Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Küli
Küli-i Süfla (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Küli-i Ülya (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Kuli rayonu
Kuli rayonu — Rusiya Federasiyasının bir subyekti olan Dağıstan Respublikasında yerləşən rayon. == Coğrafiyası == Rayonun sahəsi 653 km², inzibati mərkəzi Vaçi kəndidir. == Əhalisi == 2002-ci ildə aparılmış siyahıya almaya əsasən rayonun 10.760 nəfər əhali yaşayır. Bu siyahıya almaya əsasən əhalisinin sayına görə rayonun ən iri yaşayış məntəqəsi Kuli kəndi (3.636 nəfər) və Vaçi kəndidir (667 nəfər). 1989–cu ildə aparılmış siyahıya almaya əsasən rayon əhalisinin 99%-ni laklar, 1%-ni isə digər xalqlar təşkil edir. == Kəndləri == Rayonda 14 yaşayış məntəqəsi var və onların hamısı kənd tipli yaşayış məntəqəsidir.
Küli şəbpərəsi
Juli
Juli — Gissen (Hessen bundeslandı) şəhərindən olan Eva Briegel, Jonas Pfetzing, Simon Triebel, Andreas "Dedi" Herde və Marcel Römer özündə birləşdirən, məşhur alman bandı (qrupu).
Kali
Santiaqo de Kali (isp. Santiago de Cali) və ya sadəcə Kali (isp. Cali) — Kolumbiyanın qərbində şəhər və Valle del Kauka departmanının mərkəzi.2,5 milyon əhalisi ilə Kali, Boqota və Medellindən sonra ölkədə üçüncü ən böyük şəhər.
Kulfi
Kulfi (həmçinin xulfi və ya qulfi kimidə yazılır; Hindistanicə: क़ुल्फ़ी və ya قلفی) — Hindistan yarımqitəsində məşhur dondurulmuş süd məhsullarından hazırlanan desert.Adətən "Hindistan yarımqitəsinin ənənəvi dondurması" kimi təsvir olunur.
Kuliq
Kuliq (pol. kulig — kirşə qatarı) — Polşada atlara birləşdirilmiş kirşələrlə gəzmə adəti, hansındaki bir neçə kirşə qoşumu iştirak edir. Bu özünəməxsus əyləncə növü Böyük pəhrizdən əvvəl son həftədə keçirilir və çox vaxtı tonqal ətrafında musiqi, nəğmə və əyləncə ilə müşayiət olunur, bundan başqa adətə görə, bu vaxt ərzində ət yemək qadağan olunur. Axşamlar kirşə gəzmələri tez-tez məşəl ilə işığlandırılır. XVI əsrdən XX əsrin əvvəllərinə qədər kirşə gəzmələri həm maqnatlar, həm də zadəganlar arasında çox populyar əyləncə növü idi, bununla onlar Polşanın parçalanmasında sonra vətənpərvərlik mərasimini təmsil edirdilər, belə ki kuliqlər Polşa milli adət-ənənəsinin inkişafını simvolizə edərək, düşmənlərə qarşı təşkil olunurdu. Kirşə qatarına ənənəvi olaraq Arlekin adlandırılan bələdçi başçılıq edirdi, onun vəzifəsi marşrutu helə qurmaq idi ki, işğalçılara qarşı birgə silahlı qarşıdurma olarsa bir-biri ilə düşmənçilik edən zadəgan ailələri birləşə bilsinlər. Bu cür kirşə gəzintisi bir neçə gün də davam edə bilərdi. Kuliq zamanı krakovyak, mazurka, polonez və oberek ilə kuyaviyak kimi polyak xalq rəqsləri və polka və drabantlar kimi regional rəqslər oynanırdı. Ancaq vals və ya tanqo kimi xarici rəqslərin oynanılmasına icazə verilmirdi, bunu edən adamı qatardan ata bilərdilər, belə təhdid həmçinin frak geyinənlərə də şamil olunurdu. Müasir zamanda kuliq, bir-birinə ip və ya trosla birləşdirilmiş kirşə gəzintisinə də deyilir və at yerinə traktor və ya avtomobil istifadə olunur.
Kuliç
Kuliç Pasxa çörəyinin rus adıdır. == Tarixi == Şərq slavyanlarında bayram çörəyi hündür olub, üzəri bəzədilirdi.Silindrik formada olması onun kilsə ilə əlaqəsi ilə bağlıdır. == Təsviri == Bu mayalı xəmirdən hazırlanan çörək müxtəlif formalarda olub, yalnız həmişə hündür olmalıdır. Katoliklər mayalı kuliçlərdən başqa şəkərli kuliçlərdə hazırlayırdılar ki, bunu da "babı" adlandırırdılar.Üzəri bəzən kişmişlə, qlazurla və ya şəkər tozu ilə bəzədilir. Dadlandırıcılardan vanil, hind qozundan istifadə edilir. Rusiyanın müxtəlif əyalətlərində kuliçin forması fərqli olur.
