Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qalina Marinova
Qalina Marinova (20 aprel 1985) — Bolqarıstanı təmsil edən bədii gimnast. == Karyerası == Qalina Marinova Bolqarıstanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 7-ci pillənin sahibi olub.
Yana Marinova
Yana Marinova (tam adı: Yana Marinova, bolq. Яна Маринова; 17 avqust 1978, Sofiya) — Bolqarıstan aktrisası. == Həyatı və fəaliyyəti == Yana Marinova 17 avqust 1978-ci ildə Sofiyada anadan olmuşdur. Ali təhsilini iqtisadiyyat ixtisası üzrə almışdır. 22 yaşında evlənmişdir, bir oğlu var. Bolqarıstanın bədii filmləri və serialları ilə yanaşı, xarici istehsalı olan filmlərdə də rol almışdır. Müxtəlif televiziya şoularına rəhbərlik edir. Bəzi kinolarda kaskadyor kimi çıxış edir. Məzun olduqdan sonra keçmiş "Dauntaun", indiki "Qafqaz" restoranının meneceri işləmişdir. Bir müddət model işləmiş və 2004-cü ildə Miss Bolqarıstan yarışmasında iştirak etmişdir.
Zornitsa Marinova
Zornitsa Marinova (d. 6 yanvar 1987) — Bolqarıstanı təmsil edən bədii gimnast. Zornitsa Marinova, Bolqarıstanı 2004 Afina və 2008 Pekin Olimpiadalarında təmsil etdi. == Karyerası == Zornitsa Marinova, 2004-cü ildə Bolqarıstanın bayrağı altında Yunanıstanın paytaxtı Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Eleonora Kejova, Janeta İliyeva, Kristina Ranqelova, Qalina Tançeva və Vladislava Tançeva ilə birgə finalda 48.600 xal toplayaq 3-cü yeri tutdu və Olimpiya Oyunlarının bürünc medalını qazandı.
Olisana Barinova
Olisana Barinova (d. 6 aprel 1978) — Azərbaycanı təmsil edən voleybolçu. Olisana Barinova, Azərbaycan yığmasının heyətində 1994-cü ildə baş tutan Dünya Çempionatına qatılıb və 9-cu yeri tutub. == Karyerası == Olisana Barinova, 1994-cü ildə Azərbaycan yığması ilə birgə Braziliyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışların 1/8 final mərhələsində Azərbaycan yığması, Almaniya yığmasını 1:3 hesabı ilə məğlub oldu və Dünya Çempionatını 9-cu yerdə başa vurdu.
Yuliya Malinova
Yuliya Malinova — Bolqarıstanlı qadın hüquqları müdafiəçisi. O, Bolqarıstan Qadınlar Birliyinin həmtəsisçisi olub və iki dəfə onun sədri olub: 1908-ci ildən 1910-cu ilə və 1912-ci ildən 1926-cı ilə kimi. == Bioqrafiya == Yuliya Yakovlevna Şnayder 1869-cu ildə rus yəhudi ailəsində anadan olub. O, Fransada (Paris) və İsveçrədə təhsil alıb, pravoslavlığı qəbul etdikdən və sonradan Bolqarıstanın baş naziri olmuş Demokratlar Partiyasının lideri vəkil Aleksandr Malinovla evləndikdən sonra Bolqarıstana köçüb. 1899-cu ildən o, müəllim, sosialist və yazıçı, sosialist Yanko Sakazovun həyat yoldaşı Anna Karima ilə birlikdə Jenski Qlas (Qadınların səsi) qəzetinin redaktoru olub. 1901-ci ildə Malinova və Kərimə Bolqarıstan Qadınlar Birliyinin həmtəsisçiləri oldular, Karima onun ilk sədri seçilir. Bu birlik 1878-ci ildən başlayaraq Bolqarıstanda yaradılmış 27 yerli qadın təşkilatının çətiri idi. O, 1890-cı illərdə qadınların intellektual inkişafını və ictimai həyatda daha çox iştirakını təmin etmək üçün qadınların təhsilini və qızların universitet təhsilinə çıxışını məhdudlaşdıran tədbirlərə cavab olaraq qurulmuşdur. Şura məclislər təşkil edir və mətbuat orqanı kimi “Jenski Qlas” qəzetindən istifadə edirdi. 1908-ci ildə Malinova Bolqarıstan Qadınlar Birliyinin sədri olur və onu Beynəlxalq Qadınlar Şurasının bir hissəsi edir.
