Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lego
The Lego Group — Danimarka oyuncaq şirkəti. 1932-ci ildə yaradılmışdır. == Tarixi == The Lego Group 1932-ci ildən etibarən taxta oyuncaqlar düzəldən Ole Kirk Kristiansenin (1891–1958) emalatxanasında başladı. 1934-cü ildə o kompaniyasının adını leqo qoydu. Leqo adı "Leggodt" sözündən əmələ gəlmişdir. Sözün mənası "yaxşı oyun"dur.
Leço
Leço (mac. lecsó) — yay fəslində qışda istifadə etmək məqsədilə tərəvəzlərdən hazırlanan salat. Avropada çox populyardır, mənşəyi klassik macar mətbəxinə aiddir. Leçonun müxtəlif reseptləri mövcuddur. Bu reseptlər hazırlayanın zövqünə görə qurula bilər. Tərkibində dəyişməz olan 3 növ tərəvəzdən: bolqar bibərindən, pomidordan və soğandan istifadə olunur. == Tərkibi == 2 kq qırmızı bibər 1 kq yaşıl bibər 1 kq pomidor 400 qr soğan 600 qr kök 1,5 stəkan bitki yağı zövqə görə duz == Hazırlanma qaydası == Soğanlar uzunsov doğranılır və yağda rəngi qızılı olana qədər qızardılır. Üzərinə qabığı soyulmuş uzunsov doğranılmış pomidor əlavə edilir və 10 dəqiqə bişirilir. 3 sm uzunluğunda, 0,5 sm enində doğranılmış bibər əlavə olunur. Mətbəx kombaynından keçirilmiş və ya bibəri doğradığımız kimi doğranmış kök əlavə edilir.
Levon
Levon — erməni adı. Levon Ter-Petrosyan — Ermənistan birinci prezidenti (11 noyabr 1991 – 3 fevral 1998). I Levon — Kilikiya Erməni Çarlığının ilk kralı. II Levon — Hetumidlər sülaləsindən Kilikiya Erməni Çarlığının IV çarı. Levon Çorbacıyan — erməni əsilli ABŞ sosioloqu. Levon Mirzoyan — dövlət və partiya xadimi, Azərbaycan SSR Kommunist Pariyası I katibi (1926–1929). Levon Aronyan — şahmat üzrə erməni əsilli ABŞ qrossmeysteri. Levon Çukasyan — Ermənistan sənətşünası. Levon Larents — Erməni əsilli Osmanlı yazıçısı, tərcüməçisi, jurnalisti, redaktoru. Levon Minasyan — Fransız əsilli erməni musiqiçisi, bəstəkar və duduk ifaçısı.
Leo
Leo — ad. Leo Kuper — soyqırımı araşdırmaları üzrə ixtisaslaşmış Cənubi Afrika sosioloqu. Leo Tethani — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda müdafiəçi kimi çıxış edən peşəkar CAR futbolçusu Leo Delib — Fransalı bəstakar. Leo Hovard — ABŞ kinoaktyoru, model. III Leo (imperator) — Bizans imperatoru.
Lev
Lev — ad. Bu adı olan tanınmışlar Lev Brovarski — Lev Slutskin — Digər Lev (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd.
Panthera leo leo
Berber şiri (lat. Panthera leo leo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin şir növünə aid heyvan yarımnövü.
Bernd Leno
Bernd Leno (4 mart 1992-ci ildə anadan olub) — EPL təmsilçilərindən olan Arsenal klubunda və Almaniya milli futbol komandasında qapıçı kimi çıxış edən peşəkar Almaniya futbolçusudur.
Bolqar levi
Bolqarıstan levi (bolq. лев) — Bolqarıstanın pul vahidi. 100 stotinkaya bərabərdir. Qədim bolqar dilində "lev", "aslan" deməkdir. 1 sentyabr 2016-cı il tarixinə aid məzənnədə 1 bolqar levi 0.570744 ABŞ dollarına bərabərdir.
