I Levon (erm. Լևոն Բ; 1150, Kilikiya Erməni Çarlığı – 2 may 1219, Kozan, Kilikiya Erməni Çarlığı) — Kilikiya Erməni Çarlığının ilk kralı. 1198–1219-cu illərdə hakimiyyətdə olmuşdur.
I Levon | |
---|---|
erm. Լևոն Բ | |
Əvvəlki | yoxdur |
Sonrakı | I İzabella |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Fəaliyyəti | suveren[d] |
Atası | Stefan |
Anası | Rita |
Həyat yoldaşları | |
Uşaqları | |
Ailəsi | Rubenilər |
Dini | Katolik, Xristianlıq |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
I Levon Kilikiya Erməni Çarlığının qurucusu hesab edilir. Siyasi baxımdan böyük uğurlar əldə etməsədə, daxil dövlətçilik məsələlərində uğur qazanmışdır. Levonun hakmiyyəti dövründə çarlığ xeyli güclənmişdir. Xaç yürüşlərinə qatılan ordulara xüsusi dəstək göstərmişdir. Xristian mənbələrində səlibçilərin ərzaq, silah və minik vasitələrinə olan ehtiyaclarının böyük bir qismi I Levon tərəfindən ödənilməsi göstərilmişdir. Xaç yürüşünün iştirakçılarına lazım olan dəstək verməsi, Levonun Vatikan ilə münasibətlərini yaxşılaşdırmışdır. I Levon 1198-ci ilin 6 yanvar tarixində Vatikanın dəstəyi ilə Tarsus şəhərində yerləşən Müqqədəs Söz Kilsəsində Kilikiya Erməni Çarlığının kralı olaraq taxta çıxmışdır.
I Levonun doğum yeri haqqında dəqiq məlumat yoxdur. Levonun anası Barbaron Çarlığının kralı Sempadın qızı Ritadır. Levonun atası isə Stefan adlı varlı bir şəxs olmuşdur. Stefanın 1165-ci ildə 7 fevral tarixində Kilikiya Bizans valisi Andronik Eupgorbenusun təşkil etdiyi ziyafətə gedərəkən öldürülmüşdür. Atalarının ölümündən sonra Levon və böyük qardaşı Ruben, Toros dağlarında yerləşən dar keçidləri qoruyan qalada dayıları Paqaouren ilə birlikdə yaşamağa başlayırlar.
Əmiləri Kilikiya Erməni Lordu I Mleh zalımlığı ilə tanına kral olmuşdur. Bu səbəbdən 1175-ci ildə öz əsgərləri tərəfindən öldürülmüşdür. Taxtın boşalmasından sonra Kilikiya erməni icması Levonun böyük qardaşı Rubeni, III Ruben olaraq, taxta çıxartmışdılar. 1183-cü ildə Antakiya knyazlığının hökmadarı III Boemondo Lampron lordu III Hethum ilə Rubenə qarşı ittifaq bağlamışdır. Özünə qarşı ciddi təhlükəni anlayan Ruben qardaşı Levonu III Hethumun qoşununun üzərinə yolladı. Ancaq Antakiya knyazlığının hökmadarı III Boemondonun cəsusları Rubeni əsir almağı bacardılar. Qardaşının yoxluğunda ölkəni idarə edən Levon, yüksək məbləğ qarşılığında qardaşını azad etmişdir. Əsirlikdən qayıdan Ruben 1187-ci ildə bütün səlahiyyətlərini qardaşına vermiş, özü isə Trazarq Monastrında rahib həyatı yaşamağa başlamışdır.
Bizans imperatoru II İsaakios Angelos və Səlahəddin Əyyubi arasında olan ittifaqın yaratdığı təhlükə və oğuzların ətraf ərazilərdə məskunlaşması Levon ilə Antakiya knyazlığının kralı III Boemondonun yaxınlamasına səbəb olmuşdur. Levoun III Boemondoun hökmdarlığını qəbul etdi və özünü onun vassalı adlandırdı. Bu dövrdə Türkmən boyları ölkənin şimal sərhəddi istiqamətində kütləvi şəkildə məskunlaşırdılar. Türkmənlərin III Boemondonun nəzarətində saxladığı Sis şəhərinə yaxınlaşması, Antakiya knyazlığının əməli addımlar atmasına rəvac vermişdir. 1187-ci ildə Levon və III Boemondo arasında Türkmən birliklərinə qarşı birgə mübarizə aparmaq barədə razılıq əldə olundu. İlk hücumu razılığa əsasən Levon etməli idi, onun tərəfindən toplanan kiçik ordu Türkmən boylarının yaşadığı ərazilərə qəfil hücum etdi. Hücum zamanı Türkmənlər ağır itki verdilər və başçıları öldürüldü.
