Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kasperski Laboratoriyası
"Kasperski Laboratoriyası" (rus. Лаборатория Касперского) — informasiya təhlükəsizliyinin sistemlərinin hazırlaması sahəsində fəaliyyət göstərən Rusiya şirkəti. Yaradıcısı Yevgeni Kasperskidir. == Tarixi == Yevgeni Kasperski 1991–1997-ci illərdə "KAMİ" elmi texniki mərkəzində antivirus layihəsini inkişaf etdirirdi. Onun hazırladığı "-v" proqramı adlandırılan məhsul 1994-cü ildən "AVP" (AntiViral Toolkit Pro) adını alır. 1997-ci ildə Kasperski və onun komandasından olan 5 nəfər "KAMİ"-dən ayrılır və öz şirkətlərini – "Laboratoriya Kasperskoqo" — "Kasperski Laboratoriyası"nı təsis edirlər. Həmin vaxta qədər Rusiyada informasiya təhlükəsizliyinin sistemlərinin hazırlaması sahəsində lider olan məhsul beynəlxalq bazara çıxır. Ancaq ABŞ-da onların partnyoru ticarət markası kimi "AVP" adını qeydiyyatdan keçirir və özünü onun sahibi kimi təqdim edir. Nəticədə "Kasperski Laboratoriyası" "AVP" ticarət markasını itirir. 2000-ci ilin noyabrında laboratoriya rəsmən məhsulun adının və loqotipinin dəyişdirildiyini elan edir.
Yevgeni Kasperski
Yevgeni Kasperski (rus. Евге́ний Валенти́нович Каспе́рский; d. 4 oktyabr 1965, Novorossiysk, Krasnodar diyarı,RSFSR, SSRİ) — Rusiya proqramçısı, informasiya təhlükəsizliyi üzrə mütəxəssis, İT-təhlükəsizliyi sahəsində araşdırmalar ilə məşğul olan beynəlxalq şirkətin — "Kasperski Laboratoriyası" SC yaradıcılarından biri, əsas səhmdarı və baş direktorudur. Mətbuatda onu "Kompüter cinayətkarlığının tufanı" kimi xarakterizə edirlər. == Həyatı, təhsili və karyerası == Yevgeni Kasperski 4 oktyabr 1965-ci Rusiyanın Krasnodar diyarının Novorossiysk şəhərində dünyaya gəlib. 1982-ci ildə Moskva Dövlət Universiteti nəzdində A.N.Kolmoqorov adına 18 saylı fizika-riyaziyyat internat məktəbini bitirib. 1987-ci ildə SSRİ DTK (KGB) Ali Məktəbinin 4-cü (texniki) fakültəsini bitirmişdir. İndi bu fakültə Rusiya FTX (FSB) Akademiyasının Kriptoqrafiya, Rabitə və İnformatika İnstitutu kimi tanınır[2]. Orada, riyaziyyat, kriptoqrafiya və kompüter texnologiyaları üzrə təhsil almış və "mühəndis-riyaziyyatçı" ixtisasına yiyələnmişdir. 1987-1991 illərdə Kasperski SSRİ Müdafiə Nazirliyinin çox profilli elmi-tədqiqat institutunda işləyib.
Afrika materiki
Afrika — böyüklüyünə görə Avrasiyadan sonra ikinci böyük materik. Sahəsi 29,2 milyon km², adalarla birlikdə 30,3 milyon km²-dir. Ekvator onu şərti olaraq iki hissəyə bölür. == Adının etimologiyası == Afrika adı latın dilində olan "afrikus", yəni soyuq bilməyən sözündən əmələ gəlmişdir. Digər bir ehtimala görə isə Afrika adı materikin şimal-şərqində yaşamış "afrigi" tayfasının adından götürülmüşdür. == Ümumi məlumat == Avrasiyadan sonra ən böyük və ən isti materikdir. Dünyanın ən uzun çayı, dünyanın ən uzun şirinsulu gölü, şərq yarımkürəsinin ən bol sulu çayı, quruda yer qabığının ən uzun çatı, dünyanın ən isti nöqtəsi, dünyanın ən quraq nöqtələrindən biri, ən böyük quraq təbii kompleksi, ən geniş savannası bu materikdədir. Onu Avropadan Cəbəllütariq boğazı və Aralıq dənizi, Asiyadan Aralıq dənizi, Süveyş kanalı, Qırmızı dəniz, Babülməndəb boğazı, Ədən körfəzi ayırır. Ekvator xətti və sıfırıncı meridian bu materikdən keçdiyinə görə o, 4 yarımkürədə yerləşir. Afrika Atlantik və Hind okeanları ilə əhatə olunub.
Senecio mustersi
Senecio mustersi (lat. Senecio mustersi) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Masters turniri çempionlarının siyahısı
Masters turniri (ing. Masters Tournament) — 1934-cü ildən bəri təşkil edilən illik qolf turniri. Turnirin ilk çempionu Horton Smitdir. Hər il təşkil edilən dörd böyük turnirdən birincisi olan Masters turnirinin son günü aprel ayının ikinci bazar gününə uyğun gəlir. Hər il eyni yerdə (Auqust Milli Qolf Klubu) təşkil edilən yeganə böyük turnirdir. Masters çempionları digər böyük turnirlərdə (Açıq Amerika, Açıq Britaniya, PGA Çempionatı) 5 il ərzində iştirak etmək və Masters turnirində istədikləri zaman iştirak etmək şansını qazanarlar. Masters turnirində birinci yeri əldə edən qolfçu "yaşıl pencəyi"də əldə edir. İlk yaşıl pencəyi 1949-cu ildə Sem Snid qazanmışdır. Bu pencək çempion tərəfindən bir il saxlanılır və sonra geri qaytarılır. Bu turniri birdən çox qazanan oyunçunun vücudunda çox böyük dəyişiklik olmadığı təqdirdə yalnız bir yaşıl pencək qazanacağı mənasına gəlir.