Yevgeni Kasperski

Yevgeni Kasperski (rus. Евге́ний Валенти́нович Каспе́рский; d. 4 oktyabr 1965, Novorossiysk, Krasnodar diyarı,RSFSR, SSRİ) — Rusiya proqramçısı, informasiya təhlükəsizliyi üzrə mütəxəssis, İT-təhlükəsizliyi sahəsində araşdırmalar ilə məşğul olan beynəlxalq şirkətin — "Kasperski Laboratoriyası" SC yaradıcılarından biri, əsas səhmdarı və baş direktorudur. Mətbuatda onu "Kompüter cinayətkarlığının tufanı" kimi xarakterizə edirlər.

Yevgeni Kasperski
rus. Евге́ний Валенти́нович Каспе́рский
Yevgeni Kasperski
Yevgeni Kasperski
Doğum tarixi (59 yaş)
Doğum yeri SSRİ SSRİ, RSFSR, Krasnodar diyarı Novorossiysk
Vətəndaşlığı SSRİ SSRİRusiya Rusiya
Həyat yoldaşı Natalya Kasperskaya (1986-1998)
Uşağı 3
Fəaliyyəti informatik, proqramçı, ixtiraçı, yazıçı, iş adamı
Partiyası
eugene.kaspersky.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı, təhsili və karyerası

[redaktə | mənbəni redaktə et]

Yevgeni Kasperski 4 oktyabr 1965-ci Rusiyanın Krasnodar diyarının Novorossiysk şəhərində dünyaya gəlib.

1982-ci ildə Moskva Dövlət Universiteti nəzdində A.N.Kolmoqorov adına 18 saylı fizika-riyaziyyat internat məktəbini bitirib[1].

1987-ci ildə SSRİ DTK (KGB) Ali Məktəbinin 4-cü (texniki) fakültəsini bitirmişdir. İndi bu fakültə Rusiya FTX (FSB) Akademiyasının Kriptoqrafiya, Rabitə və İnformatika İnstitutu kimi tanınır[2]. Orada, riyaziyyat, kriptoqrafiyakompüter texnologiyaları üzrə təhsil almış və "mühəndis-riyaziyyatçı" ixtisasına yiyələnmişdir[2].

1987-1991 illərdə Kasperski SSRİ Müdafiə Nazirliyinin çox profilli elmi-tədqiqat institutunda işləyib. Məhz burada o kompüter viruslarının öyrənilməsi işi ilə məşğul olmağa başlayıb. Onun ilk kompüteri virusa yoluxur, Kasperski necə işlədiyini aydınlaşdırmaqdan ötrü onlardan birini disketdə saxlamağa qərar verir. Beləliklə, 1989-cu ilin oktyabrında Yevgeni Kasperskinin kompüterində aşkar olunan "Cascade" virusu onun böyük karyerasının başlanğıcına səbəb olub[2]. O zaman mövcud olan antivirus proqramları primitiv idi. Kasperski virusu öyrənir və onun aradan qaldırılması üçün öz şəxsi proqramını yazır. Beləcə, o, antivirus proqramlarını hazırlamağa başlayır.

1991-ci ildə Y.Kasperski "KAMİ" İnformasiya texnologiyaları Mərkəzində işə başlayıb. Burada o, antivirus layihələrini tərtib edən kiçik qrupa rəhbərlik edib. Onun hazırladığı "-v" proqramı adlandırılan məhsul 1994-cü ildən "AVP" (AntiViral Toolkit Pro) adını alır. 1997-ci ildə Kasperski və onun komandasından olan 5 nəfər "KAMİ"-dən ayrılır və öz şirkətlərini – "Лаборатория Касперского" - "Kasperski Laboratoriyası"nı təsis edirlər. Həmin vaxta qədər Rusiyada informasiya təhlükəsizliyinin sistemlərinin hazırlaması sahəsində lider olan məhsul beynəlxalq bazara çıxır. Ancaq ABŞ-də onların partnyoru ticarət markası kimi "AVP" adını qeydiyyatdan keçirir və özünü onun sahibi kimi təqdim edir. Nəticədə "Kasperski Laboratoriyası" "AVP" ticarət markasını itirir. 2000-ci ilin noyabrında laboratoriya rəsmən məhsulun adının və loqotipinin dəyişdirildiyini elan edir. Məhsul "Kaspersky Anti-Virus" (KAV) – “Kasperski Antivirusu” adlandırılır.

Ailəsi və hobbisi

[redaktə | mənbəni redaktə et]

Yevgeni Kasperski üç dəfə ailə həyatı qurub. Beş uşağı var. Birinci həyat yoldaşı Natalya Kasperskayadan (1998-ci ildə boşanmışlar) iki oğlan övladı var. Nataya Kasperskaya "Kaspersky Lab" şirkətinin təsisçisi və səhmdarlarından biridir. 2012-ci ildə məlum oldu ki, "Kasperski Lab" və Natalya Kasperskayanın rəhbərlik etdiyi "Infowatch" şirkətləri aylırmaq qərarına gəlmişlər.