Əldə olunan uğur, Levonun taxta çıxmasını daha da yaxınlaşdırdı. III Boemondo Levon ilə qohumluq münsibətləri yaratmaq məqsədi ilə üçüncü arvardı Sibyellenin qohumu İzabellanı Levonla evləndirmişdir. Nüfuzunun günü-gündən arması Levonun daha müstəqil davranmasına səbəb olurdu. Onun III Boemondoya yüksək məbləğdə borc verməsi və borcunu tələb etməməsi, artıq Levonun müsəqil olduğunu göstərir. Müqqədəs Roma İmperatorluğunun hökmdarı Fredrix Barnarossa 1190-cı ildə Levon tərəfindən nəzarət edilən ərazilərə yaxınlaşmışdır. Barnarossanın güclü orduya malik olduğunu görən Levon ona hədiyyələr, ləvazimatlar və silahlar olan yük göndərmişdir. Levon 1189–1191-ci illərdə xaç yürüşlərində iştirak etmişdir. Akra şəhərinin mühasirəsində iştirak etmiş və 1191-ci ilin may ayında Aslan ürəkli Riçard ilə birlikdə Kiprin fəthində iştirak etmişdir.
Levon nəzarətində olan əraziləri müdafiə etmək üçün, bəzi hallarda mütəffiq olduğu şəxslərin maraqlarına qarşı hərəkət edirdi. 1191-ci ildə Səlahəddin Əyyubi Baqras qalasını sökülməsinə əmr vermiş və burada olan Məbəd cəngavərlərini əsir almışdır. Levon qala üzərində nəzarət etmək istəyirdi və bu məqsədlə, öz işçilərini gizli şəkildə əraziyə göndərərək, onları tikinti-bərpa işlərinə cəlb etmişdi. Levonun qalanı sahiblənmək istəməsi, Antakiya knyazlığının böyük narazılığına səbəb olmuşdur. Kilikiya Erməni Çarlığı ilə Antakiya knyazlığı arasında olan bu anlaşılmazlıq uzun müddət davam etmişdir. Antakiya knyazı III Boemondo əsir götürülən Məbəd cəngavərlərini azad edilməsini istədi, ancaq Levon bunu rədd etdi. Bundan sonra III Boemondo Səlahəddin Əyyubi Levon barədə şikayət etmişdir. Baqras qalası ilə bağlı olan məsələdə Səlahəddin Əyyubi Antakiya knyazlığının mövqeyini dəstəkləyirdi. Səlahəddin Əyyubi strateji əhəmiyyətli və əsas yollardan birinin üzərində yerləşən qalanın düşmən əlinə keçməsini istəmirdi.
Səlahəddin Əyyubinin ölümündən sonra 1193-cü ilin oktyabr ayında Levon III Boemondonu bütün mübahisəli məsələləri müzakirə etmək üçün öz sarayına dəvət etdi. III Boemondo, xanımı Sibilya və onun oğul dəvəti qəbul etdilər. Qısa söhbətdən sonra III Boemondo gözlənilmədən ailəsi ilə birlikdə əsir alındı. Levon Antakiya knyazlığının idarəciliyini ona verəcəyi təqdirdə, III Boemondonun azad edəcəyini bildirdi. III Boemondo azad ediləcəyi əvəzində Antakiyanı tərk etməyə razılıq verdi. III Boemondonun vəzirləri Bartolomey Tirel və Ricarad Erminetile Levonun ağalığını qəbul etdi. Antakiyada təşkil olunan mərasimdə Levonun hökmdarlığı rəsmən elan edildi.
Antakiyada Levonun hakimiyyətini III Boemondo və onun adamları qəbul etsədə, şəhərdə yaşayan rahiblər və Bizanslılar ermənilərə qarşı müqavimət göstərməyə başladılar. Qısa müddətdə etiraz hərəkatı üsyana cevrildi. Ermənilər yerli kütlənin qəzəbindən qorxub, Baqras qalasına çəkildilər. Antakiyada Kilikiya Erməni Çarlığının hakimiyyətini qəbul etmiş və satqınlar adlanan qrup şəhərdən qovuldu. Antakiya Latın Patrikxanasının rəhbəri Limogeslo Aimeri III Boemondonun azad ediləcəyi vaxta qədər III Boemondonun böyük oğlu Raymondu Antakiya knyazlığının knyazı elan etdi.
