Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ququşka çayı
Kyakuk syaye-(Ququşka çay; başq. Кәкүк сәйе, tatar. Кәкүк чәе, кәкүк—"ququşka",сәй, чәй—"çay") Yazın gəlişinə həsr olunmuş, Başqırd mərasim bayramıdır. == Tarixi == Kyakuk siyaye adının başlanğıcı islamdan öncəki inanclara əsaslanır. Belə ki, ölənlərin ruhlarının quşlara çevrilməsi inancının mövcud olması. == Ənənələri == Kyakuk siyaye yaz və yay mövsümündə keçirilir, belə ki, aprel ayından iyul ayına kimi. Bayramın təşkilatçısı bayramın qaydalarını bilən yaşlı qadın olur. Bəzi rayonlarda onu yulbars adlandırırlar. Yulbarslar qısa qollu, qırmızı üstü sikkələrlə bəzədilmiş paltar geyinirlər. Onların başına 2 dəsmal atılır, onlardan birinin ucunda mis dəyirmi lövhələr olur və o kürəyə qədər düşür, digəri isə şal ilə bağlanır.
Turuşka sülaləsi
Turuşka sülaləsi — Şimali Hindistanda, Kəşmir, Kabilistan (indiki Əfqanıstanda tarixi bölgə) və Qəndhara bölgələrində hökm sürən qədim kral sülaləsi. Sülalənin ya qarışıq Qərbi Göytürk-Eftalit ya Hind-Skif mənşəli olduğu güman edilir. Sülalənin sakinləri əsasən hindu brahmanları olsa da, sülalənin hakim sinfi buddistlər və Buddanın güclü inanclıları idi. Bu xanədan tərəfindən Kəşmir və Qəndharada bir çox buddist abidələri ucaldılmışdır ki, bu da onların Buddizm dininə məhəbbətini göstərirdi. Hindistanda məskunlaşan Orta Asiya tayfalarının Hindistan cəmiyyətinə inteqrasiya etmək üçün Buddizmi və buddistlərin əsas inanclarını qəbul etməsi adi hal idi. Bu sülalənin Türk Şahilərin Kabilistanı idarə etdiyi dövrdə Kəşmiri də idarə etdiyi güman edilir və iki sülalə arasında Kapisa və Qəndhara bölgələri üzərində toqquşmalar baş verə bilirdi. Bu sülalə Qəznəvilər tərəfindən bütün Kəşmirlə birlikdə tabe edilərək fəth edildi. Qəznəvi sultanı Səbuktəkinnin başçılıq etdiyi təkrarlanan işğal dalğaları bu sülalənin son məhvinə və nəticədə Kəşmir bölgəsinin ilhaqına gətirib çıxardı. Beləliklə, Hindu-Buddist Turuşka hakimiyyəti məhv edildi və onların torpaqları həm Kəşmir bölgəsini, həm də Pəncab bölgəsini fəth edən türk-müsəlman Qəznəvilərin əlinə keçdi. == Ədəbiyyat == Долин А. А., Попов Г. В. Кэмпо - традиция воинских искусств.
Mokraya Çuburka çayı
Mokraya Çuburka — Rusiyanın Krasnodar vilayətinin şimalı və Rostov vilayətinin cənub-qərbindən axan çay. Azov dənizinə daxil olan Taqanroq körfəzinə tökülür. Çayın uzunluğu 92 km təşkil edir. Ümumi mayillik 63 metrdir. Əb böyük qolu Çuburka çayıdır. Sahilində yerləşən ən böyük yaşsyış məntəqəsi Aleksandrovna kındidir (4738 nəfər, 2002). == Axını == Çay öz başlanğıcını Kuban-Priaziv düzənliyindən götürür. Onun mənsəbi Krasnodar vilayətinin Kuşyovski rayonu, İsaevski xutorunun şərqində yerləşir. Aşağı axarlarda Kalininski xutoru ərazisindən isə Rostov vilayətinə keçir. Buradan isə o özünün ən böyük qolu olan Çuburka qolunu qəbul edir.