2009-cu ildə üçüncü dəfə evlənmişdir. Həyat yoldaşı çinlıdır, üç uşaqları var.

O, idmanla məşğul olmağa çox önəm verir. Xüsusilə qayıqla səyahət, xizək və alpinizm idman növlərinə maraq göstərir. Formula-1 yarışları ilə maraqlanır, mütəmadi olaraq yarışlara qatılır, "Ferrari" komandası ilə əməkdaşlıq edir.

Y.Kasperski peşəkar fəaliyyəti ilə əlaqədar olaraq işgüzar səfərlərdə çox olur, özünün şəxsi bloqu var. Burada o, İT-təhlükəsizlik problemləri, olduğu maraqlı yerlər haqqında məlumatlar verir.

Mubahisəli məqamlar

[redaktə | mənbəni redaktə et]

Rusiya təhlükəsizlik xidmətləri ilə əlaqədə olmasının güman edilməsi

[redaktə | mənbəni redaktə et]

Y.Kasperskinin təhsili və keçmişdə DTK (KGB) / FTX (FSB) strukturunda çalışması onun Rusiya xsusi xidmət orqanları ilə əməkdaşlığı və öz tutduğu mövqedən Rusiya hökumətinin və kəşfiyyatının maraqları üçün istifadə etdiyi barədə şübhələr mübahisələr yaradır. Kasperski bu şaiələrin onun ABŞ-də ilk müştəriləri yarandığı zaman meydana gəldiyini iddia edir.

ABŞ-nin "Wired" jurnalının verdiyi xəbərə görə Kasperskinin tənqidşiləri onun internet istifadəçilərinin Rusiya kəşfiyyat orqanlarının maraqlarına uyğun izlənməsində şirkətdən istifadə etdiyini iddia edirlər. Kasperski bu iddiaları rədd edir. Rusiya Federal qanunlarına görə Rusiya telekommunikasiya şirkətləri müraciət olduqda dövlət hərbi və xsusi xidmət orqanları ilə əməkdaşlıq etməyə borcludurlar. Kasperskinin sözlərinə görə, ona casusluq barədə xahişlərlə heç zaman müraciət olunmayıb. O, bu cür ittihamları "soyuq müharibənin paranoyası" adlandırıb.

Texnoloji araşdırmalar mərkəzi və konsaltinq şirkəti "Gartner"in verdiyi məlumata görə, "onların mafiya və ya dövlətlə hər hası bir əlaqəsinin olması barədə sübut yoxdur... lakin hakimiyyətin nəzarəti olmadan sizin işləyə biləcəyiniz barədə narahatlıq, şübhə var". "Computing" jurnalı casusluqda ittihamlara istehza etsə də, bəyan etmişdir ki, Rusiya hökuməti ilə əlaqəsi olmadan hər hansısa bir biznesin "Kasperski Lab" səviyyəsinədək boyüməsi az inandırıcıdır. "NPR" jurnalistləri qeyd etmişdilər ki, çox güman ki, Kasperskinin öz proqramlarının casusluq üçün istifadə etməsinin ehtimalı azdır, çünki bu şirkətin biznesi üçün çox risklidir, ancaq qeyd etmişdilər ki, Kasperski Rusiyadakı kibercinayət məsələlərinə qeyri-adi laqeyidlik nümayiş etdirir.

2012-ci il dekabrında "Wired" jurnalı Kasperskini "dünyanın ən təhlükəli adamları" siyahısında 8-ci yerə yerləşdirmişdir.

2015-ci il martında "Bloomberg" agentliyinin dərc etdiyi materialdan məlum olur ki, "2012-ci ildən etibarən Kasperskinin şirkətinin Rusiya xsusi orqanları ilə əlaqələri güclənmişdir. Şirkətdəki həlledici vəzifələri tutan menecerlər ya özləri getmiş ya da işdən azad olunmuşlar və onların yerinə Rusiya hərbiçiləri və ya xsusi xidmət orqanları ilə əlaqədə olan insanlar gəlmişdir. Bu insanlardan bəziləri FTX (FSB) cinayət işlərinin aparılmasında, 400 milyon müştərinin məlumatlarından istifadə etməklə aktiv kömək etmişdir". Həmçinin "Bloomberg" və "The New York Times" qeyd etmişdilər ki, Kasperski Rusiyadan çıxan kiber-hücumlara qarşı, başqa ölkələrdən olan kiber-hücümlara qarşı olduğundan daha az aqressivdir. Kasperski bu iddiaları da rədd edir. Belə ki, guya "Kasperski lab" NATOŞərqi Avropaya qarşı istifadə olunan, bazası Rusiyada yerləşən Sofacy casus proqramına qarşı etinasizlıq etmişdir. Həmin dövrdə agentlik on bir zərərli (viruslu) Rusiya proqramları barədə hesabat dərc etdirmişdir.