Antakiya rahibləri, Qüds kralı I Henri və III Boemondonun kiçik oğlu Tripolo şahzadəsi Bohemondan kömək istədi. Bir neçə aydan sonra Kral I Henri və Bohemond Antakiyaya doğru yola düşdülər. Məqsəd Antakiya knyazlığını Kilikiya Erməni Çarlığına qarşı müdafiə etmək idi. Levon müharibə başlamısını istəmirdi. Bu səbəbdən Levon III Boemondo ilə görüşüb, onu azad etməyə hazır olduğunu bildirdi. III Boemondonun böyük oğlu Raymond Levonun qohumu Alisa ilə evlənmişdir. Ancaq Raymondun cavan yaşda ölməsi III Boemondonun Alisanı və yeni doğulmuş oğlunu Kilikiya Erməni Çarlığına göndərməsinə səbəb oldu. III Boemondo bunula Levon ilə qohum olmaqda maraqlı olmadığını göstərmək istəyirdi.
Levon Kilikiya Erməni Çarlığını yaratdığını rəsmən elan etməsədə, çarlığın ərazisini uzun müddət idarə etmişdir. Özünü kral elan etmək istəyən Levon rəsmi dövlət yaratmaq və qonşuları ilə rəsmi əlaqə qurmaq istəyirdi. Bu məqsədlə dövrünün iki nüfuzlu hökümdarından dəstək almaq istəyirdi. Vatikan və Almaniya İmperiyasında dəstək almaq istəyən Levon tezliklə yaradaçağı dövləti rəsmi səviyyədə tanınmasına çalışdırdı. Alman imperatoru Levonla münasibətli qurmağa əvvəlcə hazır olsa da, sonradan bundan imtina etmişdir.
Almaniya İmperiyasından dəstək ala bilməyən Levon Papa III Kalestinə müraciət etdi. Papa Erməni Qriqoryan Kilsəsini Roma-Katolik kilsəsinə tabe olmaq şərtini irəli sürdü. Kilikiyada yaşayan ermənilər Papaya tabe olmaqdan imtina edirdilər. Rahiblər papaya tabe olmağın kilsənin varlığına təhdid olduğunu və belə bir addımın bütün ermənilərin inancına zərbə olduğunu iddia edərək, Levonun bu təklifi rədd etməsini tələb edirdilər. Levon istər rahiblərlə, istərsə də xalqla apardığı danışıqlarda bu tabeçiliyin müvəqqəti olduğunu və ermənilərin heç vaxt öz kilsələrindən imtina etməyəcəyini bildirdi. Levon Papadan dəstək almaq üçün yalandan olsa da, tabe olmağı qəbul etdi.
Bizans İmperatoru III Aleksios Angelos Kilikiyada nüfuzunu qorumaq üçün Levona kral tacı hədiyyə etdi. Levon Erməni Qriqoryan Kilsəsi ilə Roma-Katolik kilsəsi arasında yaranmış mənfi münsibətləri bərpa etmək üçün Konstantinopol şəhərinə Namrunlu Nerses rəhbərliyində elçi heyəti göndərmişdir.
Almaniya İmperatoru VI Henrix Levona Kilikiya üzərində ağalığının tanınacağı halda, Kilikiya Erməni Çarlığını rəsmi dövlət kimi tanımağa hazır olduğunu bildirdi. VI Henrixin ölümündən sonra Almaniya İmperiyasının əsas din xadimi Hildesheyim Konard, Roma Papasının fəxri nümayəndəsi, Mainzli Konard ilə birlikdə Sis şəhərinə gəldilər. Levon 6 yanvar 1198-ci ildə (digər bir ehtimala görə 1199-cu ildə) Tarsus şəhərində erməni nümayəndələri, Franko-Erməni əsilzadələri, Tarsus Rum Kilsəsinin rahibləri, Almaniya İmperiyasında və Vatikandan gələn qonaqların qarşısnda Kilikiya Erməni Çarlığının ilk kralı olaraq I Levon adı ilə taxta çıxdı.