Turuşka sülaləsi

Turuşka sülaləsi — Şimali HindistandaKəşmir,[1] Kabilistan (indiki Əfqanıstanda tarixi bölgə) və Qəndhara bölgələrində hökm sürən qədim kral sülaləsi. Sülalənin ya qarışıq Qərbi Göytürk-Eftalit ya Hind-Skif mənşəli olduğu güman edilir.[2] Sülalənin sakinləri əsasən hindu brahmanları olsa da, sülalənin hakim sinfi buddistlərBuddanın güclü inanclıları idi. Bu xanədan tərəfindən Kəşmir və Qəndharada bir çox buddist abidələri ucaldılmışdır ki, bu da onların Buddizm dininə məhəbbətini göstərirdi. Hindistanda məskunlaşan Orta Asiya tayfalarının Hindistan cəmiyyətinə inteqrasiya etmək üçün Buddizmi və buddistlərin əsas inanclarını qəbul etməsi adi hal idi. Bu sülalənin Türk Şahilərin Kabilistanı idarə etdiyi dövrdə Kəşmiri də idarə etdiyi güman edilir və iki sülalə arasında Kapisa və Qəndhara bölgələri üzərində toqquşmalar baş verə bilirdi. Bu sülalə Qəznəvilər tərəfindən bütün Kəşmirlə birlikdə tabe edilərək fəth edildi. Qəznəvi sultanı Səbuktəkinnin başçılıq etdiyi təkrarlanan işğal dalğaları bu sülalənin son məhvinə və nəticədə Kəşmir bölgəsinin ilhaqına gətirib çıxardı. Beləliklə, Hindu-Buddist Turuşka hakimiyyəti məhv edildi və onların torpaqları həm Kəşmir bölgəsini, həm də Pəncab bölgəsini fəth edən türk-müsəlman Qəznəvilərin əlinə keçdi.

  1. Долин А. А., Попов Г. В. Кэмпо - традиция воинских искусств. Москва, Наука, 1991, 432 c., ISBN 5-02-016966-8, С.55-75.
  2. Encyclopedic dictionary of Brockhaus and Efron: in 86 tons (82 tons and 4 extra). - SPb., 1890-1907.
  1. Босворт, Клиффорд Эдмунд. Мусульманские династии. Справочник по хронологии и генеалогии. — Москва: Главная редакция восточной литературы издательства «Наука», 1971. — С. 255.
  2. Encyclopedic dictionary of Brockhaus and Efron: in 86 tons (82 tons and 4 extra). - SPb., 1890-1907; See: India, XIII, 139.