Bulbophyllum leve
Bulbophyllum leve (lat. Bulbophyllum leve) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Cared Leto
Cared Leto (ing. Jared Joseph Leto; 26 dekabr 1971[…], Bossier Siti[d], Luiziana) – aktyor, vokalist. == Həyatı == Cared Leto 26 dekabr 1971-ci ildə ABŞ-nin Luiziana ştatındakı Bosser Siti şəhərində anadan olub. Cared sənətə olan sevgisinə görə onu və qardaşı Şenionu hər vasitə ilə təqdir edən anası Konstansa borcludur. O, təşəbbüskar və özündən əmin uşaq idi. 1983-cü ildə Cared Virciniyadakı kiçik kafedə qabyuyan qismində əmək fəaliyyətinə başlayır. 1989-cu ildə isə o, qapıçı işləyir. Erkən yaşlarında Leto ailəsi ilə birlikdə çox səyahət etmiş və Haiti, Kolarado kimi yerlərdə yaşamalı olmuşdu. Məktəbi bitirən Cared sənədlərini Filadelfiya İncəsənət Universitetinə verir və qəbul olunur. O, təsviri incəsənət və xüsusilə rəssamlıq üzrə ixtisaslaşır.
II Levon
II Levon (24 yanvar 1236 – 6 fevral 1289, Kozan) — Hetumidlər sülaləsindən Kilikiya Erməni Çarlığının IV çarı. Levon, 1236-cı ildə, Çar I Hetum ilə kraliça I İzabella cütünün oğlu olaraq doğuldu. Levonun bacılarından Sibilla, VI Bohemund ilə evlənərək Ermənistan ilə Antakya arasında sülhü təmin etmişdir. == Gəncliyi == 1266-cı ildə, atası I Hetum, Monqol sarayını ziyarət etmək üçün gedəndə, Levon və qardaşı Toros Məmlüklərlə döyüşürdülər. Bunun nəticəsində Toros öldürüldü, Levon digər 40.000 erməni əsgərlə tutulub, əsir edildilər. I Hetum geri qayıdanda, oğlunu geri götürmək üçün yüklü miqdar pul və bir çox qalanı verdi. == Hakimiyyəti == I Hetum, taxtdan oğulu lehinə 1269-cu ildə çəkildi və Fransiskan təriqətinə girdi. Bir il sonra da öldü. Yeni çar II Levon dindar olaraq tanınır və özünü xristianlığa həsr etmişdi. İtalyanlar ilə var olanları yeniliyerek, katalanlar ilə yeni ticarət razılaşmaları edərək Qərb ilə aktiv ticarəti davam etdirdi.
I Levon
I Levon (erm. Լևոն Բ; 1150, Kilikiya Erməni Çarlığı – 2 may 1219, Kozan, Kilikiya Erməni Çarlığı) — Kilikiya Erməni Çarlığının ilk kralı. 1198–1219-cu illərdə hakimiyyətdə olmuşdur. I Levon Kilikiya Erməni Çarlığının qurucusu hesab edilir. Siyasi baxımdan böyük uğurlar əldə etməsədə, daxil dövlətçilik məsələlərində uğur qazanmışdır. Levonun hakmiyyəti dövründə çarlığ xeyli güclənmişdir. Xaç yürüşlərinə qatılan ordulara xüsusi dəstək göstərmişdir. Xristian mənbələrində səlibçilərin ərzaq, silah və minik vasitələrinə olan ehtiyaclarının böyük bir qismi I Levon tərəfindən ödənilməsi göstərilmişdir. Xaç yürüşünün iştirakçılarına lazım olan dəstək verməsi, Levonun Vatikan ilə münasibətlərini yaxşılaşdırmışdır. I Levon 1198-ci ilin 6 yanvar tarixində Vatikanın dəstəyi ilə Tarsus şəhərində yerləşən Müqqədəs Söz Kilsəsində Kilikiya Erməni Çarlığının kralı olaraq taxta çıxmışdır.
