Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Karaçi
Kəraçi — Pakistanda şəhər.
Kəraçi
Kəraçi — Pakistanda şəhər.
Qaraçı
== Xalq ==
Caraci (Urmiya)
Caraci (fars. ژراژي‎‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 642 nəfər yaşayır (113 ailə).
Cem Karaca
Cem Karaca (5 aprel 1945, Bakırköy, İstanbul ili – 8 fevral 2004, İstanbul) — Türkiyə rok musiqiçisi və Anadolu roku hərəkatının əsas üzvlərindən biri. == Həyatı == 1945-ci il aprelin 5-də əslən azərbaycanlı olan Türkiyə teatr aktyoru Məmməd Karaca və əslən erməni olan Türkiyə aktrisası İrma Feleqyanın (Toto Karaca) ailəsində doğulub.
Cia Karanci
Cia Karanci (29 yanvar 1960, Filadelfiya, Pensilvaniya ABŞ) — 1970-ci illərin sonu və 1980-ci illərin əvvəllərində Amerikanın ilk supermodeli. Onun üzü bir cox jurnalların üz qabığında dərc etdirilmişdir. O model olmaq üçün Amerikaya 17 yaşı olanda gəlmişdir. Tezliklə bir çox əlçatmaz fotoqrafların sevimlisinə çevrildi. Çox gözəl bədənə və sinəyə malik olan Cia Karanci, hər kəsin sevimlisinə çevrildi. Kris von Vangenheim, Françesko Skavullo, Artur Elqort, Riçard Avedon kimi fotoqroflarla işləmişdi. Bodi Basiks, Kristian Dior, Kutex, Diane von Fürstenberq, Giorgio Armani, Lanketti, Levi's, Maybelline, Perry Ellis, Versace, Vidal Sassoon, Yves Saint Laurent kimi məşhur adlarla çalışmışdı. Onunla işləyən hər bir insan Cia-nin həddindən artıq enerjili və sadə olduğunu söyləyir. O yaşadığı müddətdə hər bir şeyə nail ola bilmişdi, yalniz bir şeydən başqa. Onun həmişə diqqətə və sevgiyə ehtiyacı olmuşdu.
Gizem Karaca
Gizem Karaca (7 sentyabr 1992, İstanbul) — Miss Turkey 2011 ikincisi, model və aktrisadır. Aktrisa kimi debütü 2011-ci ildə "Eve Düşen Yıldırım" serialında baş rolu canlandırıb. == Həyatı == Gizem Karaca 7 sentyabr 1992-ci ildə İstanbulda doğulmuşdur. Kiçik yaşlarından ailəsi ilə bərabər Amerikaya köçüb. İbtidai məktəbi ABŞ-də, orta məktəbi Kanadada bitirdikdən sonra, lise illərində Türkiyə'yə dönmüşdür. Daha sonra İstanbul Universitetinin fransız dili və ədəbiyyatı fakültəsinə daxil olmuşdur. İngilis və orta səviyyədə fransız dillərini bilir. == Karyerası == Universitet illərində çətin keçən dərslərdən qaçmaq üçün Miss Turkey 2011 gözəllik müsabiqəsinə qatılmağa qərar verir və ikinci yeri tutur. Müsabiqə bitdikdən dərhal sonra Eve Düşen Yıldırım adlı serial ilə aktrisa kimi debütünü edir. 2012-ci ildə Emirin Yolu adlı serialda da baş rol oynayır, lakin reytinqlərin aşağı düşməsi səbəbindən serialın çəkilişləri 13.bölümdən sonra dayandırılır.
Katsuyuki Kavaçi
Katsuyuki Kavaçi (27 aprel 1955, Hiroşima) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Mehmet Karaca
Mehmet Karaca — əslən azərbaycanlı olan Türkiyə teatr aktyoru. Türkiyənin tanınmış rok ifaçısı Cem Karacanın atasıdır. Həyat yoldaşı erməni əsilli Toto Karacadır (İrma Feleqyan). 1934-cü ildən İstanbul Şəhər Teatrında çalışıb. 1964-cü ilədək fəaliyyət göstərib. Beynində baş verən problemlərə görə sənətdən aralanıb.