Gülcahan Güləhmədova-Martınova
Gülcahan Şüaulla qızı Güləhmədova-Martınova (23 iyun 1925, Bakı – 20 yanvar 2018) — Azərbaycanın ilk peşəkar qadın teatr rejissoru, Azərbaycan SSR xalq artisti (1981), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972), Bakı Musiqi Akademiyasının professoru. == Həyatı == İlk azərbaycanlı qadın rejissorlardan biri olan Gülcahan Şüaulla qızı Güləhmədova-Martınova 1925-ci il iyunun 23-də Bakı şəhərində anadan olmuşdur. O, 1947–1952-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun rejissorluq fakültəsində təhsil almışdır. Onun müəlllimi Mehdi Məmmədov olmuşdur. 1952-ci ildə təyinatını Rus Dram Teatrına alan Gülcahan xanım orada Stepanov-Kolosov, Saxarov, Məhərrəm Haşımov kimi rejissorlarla işləməyə başlamışdır. O, 1943-cü ildə leytenant, dəniz məktəbinin məzunu Sergey Martınov ilə ailə həyatı qurmuşdur. Gülcahan Güləhmədova-Martınova 20 yanvar 2018-ci ildə ildə 92 yaşında vəfat etmişdir. == Fəaliyyəti == Gülcahan Güləhmədova 1952–1982-ci illərdə Səməd Vurğun adına Rus Dram teatrında quruluşçu rejissor olmuşdur. Onun ilk quruluş verdiyi tamaşa Viktor Rozevin "Şadlıq sorağında" tamaşası idi. 30 il ərzində Gülcahan xanım teatrda 70-ə yaxın tamaşanın qurulşçu rejissorluğunu etmişir.
San-Marinoda COVID-19 pandemiyası
San-Marinoda Koronavirus pandemiyası 27 fevral 2020-ci ildə yayılmışdı. Hal-hazırda 151 nəfər yoluxub, 4 nəfər sağalıb,14 nəfər ölüb bu virusa görə. == Gedişat == 27 fevral 2020-ci ildə İtaliyadan gələn qoca bir kişinin koronavirusa yoluxduğu təsdiq edildi. O, İtaliyada bu virus təhlükəsinə görə xəstəxanaya yerləşdirilmiş və sonra San Marinoya gətirilmişdir. 1 martda artıq 7 nəfər xəstələnmişdi və San Marinolu olan 88 yaşlı bir kişi vəfat etmişdi. 8 martda 36 nəfər xəstələndi. 11 martda bu say 66-ya çatdı və 3 nəfər vəfat etdi. 12 martda 67 nəfər xəstələndi və 5 nəfər vəfat etdi. 14 martda hökumət 12 aprelə qədər karantin elan etdi. 18 martda Avroviziya Mahnı Müsabiqəsi ləğv edildi.
San-Marinoda koronavirus pandemiyası 2020
San-Marinoda Koronavirus pandemiyası 27 fevral 2020-ci ildə yayılmışdı. Hal-hazırda 151 nəfər yoluxub, 4 nəfər sağalıb,14 nəfər ölüb bu virusa görə. == Gedişat == 27 fevral 2020-ci ildə İtaliyadan gələn qoca bir kişinin koronavirusa yoluxduğu təsdiq edildi. O, İtaliyada bu virus təhlükəsinə görə xəstəxanaya yerləşdirilmiş və sonra San Marinoya gətirilmişdir. 1 martda artıq 7 nəfər xəstələnmişdi və San Marinolu olan 88 yaşlı bir kişi vəfat etmişdi. 8 martda 36 nəfər xəstələndi. 11 martda bu say 66-ya çatdı və 3 nəfər vəfat etdi. 12 martda 67 nəfər xəstələndi və 5 nəfər vəfat etdi. 14 martda hökumət 12 aprelə qədər karantin elan etdi. 18 martda Avroviziya Mahnı Müsabiqəsi ləğv edildi.