Jared Leto
Cared Leto (ing. Jared Joseph Leto; 26 dekabr 1971[…], Bossier Siti[d], Luiziana) – aktyor, vokalist. == Həyatı == Cared Leto 26 dekabr 1971-ci ildə ABŞ-nin Luiziana ştatındakı Bosser Siti şəhərində anadan olub. Cared sənətə olan sevgisinə görə onu və qardaşı Şenionu hər vasitə ilə təqdir edən anası Konstansa borcludur. O, təşəbbüskar və özündən əmin uşaq idi. 1983-cü ildə Cared Virciniyadakı kiçik kafedə qabyuyan qismində əmək fəaliyyətinə başlayır. 1989-cu ildə isə o, qapıçı işləyir. Erkən yaşlarında Leto ailəsi ilə birlikdə çox səyahət etmiş və Haiti, Kolarado kimi yerlərdə yaşamalı olmuşdu. Məktəbi bitirən Cared sənədlərini Filadelfiya İncəsənət Universitetinə verir və qəbul olunur. O, təsviri incəsənət və xüsusilə rəssamlıq üzrə ixtisaslaşır.
Leto (mifologiya)
Leto (yun. Λητώ miken yazılarında ra-to) — yunan mifologiyasında titan ilahə, Koy və Febanın qızı, Zevsin Heranın qorxusundan atmış olduğu sevgilisi (arvadı), ekizlərin Apollon və Artemidanın anası. Rəvayətə görə Zevs bildirçin cildinə girərək Letonun könlünü alaraq ona yiyələnir. Zevsdən hamilə qalan və Heranın qəzəbinə gəlmiş və onun tərəfindən göndərilmiş Pifon əjdahanın təqibinə düçar olmuş Leto doğmağa yer tapa bilmir. Leto sığınacaq tapa bilməyərək bütün Ellada elini dolaşdıqdan sonra nəhayət otsuz ələfsiz səhralıq olan üzən Delos (Ortigiya) adasına gəlib çıxır. Delosun onu qəbul etməsi üçün, söz verir ki, doğulacaq uşaq adanı məşhurlaşdıracaqdır. Təkcə doğuş ilahəsi Eylifeyaya möhtac olan Leto doqquz gün sancılardan əziyyət çəkir. Hera doğuş ilahəsini qızılı buludlara qərq edir ki, Eylifeya heç nə duymasın. Xoşbəxtlikdən becit ayaqlı İrida doğuş ilahəsini adaya yetişdirir və Apollon doğulmuş olur. Digər bir rəvayətdə guya ilk doğulmuş Artemida dərhal anasına Apollonu doğmaqda kömək edir.
Levi Morton
Levi Parsons Morton (ing. Levi Parsons Morton, 16 may 1824 – 16 may 1920) — Amerika Birləşmiş ştatlarının (1889-1893) 22-ci vitse-prezidenti olmuşdur. O, daha sonra New Yorkun 31-ci qubernatoru seçilmişdir. == İstinadlar == == Mənbə == National Contest, Containing Portraits and Biographies of Our National Favorites, Darling Bros. & Co., Detroit, Michigan, 1888.
Levon Aronyan
Levon Aronyan (erm. Լևոն Գրիգորի Արոնյան; 6 oktyabr 1982, İrəvan) — şahmat üzrə erməni əsilli ABŞ qrosmeysteri. Aronyan 2003-cü ildə Ermənistanı təmsil edirdi, sonralar təxminən bir il müddətində 2004-cü ilə qədər Almaniyanı, 2004-cü ildən 2021-ci ilin sonlarına kimi yenidən Ermənistanı təmsil edib. Aronyan 2021-ci ilin fevral ayının sonlarında Ermənistan şahmat federasiyasından ABŞ federasiyasına keçmək qərarını açıqladı və idmana dövlət dəstəyinin azalması ilə əlaqələndirdi. 2021-ci ilin dekabrından etibarən ABŞ-ni təmsil edir. 1982-ci ildə İrəvanda doğulub. Anası Seda Avaqyan mühəndisdir, ixtisasca fizik olan atası Qirqori Leontieviç Aronov Rusiya yəhudisidir, Belarusun Vitebsk vilayətində doğulub. == Uğurları == Dünya Kuboku, Linares, Veyk-an Zee (iki dəfə) kimi turnirlərin qalibidir.
