Qaraçı karvansarası — Abşeron rayonunun Səgəçal qəsəbəsi yaxınlığında orta əsrlərə aid memarlıq abidəsidir.
Qaraçı karvansarası | |
---|---|
40°10′53″ şm. e. 49°28′38″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Abşeron rayonu |
Yerləşir | Pirəkəşkül |
Tikilmə tarixi | XIV əsr |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Qədim Bakı-Şamaxı karvan yolunun üstündədir. XIX əsrdən karvan yolunun ticari əhəmiyyətini itirməsi ilə əlaqədar olaraq Qaraçı karvansarası istifadəsiz qalıb. Sonralar köçəri qaraçılar vaxtaçırı burada məskən saldıqlarından yerli əhali karvansaranı Qaraçı karvansarası adlandırıb.Mənbələrdə isə abidə Miəcik karvansarası adlanır.[1][2]
Karvansarada qonaq və xidmətçilər üçün otaqlar, təsərrüfat binaları var. Qaraçı karvansarası əhəng daşından tikilib. Karvansaranın darvazası üzərindəki kitabədə Şirvanşah Xəlilullah adı yazılıb. Kitabənin paleoqrafiyası və Şirvanşahın titullarına əsasən onun II Xəlilullah (1524-1535) olduğunu söyləmək olar.[3]