Gülcahan Şüaulla qızı Güləhmədova-Martınova (23 iyun 1925, Bakı – 20 yanvar 2018) — Azərbaycanın ilk peşəkar qadın teatr rejissoru, Azərbaycan SSR xalq artisti (1981), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972), Bakı Musiqi Akademiyasının professoru.[1]
Gülcahan Güləhmədova | |
---|---|
Gülcahan Şüaulla qızı Güləhmədova-Martınova | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (92 yaşında) |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | teatr rejissoru |
Fəaliyyət illəri | 1952-ci ildən |
Teatr | Azərbaycan Dövlət Rus Dram Teatrı |
Mükafatları |
|
İlk azərbaycanlı qadın rejissorlardan biri olan Gülcahan Şüaulla qızı Güləhmədova-Martınova 1925-ci il iyunun 23-də Bakı şəhərində anadan olmuşdur. O, 1947–1952-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun rejissorluq fakültəsində təhsil almışdır.[2] Onun müəlllimi Mehdi Məmmədov olmuşdur. 1952-ci ildə təyinatını Rus Dram Teatrına alan Gülcahan xanım orada Stepanov-Kolosov, Saxarov, Məhərrəm Haşımov kimi rejissorlarla işləməyə başlamışdır[3].
O, 1943-cü ildə leytenant, dəniz məktəbinin məzunu Sergey Martınov ilə ailə həyatı qurmuşdur.
Gülcahan Güləhmədova-Martınova 20 yanvar 2018-ci ildə ildə 92 yaşında vəfat etmişdir.
Gülcahan Güləhmədova 1952–1982-ci illərdə Səməd Vurğun adına Rus Dram teatrında quruluşçu rejissor olmuşdur. Onun ilk quruluş verdiyi tamaşa Viktor Rozevin "Şadlıq sorağında" tamaşası idi. 30 il ərzində Gülcahan xanım teatrda 70-ə yaxın tamaşanın qurulşçu rejissorluğunu etmişir. Ən yaxşı tamaşaları: "Mariya Stüart" (1965, F. Şiller), "Sirano de Berjcrak" (1965, E. Rostan), "Sən həmişə mənimləsən" (1967, İ. Əfəndiycv), "Antiqona" (1968, J. Anuy), "Varşava melodiyası" (1969, L. Zorin), "Həmişə təmizlikdə" (1970, E. Braginski və E. Ryazanov), "Komandorun addımları" (1971, V. Korostılyov), "Sakit üfüqlərdə" (1975, B. Vasilyev), "Şəhərin yay günləri" (1978, Anar), "Əldən düşmüş at" (1979, F. Saqan), "On üçüncü sədr" (1981, A. Abdullin) və s. hesab edilir.
1982-ci ildə rejissor teatrdan uzaqlaşır və həmin ildən Opera Studiyasında çalışmağa başlayır. Gülcahan Güləhmədova həmçinin Bakı Musiqi Akademiyasında vokal kafedrasının müdiri vəzifəsində də çalışmışdır. Onun tələbələri arasında "Qran-pri" laureatı, La Skala teatrının solisti, çoxsaylı musabiqələrin laureatları və diplomantları, Xalq və Əməkdar artistlər, Respublika və xarici opera teatrlarının (Almaniya, Türkiyə, Misir, Fransa, Boliviya) solistləri vardır.