Levon Larents
Levon Larents (Kirişçiyan) (erm. Լևոն Լարենց (Քիրիշճյան), d. 1875 – ö. 24 aprel 1915) — Erməni əsilli Osmanlı yazıçısı, tərcüməçisi, jurnalisti, redaktoru, şairi və müəllimi. == Bioqrafiya == Levon Larents 1875-ci ildə İstanbulun Samatiya səmtində erməni əsilli bir ailədə anadan olmuşdur. Təhsilini 1902-ci ildə məzun olduğu yerli Robert Kollecində tamamlamışdır. Larents Robert Kollecində təhsil alan zamanlarda dostları ilə birlikdə "Zepur" adlı ermənidilli bir jurnalı nəşr edirdi. Məzuniyyətindən qısa bir müddət sonra Larents "Puzantion" qəzetinə yardım etməyə başlamışdır. Daha sonra Adabazarına köçərək oradakı "Qetronaqan Məktəbi"ndə Sivilizasiya tarixi dərsi keçirdi. Larents 1905-ci ildə Hnçak siyasi partiyasının islahat hərəkatının bir parçası halına gələn Osmanlı İmperiyasındakı ictimai təzyiqdən qaçaraq ABŞ-yə qaçmışdır.
Levon Mirzoyan
Levon İsaeviç Mirzoyan (18 (30) noyabr 1897, Heşan, DQMV – 26 fevral 1939, Moskva) sovet — dövlət və partiya xadimi, Azərbaycan SSR Kommunist Pariyasının I katibi (1926–1929). == Həyatı == Levon Mirzoyan 1920–1925-ci illərdə Azərbaycan Həmkarlar İttifaqının sədri, sonra Azərbaycan SSR əmək xalq komissarı, Azərbaycan KP Bakı komitəsinin katibi olub. 1925–1929-cu illərdə Azərbaycan KP MK-nin sədri vəzifəsində çalışıb. 1929–1933-cü illərdə dairə komitəsinin katibi, sonra KP Ural vilayət komitəsinin 2-ci katibi işləyib. 1933-cü ildən partiyanın Qazaxıstan vilayətinin 1-ci katibi, 1937-ci ildən Qazaxıstan KP MK-nin I katibi vəzifəsində çalışıb. SSRİ MSK üzvü olub. Lenin ordeni alıb. 1939-cu ilin əvvəllərində həbs edilib və həmin ilin 26 fevralında Lefortovo həbsxanasında güllələnib. 1958-ci ildə bəraət alıb.
Levon Çorbacıyan
Levon Çorbacyan (ing. Levon Chorbajian) — erməniəsilli ABŞ sosioloqu. O, Massaçusets Lovell Universitetinin professoru və Zoryan Müasir Ermənişünaslıq və Sənədləşdirmə İnstitutunun ABŞ bölməsinin direktorudur. Çorbacyan sosialist və proqressiv siyasətlə məşğuldur, neoliberalizmin tənqidçisidir. == Əsərləri == Müəllif Egan, Daniel; Chorbajian, Levon. Power: A Critical Reader. Pearson. 2004. ISBN 978-0131834385. Chorbajian, Levon; Mutafian, Claude; Donabedian, Patrick.