Qaraçı (Xaçmaz)
Qaraçı — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Kənddə yaşayanların sayı 785 nəfər olmaqla, azərbaycanlılardan ibarətdir. == Təhsil == Kənddə məktəb var. Lakin qəzalı vəziyyətdədir.
Qaraçı (dəqiqləşdirmə)
== Xalq ==
Qaraçı (titul)
Qaraçı — XV–XVIII əsrlərdə türk xalqları arasında ən ali feodal titullardan biri. Bu, Yaxın Şərq və Orta Şərqdə işlədilən vəzir titulu ilə eynidir. "Qaraçı" titulundan Krım xanlığında, Sibir xanlığında, Böyük Noqay Ordasında, Qazan xanlığında və digər dövlətlərdə istifadə edilirdi. "Qaraçı" ünvanı, adətən, Şirin, Barğın, Arğın və Qıpçaq tayfalarının adamlarına verilirdi. Bu dörd tayfa Krım xanlığının idarə olunmasında iştirak edən və Çingiz xanın soyundan gəlməyən əsas tayfalar idi. == Etimologiyası == Bəzi mənbələrə görə, Çingiz xan və bir çox qardaşları “Qaraça, Qara Tatar, Xaraçın” alt qrupundan idilər. Bu ad həm də Çingizlə bağlı ifadədən götürülüb. == Mədəniyyətdə == Tatar xalqında belə bir məsəl var: “Ağıllı qaraçı ağıllı insanı xan edər”. == Həmçinin bax == Bəylərbəyi == Ədəbiyyat == Новосельский А. А. «Борьба Московского государства с татарами в XVII веке», Москва 1948 Скрынников Р. Г. «Ермак», Москва 2008. Шамильоглу Ю. «Карачи-беи» (сборник «Из истории Золотой Орды, Казань, 1993, с.
Qaraçı bayrağı
Qaraçı bayrağı (rom. O styago le romengo) — Qaraçıların milli bayrağı. 1971-ci ildə Londonda keçirilmiş Birinci Ümumdünya Qaraçı Konqresində qəbul olunub. Bayraq iki hissəyə bölünüb. Yuxarı göy hissə səmanı, aşağı yaşıl hissə isə torpağı simvolizə edir. Bayrağın mərkəzindəki çakra (təkər) isə qaraçıların hind-ari əsilli olduqlarını bildirir (bənzər çakra Hindistanın bayrağında da var).
Qaraçı bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaraçı dili
Qaraçı dili və ya Roman dili — qaraçılar danışan dildir. Qaraçıların yaşadığı bütün ölkələrdə danışılır, ancaq bölgədən bölgəyə çox ətraflı dəyişənlik göstərir və bir çox qaraçı bu dili unudub yaşadıqları ölkənin dilini danışmağa başlamışdır. Bu dil Hind-Avropa dillərinə mənsubdur və Qaraçılar Hindistan mənşəli olduğu üçün hind dilləri ilə yaxından qohumdur. == Azərbaycanda == Kerope Patkanov öz essesində roman dilləri arasında ayrıca bir qol olan, Azərbaycan qaraçılarının danışdığı, Avropa və Asiya qaraçıları tərəfindən başa düşülməyən "qaraçı dili"ndə yüzdən çox ifadəni sənədləşdirmişdir. Qaraçı dilində olan ifadələr: — Salamalikim baro, kefoy kıbra? — Salam, qardaş, necəsən? — Kasta maşqul astoy? — Nə edirsiniz? — Ma dom astum! — Mən qaraçıyam!
Qaraçı holokostu
"Porajmos", Qaraçı holokostu, Qaraçı soyqırımı (rom. Porajmos; mənası – azərb. Dağıdılma‎), Parrayimos (rom. Porajmos; mənası – azərb. "Kəsmək" , "Parçalamaq" , "Dağıtmaq"‎) və ya Samudaripen (azərb. kütləvi qətliam‎) — İkinci Dünya müharibəsi dövründə Nasist Almaniyası tərəfindən Şərqi Avropa ərazisində yaşayan qaraçı xalqına qarşı sistematik şəkildə həyata keçirilmiş soyqırım aktı. 1935-ci ilin 26 noyabr tarixində Nürnberq qanunları olaraq tanınan, Avropada yaşayan etnik alman və yəhudi xalqlarının sinifləndirildiyi qanunlara yeni əlavələr edilmiş və bununla da qaraçılar irqin təməllərini sarsıdan düşmənlər olaraq təsinfatlandırılmışdır. Bu dəyişikliklərlə Üçüncü Reyxin gözündə qaraçı ilə yəhudilərin eyni tərəzidə olduğu və aralında heç bir fərqin qoyulmadığı mesajı verilmişdir. Bu səbəbdəndir ki, Holokost soyqırımının gedişatında etnik qaraçıların qətliamlarına da, rast gəlmək mümkündür. Holokost ilə Poraymos tarixi bir-birilə sıx bağlıdır.