Kuti
Kuti — tarixi Azərbaycan ərazisində mövcud olmuş ilkin etno–siyasi birliklərdən biri. == Kutilər erkən tayfa birliyi şəklində == E.ə. III minillikdə Urmiya gölünün Cənub və Cənub – Qərb hissəsində kuti (quti) tayfa birləşməsi mövcud idi. Həmin minilliyin ikinci yarısında kutilərin dövlət halında birləşməsi başlanmışdı. Kutilər İkiçayarasında baş verən hadisələrə müdaxilə edirdilər. Onlar Şumer – İkçayarası ilə müttəfiq münasibətləri saxlayır, lakin Akkad hökmdarlarının işğalçılıq siyasətinə qarşı çıxırdılar. Epik əsərlərdən məlumdur ki, Naram-Suen Urmiya gölü hövzəsindəki tayfalara qarşı təcavüzkar siyasət yürüdürdü. İşğala məruz qalan 70 hökmdar, o cümlədən Urmiya gölü ətrafı etnoslar Ummanmanda – "Manda ordusu" adlandırılmışdır. Müttəfiqlərə qarşı göndərilmiş Akkad ordusu məğlubiyyətə uğradıldı. Naram-Suen eyni zamanda şumerlərin dini mərkəzi olan Nippur şəhərinə də ordu göndərir və buradakı Enlil məbədini dağıtmaq istəyir.
Süli
Şanyü Süli (v. 140) — Hunların XXXIV şanyüsü. Onun dövrü vətəndaş müharibəsi dövrlərindəndir. Bir çox hunun üsyanı və syenbilərin hücumu ilə keçən bu dövr hunların Çindən asılılığının daha çox artdığı dövrlərdəndir. Süli öləndən sonra yerinə imperatorun seçdiyi şanyü Duluçu keçmişdi.
Kult
Kult — adətən xarizmatik olan və öz-özünü təyin etmiş, deviant sayılan, cəmiyyət normalarından kənarda bir sıra hərəkətlərə və təcrübələrə sarsılmaz sədaqət tələb edərək üzvlərinə hədsiz dərəcədə nəzarət edən rəhbəri olan nisbətən kiçik qrup üçün nəzərdə tutulmuş, bəziləri tərəfindən alçaldıcı hesab edilən termin. Bu termin həmçinin, onun qeyri-adi dini, mənəvi və ya fəlsəfi inancları və ritualları, yaxud konkret şəxsiyyət, obyekt və ya məqsədə ümumi marağı ilə müəyyən edilən yeni dini hərəkat və ya digər sosial qruplar üçün istifadə olunur.
Küri
Pyer Küri
Kül
Kül, kül elementləri üzvi maddələri (bitki, meşə döşənəyi, heyvan və s.) yandırdıqda qalan yanmayan qalıq. Külü analiz etməklə kül elementlərinin kimyəvi tərkibi müəyyən olunur və bununla da qida maddələrinin çatışmamasını təyin etmək olar. Ca, K, Na, Cl və S elementlərinin cəmi ilə isə bitkinin halofilliyi müəyyənləşdirilir. Kənd təsərrüfatında küldən kalium gübrəsi kimi geniş istifadə olunur. Küldə bitkilərə lazım olan başqa mineral maddələr-fosfor, kalsium, maqnezium, kükürd, bor, manqan, müxtəlif makro və mikroelementlər də var.
Afrika kəli
Afrika kəli (lat. Syncerus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi.
Artur Keli
Artur Keli (ing. Arthur Cayley; 16 avqust 1821[…], Riçmond[d], Böyük London – 26 yanvar 1895[…], Kembric) — İngilis riyaziyyatçısıdır; qruplar nəzəriyyəsi, riyazi analiz, proyektiv həndəsə üzrə əsərlərin müəllifidir.
Asiya kəli
Asiya camışı, Hindistan camışı və ya Su camışı (lat. Bubalus bubalis - Boşbuynuzlular fəsiləsinin Öküzlər yarımfəsiləsinə aid heyvan növü.Hind vəhşi camışı – arni (Bos arnee) cənubi Asiyada Himalay dağlarından Benqaliyədək, Assam cınqıllarında, Birma və Siamda, habelə Seylon adasında yaşayır. Keçmişdə Beynəlnəhreyndə (Mesopatamiyada) və bəzi müəlliflərin yazdığına görə, şimali Afrikada da yaşayırmış. Hind camışı 200 sm hündürlükdə və 1500 kq ağırlığında olur. Assam ölkəsində olanlar Borneo və Seylon adalarında olanlara nisbətən uzunbuynuzludurlar. Vəhşi hind camışı ev camışına çox oxşayır, bu səbəbdən onu ev camışının mənşəyi hesab edirlər.