Levon Çukasyan
Levon Babkeni Çukasyan (erm. Լևոն Բաբկենի Չուգասզյան; 9 aprel 1952, İrəvan) — Ermənistan sənətşünası. O həmçinin, YUNESKO-nun erməni incəsənəti tarixi üzrə sədridir. Hazırda Çukasyan həm də İrəvan Dövlət Universitetinin erməni incəsənətinin tarixi və nəzəriyyəsi kafedrasının rəhbəridir. Professor Çukazyan postsovet ölkələri, Avropa və ABŞ universitetlərində, xüsusən də orta əsr erməni incəsənətinə dair çoxsaylı mühazirələr oxumuş, Los-Ancelesdəki Kaliforniya Universitetində erməni incəsənəti üzrə kurslar tədris etmişdir. == Seçilmiş əsərləri == "Կիրակոս Ծաղկող (The Painter Kirakos)." Usanoghakan Gitakan Asxatank'ner. vol. 17, 1975. "Մատենադարանի № 5576 ձեռագրի դրվագված կազմի մասին" ("On the Chased Binding of Manuscript № 5576 at the Matenadaran"). Patma-Banasirakan Handes.
Lyursi-Levi
Lürsi-Levi (fr. Lurcy-Lévis) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Lyursi-Levi kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03155. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 360 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 1251 nəfər (15–64 yaş) arasında 833 nəfər iqtisadi fəal, 418 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 66,6%, 1999-cu ildə bu 68,7%). Fəal olan 833 nəfərdən 756 nəfər (404 kişi və 352 qadın), 77 nəfər işsiz (32 kişi və 45 qadın) idi. 418 hərəkətsiz 98 nəfər arasında şagird və ya tələbə, 166 nəfər təqaüdçü, 154 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Lürsi-Levi
Lürsi-Levi (fr. Lurcy-Lévis) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Lyursi-Levi kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03155. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 360 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 1251 nəfər (15–64 yaş) arasında 833 nəfər iqtisadi fəal, 418 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 66,6%, 1999-cu ildə bu 68,7%). Fəal olan 833 nəfərdən 756 nəfər (404 kişi və 352 qadın), 77 nəfər işsiz (32 kişi və 45 qadın) idi. 418 hərəkətsiz 98 nəfər arasında şagird və ya tələbə, 166 nəfər təqaüdçü, 154 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Mark Levi
Mark Levi (fr. Marc Lévy) (16 oktyabr 1961[…], Bulon-Biyankur, Fransa) — Fransız yazıçı. == Həyatı == Həyat yoldaşı və uşaqları ilə birlikdə Nyu-Yorkda yaşayır. == Əsərləri == Bəlkədə bu həqiqətdir.../ Et si c'était vrai... (2000) Haradasan ? / Où es-tu ? (2001) Əbədi yeddi gün... / Sept jours pour une éternité...
Ofer Levi
Ofer Levi (17 iyun 1964) — İsrailli müğənni.
Rafael Leao
Rafael Aleksandre Konseysau Leao (port. Rafael Alexandre Conceição Leão , 10 iyun 1999) — Portuqaliyalı peşəkar futbolçu. İtaliyanın "Milan" klubunda və Portuqaliya milli komandasında çıxış edir. Futbolçu əsasən cinah hücumçusu və sol cinah vingeri kimi çıxış edir. == Klub karyerası == Leao Lissabon şəhərini təmsil edən "Sportinq" klubunun yetirməsidir. Öncə "Sportinq"in B komandasında oynayan futbolçunun "Sportinq"in B komandasının heyətində debütu, 21 may 2017-ci il tarixində, Portuqaliya Sequnda Liqasında "Braqa" klubunun ikinci komandasına qarşı oyunda baş verir. Futbolçu 11 fevral 2018-ci ildə "Feirense" klubu ilə oyunun ikinci yarısında Brayan Ruizi əvəzləyərək Portuqaliya çempionatında debüt edir. 2018-ci il martın 2-də "Porto" klubu ilə oyunda Rafael "Sportinq"in heyətində ilk qolunu vurur . 2018-ci ilin yayında Leao Fransanın "Lill" klubuna keçir. Debüt mövsümündə Leao 24 oyun keçirib və səkkiz qol vurub.