təhsil alır. 25 may 2020-ci ildə şəhərdə tramvay xətti açılmışdır.[2]

Bakirə Məryəm kilsəsi

Şəhərin tarixi ispanların buraya gəlməsindən və hətta inklərdən də əvvələ gedib çıxır. Onun əsası Quanpodelaq ("səma qədər böyük torpaq" mənası verir) adlı kanyari hindiləri tərəfindən təxminən 500-cü ildə qoyulmuşdur. İspanların Amerikaya gəlişindən təxminən 50 il əvvəl şəhər inklər tərəfindən ələ keçirilmiş və Tomebamba adlandırılmışdır. İnklər şəhərin görkəmini əhəmiyyətli dərəcədə dəyişmiş, şəhər memarlığını öz zövqlərinə uyğunlaşdırmışlar. Amma bununla belə onlar kanyarilərin milli kimliyini məhdudlaşdırsalar da, tam aradan qaldırmamışlar. Şəhər imperiyanın siyasi mərkəzlərindən biri olmuşdur, ancaq Ataualpa və Uaskar arasında hakimiyyət uğrunda gedən mübarizədə dağıdılmışdır.

1557-ci ilə qədər şəhərdə çox az sayda əhali yaşamışdır. 1548-ci ildə cənubi Ekvadorun digər vacib şəhəri olan Loxanın əsası qoyulandan sonra, 1557-ci ildə Perunun vitse-kralı Andres Ertado de Mendosanın sərəncamı ilə Tomembambanın da yerində Kuenka şəhəri salınmışdır. Müstəmləkəçilik dövründə şəhər əhalisi sürətlə artmış və 1820-ci ildə cənubi Ekvador öz müstəqilliyini elan edərkən özünün ən yüksək səviyyəsinə çatmışdır. Bundan sonra Kuenka yeni respublikanın üç əyalətindən biri olmuşdur.

Kuenkanın küçələrindən biri

Kuenka Asuay əyalətinin inzibati mərkəzidir və And dağlarındakı (Ekvadorda "Syerra" adlandırılan) Austro bölgəsində, yəni ölkənin cənub hissəsində yerləşir. Şəhərə avtomobillə Kiotodan 9 saata, Quayakildən isə 4 saata getmək olur. Şəhər dəniz səviyyəsindən təxminən 2350-2560 metr yüksəklikdə yerləşir və relyefinin əsas xüsusiyyətinə - burada axan dörd çaya görə Kuenka (isp. Cuenca — "çay hövzəsi") adlandırılmışdır. Bunlar Tomebabma, Yanunkay, Tarki və Maçanqara çaylarıdır. Onlardan ilk üçü öz başlanğıcını Paramo rayonlarından, şəhərdən qərbdə yerləşən Kaxas Milli parkından götürür. Bütün bu çaylar Amazonka çayı hövzəsinin bir hissəsidir. Şəhər dörd tərəfdən dağlarla, qərb, cənub və şərq tərəflərdən isə aşırımlarla əhatə olunmuşdur.

Kuenkanın iqlimi bütün Ekvador andlarının iqlimi kimi ilboyu mülayimdir. Adətən gündüzlər hava isti, gecələr isə soyuq olur və əhali sviter, gödəkcə geyinir. Sutkalıq orta hərarət selsi üzrə 14,6 dərəcədir. İl iki əsas mövsümə bölünür - yağışlı və quru mövsüm. Quru mövsüm adətən iyuldan dekabra qədər davam edir. Səhər yağışsız keçən, günün sonunda isə yağışın yağdığı yağış mövsümü yanvardan maya qədər sürür. Ən güclü yağışlar isə "qış"da, yəni mart ayından may ayının sonuna qədər davam edir.

Turizm mövsümü

[redaktə | mənbəni redaktə et]

Turistlərin çoxu şəhərin şimal hissəsindəki Tomebamba çayı və Qran-Kolombiya küçəsi arasında yerləşən tarixi rayonunu, qərb hissəsindəki General Torres küçəsini və şərq hissəsindəki Yermano Migel küçəsini gəzməyə üstünlük verir. Rayon çox da böyük deyil və burada xeyli sayda əhəmiyyətli abidə mövcuddur. Məhz bu abidələr sayəsində rayonu yolu itirmədən çox asanlıqla gəzmək olur. Amma rayon ərazisindən kənarda yerləşən küçələrin çoxu bir-birinə bənzəyir. Şəhərin qonşuluğundakı Kanyar dairəsində Ekvadorda bu günə qədər qorunub saxlanmış ən böyük xarabalıq olan İnqapirka xarabalıqları yerləşir.

Kuenkada ən əhəmiyyətli şənliklər katolik miladı sayılan "Uşaq messası" və 6 yanvarda keçirilən Kralların təşrifi bayramları zamanı, eləcə də müstəqilliyin əldə olunduğu 3 noyabr tarixində təşkil olunur. Bayram günlərində çoxsaylı yürüşlər, mədəni tədbirlər və rəqs yarışları keçirilir.

Kuenka tramvayı

Məşhur kuenkalılar

[redaktə | mənbəni redaktə et]
Andres Kordovanın Kuenka şəhərindəki heykəli
  • Rafael Mariya Arizaqa (1858—1933) — Ekvador siyasətçisi, şair.
  • Qonsalo Kordova — Ekvador siyasətçisi, 1924-1925-ci illərdə Ekvador prezidenti.
  • Andres Kordova — Ekvador siyasətçisi, 1939-1940-cı illərdə Ekvador prezidenti vəzifələrinin icraçısı, Kuenka meri.

Qardaş şəhərlər

[redaktə | mənbəni redaktə et]
  1. "Copia archivada" (ispan). 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-22.
  2. "Tranvía Cuenca". 2020-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-26.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Şablon:Ekvadordakı Ümumdünya İrsi