Bundan əlavə, "Bloomberg" agentliyinin məlumatına görə Kasperski hərdən, aralarında rus xsusi xidmət orqanlarının əməkdaşları olan tanışları ilə hamama gedir. Bu faktı təkzib etməyən Kasperski izah etmişdir ki, kibercinayətlə mübarizə məsələlərində onun şirkəti müxtəlif ölkələrin xsusi xidmət orqanları ilə əməkdaşlıq edir və bu ünsiyyət bəzi hallarda qeyri-formal şəraitdə davam edir.

Hal-hazırda "Kasperski Lab" ilə Rusiya kəşfiyyatının mümkün ola biləcək əlaqələri məsələsini ABŞ FTB (FBl) araşdırır.

Kasperski 2017-ci ildə ABŞ prezidenti D.Trampın imzaladığı "Amerikaya qarşı olanlara sanksiya vasitəsi ilə əkstəsir Aktı" (CAATSA) siyahısında adları çəkilən bir çox Rusiya oliqarxlarından biridir.

Antivirus spooffing şübhələri

[redaktə | mənbəni redaktə et]

2015-ci ilin avqustunda "Kasperksky Lab"ın iki keçmiş əməkdaşı bildirmişlər ki, şirkət rəqib antivirus proqramlarında yanlış həyəcanların yaradılması məqsədilə VirusTotal'ın verilənlər bazasına modifikasiya olunmuş fayllar daxil etmişdir. Bu yanlış həyəcanların, hərəkətlərin nəticəsi o olmuşdur ki, vacib virusa yoluxmayan fayllar ya söndürülmüş ya da ləğv edilmişdir. İttihamlarda həmçinin qeyd edilmişdir ki, bəzi hallarda, xsusən də Kasperskinin fikrincə onun proqram təminatını oğurlayan Çin şirkətləri daxil olmaqla, rəqiblərə qarşı bəzi hərəkətlərin icrasına dair əmrləri şəxsən Kasperski özü vermişdir. 2009-cu ildə, yəni Kasperski baş direktor (CEO) olduqdan 2 il sonra göndərilmiş elektron məktublar Reuters agentliyinə ötürüldüyü iddia olunur. Bu e-mail'lərdən birində Kasperskinin rəqibləri təqib etməklə hədələyərkən V.Putinin populyar olmuş "ayaqyolunda məhv etmək" ("rubbing them out in the outhouse", "мочить в сортире") ifadəsini guya işlətdiyi iddia olunur.

Kasperski 2007-ci ildə rus hakerlərindən bəhs edən "Şəbəkə" serialında ilk dəfə aktyor kimi çıxış edib. Həmçinin o, şirkətin 10-cu yubiley qlobal əməkdaşlıq konfransı üçün hazırlanmış video çarxda çəkilib.

2009-cu ilin sentyabrında Rusiya prezidentinin fərmanı ilə Y.Kasperski Rusiya Federasiyası İctimai Palatasının üzvü təyin edilib. Həmin ildə kompüter virusları ilə mübarizədə, həmçinin kompüter informasiyasının müasir mühafizə sistemləri sahəsində nailiyyətlərinə görə Kasperski elm və texnologiyalar sahəsində Rusiya Federasiyasının Dövlət mükafatına layiq görülüb.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Kasperski ən görkəmli ekspertlərin birləşdiyi Kompüter Virusları Tədqiqatçılar Təşkilatının (CARO) üzvüdür. O, kompüter virusologiyası problemi üzrə çox sayda məqalələrin və icmalların müəllifidir. O, Rusiyada və xaricdə ixtisaslaşdırılmış seminarlarda və konfranslarda daim çıxış edir.

Onun rəhbərliyi ilə "Kasperski laboratoriyası" tərəfindən ildə 1 dəfə "Virus Bulletin" adlı konfrans keçirilir.[2] Bu konfrans hazırda dünyada antivirus sənayesi üzrə qeydə alınan əsas hadisə hesab olunur.[2]

Sərvəti. "Forbes" siyahısında

[redaktə | mənbəni redaktə et]

2013-cü ildə "CEO" jurnalı onun sərvətini 1 mlrd $ qiymətində dəyərləndirmişdir.

2016-cı ildə "Forbes" jurnalı Kasperskinin sərvətini 1,1 mlrd $ qiymətində dəyərləndirmişdir. 2017-ci il "Forbes" siyahısında 1,3 mlrd $ sərvətlə 1567-ci yerdə olmuşdur. "Forbes" siyahısına ilk dəfə 2015-ci ildə düşmüşdür (1 mlrd $).

"Kasperski Lab" səhmlərindən savayı Kasperskinin ciddi yatırımları yoxdur: "Mənim şirkətim, Moskvada mənzilim və BMW M3 maşınım var. bundan savayı heç nəyim yoxdur".

  1. "Interview: Eugene Kaspersky". United Kingdom: Infosecurity Magazine. 2010-10-17. 2013-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-11.
  2. 1 2 3 4 Yevgeni Kasperski – internatdan biznesmenliyə gedən zəngin yol Arxivləşdirilib 2021-12-08 at the Wayback Machine. ictnews.az, 07.07.2011  (az.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]