Ayşe Kulin
Ayşe Kulin (26 avqust 1941, İstanbul) — Türk roman yazarı. == Həyatı == Ayşe Kulin 26 avqust 1941-ci ildə İstanbulda anadan olmuşdur. Yazdığı bioqrafik əsərləri və romanları ilə ən çox oxunan yazarlardan birinə çevrilmiş və bir çox mükafatlara layiq görülümüşdür. Üslubundakı axıcılıq və açıqlıq yazarın kitablarının ssenariləşdirilib ekranlaşdırılmasının əsas səbəbidir. Arnavutköy Amerika Qız Kollecinin Ədəbiyyat fakultəsini bitirib. Bir çox qəzet və dərgilərdə redaktor və jurnalist kimi işləyib. Həmçinin də, uzun illər boyu televiziya, reklam və filmlərdə səhnə prodüseri və ssenarist kimi çalışmışdır. == 1984–1996-cı illər == Hekayələrdən ibarət ilk kitabı "Üzünü günəşə tərəf döndər" 1984-cü ildə işıq üzü görüb. Kitabdakı "Gülizar" adlı hekayə "Sınıq gəlincik" adı ilə 1986-cı ildə ekranlaşdırıldı və Mədəniyyət Nazirliyinin mükafatına layiq görüldü. 1996-cı ildə Münir Nureddinin yaşamını əks etdirən "Şirin bir sakitlik" adlı kitabı nəşr olundu.
Bob Şuli
Bob Şuli (ing. Bob Schooley) - ABŞ ssenari müəllifi və prodüseridir.
Culi Ertel
Culi Ertel (d. 27 noyabr 1982) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Culi Ertel, ABŞ yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Avstraliya yığmasına 4:5 hesabı ilə məğlub olan ABŞ yığması, Sidney Olimpiadasının gümüş medalına sahib oldu.
Dağ kəli
Zubr və ya Avropa bizonu (lat. Bison bonasus) — boşbuynuzlular fəsiləsindən məməli növü. == Etimologiya == XX əsrin əvvəllərində Avropa bizonunun adı Azərbaycan dilində dağ kəli kimi gedirdi. Müasir Azərbaycan dilində bu canlı üçün işlədilən "zubr" sözü polyak mənşəli sözdür. == Xüsusiyyətləri == Erkəklərin bədəninin uzunluğu 3,5 m-dək, süysününün hündürlüyü 1,6–1,9 m, kütləsi 700–900 kq (bəzən 1,2 t) olur. Dişiləri kiçikdir (kütləsi 400–600 kq). Rəngi müxtəlif çalarlı qonurdur. Peysərində və boynunun aşağı hissəsindəki uzun tüklər çətir, saqqal və döşünün aşağısında saçaq əmələ gətirir. Quyruğu qısadır; ucunda uzun və yumşaq fırça var. Dişilər cinsi yetkinliyə 3–4 illiyində, erkəklər isə bir qədər tez çatır.
Emmanuel Kulio
Xuan Emmanuel Kulio (30 avqust 1983, Buenos-Ayres) — Türkiyənin "Galatasaray" futbol klubunun argentinalı futbolçusu. == Futbol kariyerası == Kulio 19 yaşında futbol oynamağa başlamışdır. Əvvəllər isə tikintidə işləmişdir. O, 16 sentyabr 2008-ci il tarixində UEFA Çempionlar Liqasında "AS Roma" futbol klubu ilə oyunda vurduğu iki qolla komandasına qalibiyyəti gətirir və matçın ən yaxşı oyunçusu adlandırılır. == "CFR Cluj"dakı oyunları == Liga I (2): 2007–08, 2009–10 Romanian Cup (3): 2008, 2009, 2010 Romanian Supercup (2): 2009, 2010 == "Galatasaray"da oyunları == Culionu transfer etmək üçün "Galatasaray" futbol klubu "Cluj" klubuna 2 milyon avro məbləğ ödəyir. 6 yanvar 2010 tarixində "Galatasaray" ilə 2013–2014 futbol sezonunun sonuna kimi müqavilə bağlayır. Türk klubundakı oyunu ilə tez bir zamanda azarkeşlərin rəğbətini qazanır.
