Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lotereya bileti (film, 2015)
Bakı, mən səni sevirəm kinoalmanaxı 2015-ci ildə ekranlaşdırılmışdır. Heydər Əliyev Fondunun dəstəyi ilə "Mosfilm" kinokonsernində istehsal edilmişdir. Kinoalmanaxa 10 qısametrajlı film daxildir: "Aziya", "Görüş", "Rəssam", "Həyət", "Bəhram Gur", "Lotereya bileti", "Xəzər Atlantidası", "Sevgi haqqında", "Aysel" və "Təsadüf". Layihədəki hər bir ekran əsəri Bakının həyatından müxtəlif anları özündə əks etdirir. Əsas rolları Aziya Arcenti, Corc Qafarov, İlahə Həsənova, Vyaçeslav Razbeqayev, Tural Vaqifoğlu, Kamran Ağabalayev, Alessandro Bertoluççi, Eyşan Özhim, Cavanşir Hadıyev, Fuad Osmanov, Rasim Cəfər, Solmaz Süleymanlı, Ramil Əzimov, Şəbnur Qayıbova, Günel Məmmədova, Elşən Cəbrayılov, Aqniya Ditkovskite, Vadim Tsallati, Zemfira Sadıqova və Fərhad İsrafilov ifa edirlər. == Məzmun == Layihədəki hər bir ekran əsəri Bakının həyatından müxtəlif anları özündə əks etdirir. Qısametrajlı filmlər insanlar arasında münasibətləri, onların sevgi və həsrətlərini, şad və qəmli anlarını canlandırır. Bu insanları, münasibətləri, həyatın müxtəlif anlarını birləşdirən baş qəhrəman isə Bakı şəhəridir.
Lotaren
Lotaringiya — Regionun mərkəzi Mets şəhəridir.
Oskar di Lovera
Oskar di Lovera (d. 12 oktyabr 1958) — Argentinalı biatlonçu. Oskar di Lovera Argentinanı 1984-cü ildə Sarayevoda təşkil edilən XIV Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Oskar di Lovera birinci dəfə Olimpiya Oyunlarına 1984-cü ildə qatıldı. O, Sarayevoda baş tutan XIV Qış Olimpiya Oyunlarında kişilər 10 km məsafəyə sprint yarışlarında iştirak etdi. Di Lovera 40:25.7 saniyəlik nəticəsi ilə 64 atlet arasında 59-cu yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Anri de Tuluz-Lotrek
Anri de Tuluz-Lotrek (fr. Henri Marie Raymond comte de Toulouse-Lautrec Monfa, [ɑ̃ʁi də tuluz loˈtʁɛk]; 24 noyabr 1864[…], Albi – 9 sentyabr 1901[…]) — Tuluz-Lotreki sülaləsindən olan Fransız postimpressionist rəssam, qrafik və reklam posteri senətçisi. == Ailəsi və gənclik illəri == Anri de Tuluz-Lotrek 24 noyabr 1864-cü ildə aristokrat ailəsində anadan olub. Rəssamın həyatının ilk illərini Albi şəhərində ailə əmlakına keçirib. Onun valideynləri, Alfons Şarl de Tuluz-Lotrek-Monfa və Asel Tapye de Seleyran 1868-ci ildə kiçik oğulları Riçard öldükdən sonra ayrıldı. Valideynləri boşandıqdan sonra, Anri Şato-dü-Bosk (fr. Cháteau du Bosc) əmlakında və Narbon yaxınlığında yerləşən Seleryan (fr. Cháteau du Céleyran) əmlakında yaşayıb, burada at sürmə, latın və yunan dilini öyrənmişdir. 1871-ci ildə Fransa–Prussiya müharibəsinin bitməsindən sonra Tuluz-Lotrek Parisə köçdü — həyatını dəyişən, ilham verən və sənətkarın işinə böyük təsir göstərən bir şəhər. Anri de Tuluz-Lotrek həyatı boyu, xüsusilə sənətçinin sağlamlığını pozan faciəli hadisələrdən sonra həyatında əsas insan olmuş anasına yaxın idi.