Qaraçı karvansarası
Qaraçı karvansarası — Abşeron rayonunun Səgəçal qəsəbəsi yaxınlığında orta əsrlərə aid memarlıq abidəsidir. == Tarix == Qədim Bakı-Şamaxı karvan yolunun üstündədir. XIX əsrdən karvan yolunun ticari əhəmiyyətini itirməsi ilə əlaqədar olaraq Qaraçı karvansarası istifadəsiz qalıb. Sonralar köçəri qaraçılar vaxtaçırı burada məskən saldıqlarından yerli əhali karvansaranı Qaraçı karvansarası adlandırıb.Mənbələrdə isə abidə Miəcik karvansarası adlanır. Karvansarada qonaq və xidmətçilər üçün otaqlar, təsərrüfat binaları var. Qaraçı karvansarası əhəng daşından tikilib. Karvansaranın darvazası üzərindəki kitabədə Şirvanşah Xəlilullah adı yazılıb. Kitabənin paleoqrafiyası və Şirvanşahın titullarına əsasən onun II Xəlilullah (1524-1535) olduğunu söyləmək olar.
Qaraçı karvansarayı
Qaraçı karvansarası — Abşeron rayonunun Səgəçal qəsəbəsi yaxınlığında orta əsrlərə aid memarlıq abidəsidir. == Tarix == Qədim Bakı-Şamaxı karvan yolunun üstündədir. XIX əsrdən karvan yolunun ticari əhəmiyyətini itirməsi ilə əlaqədar olaraq Qaraçı karvansarası istifadəsiz qalıb. Sonralar köçəri qaraçılar vaxtaçırı burada məskən saldıqlarından yerli əhali karvansaranı Qaraçı karvansarası adlandırıb.Mənbələrdə isə abidə Miəcik karvansarası adlanır. Karvansarada qonaq və xidmətçilər üçün otaqlar, təsərrüfat binaları var. Qaraçı karvansarası əhəng daşından tikilib. Karvansaranın darvazası üzərindəki kitabədə Şirvanşah Xəlilullah adı yazılıb. Kitabənin paleoqrafiyası və Şirvanşahın titullarına əsasən onun II Xəlilullah (1524-1535) olduğunu söyləmək olar.
Reyhan Karaca
Reyhan Karaca (8 noyabr 1970, İstanbul) türk müğənnisidir .
Xeyrəddin Karaca
Xeyrəddin Karaca (4 aprel 1922 – 20 yanvar 2020, İstanbul) — bir Türk sənayeçi və ətraf mühit fəalıydı. Atası Xocazadə Xəlil Əfəndi və anası Zəhra Xanım, hər ikisi Krımdan mühacir idilər. Orta məktəbi bitirdikdən sonra ailənin trikotaj ticarətini götürərək ölkənin ən uğurlu sənaye müəssisələrindən birinə çevirdi. Karaca firması Türkiyədə ixracatın lideri olub, üstəlik bunu digər müəssisələrdən təxminən 20 il əvvəl həyata keçirmişdir. Xeyrəddin Karaca bu mövzuda belə danışır: " Mən sənayeçi olmaq istəmirdim. İstədiyim ədəbiyyatla məşğul olub qalan vaxtımı təbiətlə iç-içə keçirmək idi. Lakin o vaxtlar atamıza qarşı çıxmaqdan söhbət belə gedə bilməzdi." Əlli yaşlarında Türkiyənin ilk özəl dendrarisini qurdu. Ölkə daxili və xaricində gəzdiyi hər yerdən toxum topladı , botanika bağlarını gəzdi və əlaqələr qurdu. Bu gün Yalovadakı Karaca Arboretumu bütün dünyada botaniklər tərəfindən tanınır. İldə iki dəfə nəşr olunan Arboretum Magazine, alimlərin araşdırmalarının və fikirlərinin dərc olunduğu bir forumdur.