HTTP Kuki
HTTP kuki (ing. HTTP cookie) (həmçinin veb kuki, internet kuki, brauzer kuki olaraqda adlanır) — vebsaytı ziyarət etdiyiniz zaman kompüterinizdə və ya mobil cihazınızda saxlanılan kiçik ölçülü mətn faylıdır. Kukilər internetdə faydalı və bəzən vacib funksiyaları yerinə yetirir. Onlar veb-serverlərə statuslu məlumatı (məsələn, onlayn mağazada alış-veriş səbətinə əlavə edilmiş əşyalar) istifadəçinin cihazında saxlamağa və ya istifadəçinin baxış fəaliyyətini izləməyə (o cümlədən, xüsusi düymələrə basmaq, daxil olmaq və ya keçmişdə hansı səhifələrin ziyarət edildiyini qeyd etmək). Onlar həmçinin istifadəçinin adlar, ünvanlar, parollar və ödəniş kartı nömrələri kimi forma sahələrinə əvvəllər daxil etdiyi məlumatları sonrakı istifadə avtomatik doldurmaq üçün istifadə edilə bilər. == Növləri == === İdentifikasiya kukiləri === İdentifikasiya kukiləri adətən istifadəçinin daxil olduğunu və hansı hesabla daxil olduğunu təsdiqləmək üçün veb serverlər tərəfindən istifadə olunur. Kuki olmadan istifadəçilər daxil olmaq istədikləri həssas məlumatları ehtiva edən hər bir səhifəyə daxil olaraq özlərini autentifikasiya etməlidirlər. İdentifikasiya kukisinin təhlükəsizliyi ümumiyyətlə emitent saytının və istifadəçinin veb brauzerinin təhlükəsizliyindən və kuki məlumatlarının şifrələnib-şifrələnməməsindən asılıdır. Təhlükəsizlik zəiflikləri kuki məlumatlarının təcavüzkar tərəfindən oxunmasına, istifadəçi məlumatlarına daxil olmaq üçün istifadə edilməsinə və ya kukinin aid olduğu vebsayta (istifadəçinin etimadnaməsi ilə) daxil olmaq üçün istifadə edilməsinə imkan verə bilər. === İzləmə kukiləri === İzləmə kukiləri və xüsusən də üçüncü tərəfin izləmə kukiləri, adətən, şəxslərin axtarış tarixçələrinin uzunmüddətli qeydlərini tərtib etmək üçün istifadə olunur – bu, Avropa və ABŞ qanunvericilərini 2011-ci ildə tədbir görməyə vadar edən potensial məxfilik problemidir.
III Yuli
III Yuli (əsl adı: Covanni Mariya Çokki del Monte;10 sentyabr 1487, Roma – 23 mart 1555[…], Roma) — 1550–1555-ci illərdə 221-ci Roma Papası.
Kali-yuqa
Kali Yuqa(कलियुग (kəli yugə), ədəbiyyatda "Kali dövrü")- Hind Zaman Anlayışına görə zamanın 4 dövrünün(yuqa-dövr) ən sonuncusu. Digər dövrlər isə Sayta Yuqa,Treta Yuqa və Dvapara Yuqadır. Hind mətnlərinə əsasən Kali Yuqa Krişnanın ömrünün sona çatması ilə başlayaraq(e.ə. 3102-ci il) 432.000 il davam edəcək. Bu dövrdə Vişnunun son avatarı Kali əlində qılınc və ağ atın belində meydana çıxacaq, dünyadakı pisliyə qarşı vuruşacaq və onu məhv edəcək.
Kali Linux
Kali Linux — Debian əsaslı təhlükəsizliyin yoxlanılması üçün nəzərdə tutulmuş əməliyyat sistemidir. Kali Linux BackTrack tərtibatçıları tərəfindən 2013-cü ildə yaradılmışdır. Hal-hazırda da dəstəklənməkdədir. Masaüstü mühiti olaraq BackTrack-dəki kimi KDE seçimi yoxdu. İstifadəçilər ancaq GNOME masaüstü mühitindən istifadə edə bilər. == Alətlər == BackTrack-dəki bütün alətlər və sonradan əlavə olunanlarla birlikdə Kali Linux-da işləmək üçün 300-dən çox alət var. == Platforma dəstəyi == Kali Linux ARM platformasını dəstəkləyir. Sistem Rasberry Pi, BeagleBone Black, HP Chromebook, CubieBoard 2, CuBox, CuBox-i, EfikaMX, Odroid U2, Odroid XU, Odroid XU3, Samsung Chromebook, Utilite Pro, Galaxy Note 10.1, və SS808 kimi cihazlarda işləyə bilir.