İşın Karaca
İşın Karaca (7 mart 1973, London, Böyük Britaniya) - türk musiqiçi. == Diskoqrafiya == Anadilim Aşk (2001) İçinde Aşk Var (2004) Başka 33/3 (2006) Uyanış (2009) Arabesque: Geçmiş, Geçmemiş Hiç...
Əl-Kəraçi
Əl-Kəraçi (tam adı:Əbu Bəkr Məhəmməd ibn əl-Həsən; 13 aprel 953, Kərəc, Abbasilər xilafəti – təq. 1029) — İran riyaziyyatçısı. == Həyatı == 13 aprel 953-cü ildə Bağdadda doğulub. 1029-cu ildə vəfat edib. == Fəaliyyəti == "Hesab elmi haqqında kafi kitab", cəbrə aid "əl-Fəxri" kitablarının müəllifidir.
Karaca Dağ
Karaca dağ— təqribən Cənub-Şərqi Anadolu bölgəsinin ortasında yerləşən, Diyarbəkir hövzəsi ilə Şanlıurfa yaylasını şimal-cənub istiqamətində ayıran sönmüş vulkandır. Ən yüksək nöqtəsi 1952 m-dir. Karaca dağ vulkanı maye lavanın əmələ gətirdiyi qalxan vulkan quruluşuna malikdir. Onun diametri 120 km, sahəsi 8000 km²-dir. Onun çox aşağı 2% maililiyi olan yamacı var. Bazaltik lavadan ibarətdir. Püskürmələr üç fərqli dövrdə baş vermişdir. Karaca dağ Diyarbəkir, Şanlıurfa və Mardin illərinin torpaqlarına yayılır. Vulkan yuxarı miosendə fəaliyyətə başlamış və dövrümüzdən 100.000 il əvvələ qədər lava püskürmüşdür. Karaca dağın yaranmasının əsas səbəbi Ərəbistan plitəsinin Anadolu plitəsi üzərindəki təzyiqidir.
Qaraçı pankı
Qaraçı pankı və romani pankı — ənənəvi qaraçı musiqisi ilə pank rokun kəsişdiyi hibrid musiqi janrı. Pank və qaraçı musiqisinin elementlərini özündə birləşdirən ilk rok qruplarından biri əsasən 1990-cı illərin əvvəllərində aktiv olan "Motherhead Bug" idi. "Gogol Bordello" qrupu "Gypsy Punks: Underdog World Strike" albomunu buraxdıqdan sonra daha geniş auditoriya bu janrdan xəbərdar olmuşdur. Qrupun solisti Yevgeni Hütz onların performansını "qaraçı pankı kabaresi" kimi təsvir etmişdir. Qaraçı pank qrupları adətən rok ritmlərini və alətləri zərbəçi dəsti, buben, akkordeon, skripka, truba və saksafon kimi daha ənənəvi qaraçı alətləri ilə birləşdirir. == Fəlsəfəsi == Vətənləri Hindistandan köçdükdən sonra romanilər dünyada o qədər yayılmışlar ki, onların "vətənləri yoxdur". Qaraçı pankı təkcə qaraçı mədəniyyəti ilə deyil, həm də onun olmaması ilə bağlıdır. Qaraçılar üçün musiqi "mədəni ifadənin əsas forması" kimi müəyyən edilmişdir. Qaraçı pankından təkcə qaraçı, yaxud "qaraçı" mədəniyyətinə mənsub insanlar istifadə və ifa etmirlər. Pank "üsyan, anarxiya və müqaviməti" əhatə edir.
Qaraçı qamması
Qaraçı qamması — qaraçı musiqisini dəstəklədiyi və onunla əlaqəli olduğu üçün adlandırılan bir neçə musiqi qammasına aid edilən termin. Onlar: İkiqat harmonik qamma (major) – macar minorunun beşinci rejimi. Bizans qamması kimi də tanınır. Macar minor qamması – dördüncü və yeddinci dərəcələri qaldırılmış kiçik qamma. İkiqat harmonik minor qamması kimi də tanınır. Frigiya dominant şkalası. Bu, Freyq qamması, yəhudi qamması, İspaniya qaraçı və ya İspan Frigiya qamması kimi də tanınır.