Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Matros
Matros (nid. matroos) — Müxtəlif ölkələrin silahlı qüvvələrinin hərbi dəniz donanmalarında kiçik hərbi rütbə. Digər qoşun növlərindəki sıravi rütbəsi ilə eyni statusdadır.
Makros
Makros(ing.macro, ru.макрокоманда)- 1. Tətbiqi proqramlarda: klavişlərin basılmasının və komandaların, yeni şərti komanda (SHORT KEY) kimi yazılmış və saxlanılmış kombinasiyası, yaxud makrokomandanın adı. Bu şərti komandanı və ya makrokomandanın adını başlatdıqda tətbiqi proqram onlara bağlanmış işlər ardıcıllığını yerinə yetirir. Tez-tez istifadə olunan və bəzən çox uzun ardıcıllığa malik klavişlərin basılması kimi yorucu işlərə vaxt itkisini azaltmaq üçün makroslar yaradılır. Bundan başqa, komandaların tez-tez təkrar-təkrar yığılması aradan qaldırılır, diqqətsiz yığım zamanı yaranan yanlışlıqlar minimuma enir və proqramla tanış olmayan istifadəçilərə imkan verilir ki, bilən insan tərəfindən qabaqlar yazılmış komandalar yığınını təkrarlasın. Əgər tətbiqi proqramın dəyişənlərlə və şərt deyimləri ilə işləyən özəl makro-dili varsa, makrosun yerinə yetirilməsi zamanı müxtəlif şərtlərdən asılı olaraq müəyyən verilənləri nəzərə almaq və daxil etmək olar. 2. C və ya assembler tipli proqramlaşdırma dilində: komandalar ardıcıllığını özündə birləşdirən ad; proqramın hər hansı yerində adı çəkilən makros proqramın kompilyasiyası və translyasiyası zamanı həmin ardıcıllıqla əvəz olunur. Makroslar bilavasitə proqramın özündə və ya proqramda göstərilən ayrıca faylda ola bilər. Makrosların da funksiyalar kimi arqumentləri ola bilər, ancaq funksiyalardan fərqli olaraq makroslar, proqram çalışmağa hazır olduqda təmsil etdikləri komandalarla əvəzlənir.
Matris
Matris – düzbucaqlı sxemdə yerləşən aij elementləri (ədədlər, funksiyalar, üzərində cəbri əməllər aparıla bilən başqa kəmiyyətlər) sistemi. Onun m sətri və n sütunu varsa, deyilir ki, (m×n)–ölçülü matris verilmişdir. Məsələn, [ 1 9 − 13 20 5 − 6 ] {\displaystyle {\begin{bmatrix}1&9&-13\\20&5&-6\end{bmatrix}}} matrisi iki sətirə və üç sütuna malik 2×3 ölçülü matrisdir. Matrislər əlavə spesifikasiyalar olmadan xətti çevirmələri təsvir edir və xətti cəbrdə aşkar hesablamalar aparmağa imkan verir. Buna görə də matrislərin tədqiqi xətti cəbrin böyük bir bölümünü təşkil edir və abstrakt xətti cəbrin əksər xassə və əməlləri matrislərlə ifadə oluna bilir. Məsələn, matrislərin hasili xətti çevirmələrin kompozisiyasını ifadə edir. Matrislərin hamısı xətti cəbrlə əlaqəli deyil. Bu xüsusən qraf nəzəriyyəsində, insident və qonşuluq matrislərində belədir. Bu məqalədə xətti cəbrlə əlaqəli matrislərə diqqət yetirilir və əgər digər hallar göstərilməyibsə, bütün matrislər xətti çevirmələri ifadə edir Eyni sayda sətir və sütuna malik matrislər (kvadrat matrislər) matrislər nəzəriyyəsində böyük rol oynayır. Verilmiş ölçülü kvadrat matrislər qeyri-kommutativ halqa əmələ gətirir ki, bu da qeyri-kommutativ halqanın ən ümumi nümunələrindən biridir.
Baş matros
Baş matros — Xidməti öhdəliklərini nümunəvi yerinə yetirdiyinə və nümunəvi nizam-intizamına görə matroslara verilən hərbi rütbə. Baş matroslar manqa komandirləri icazəli olduqları zaman onları əvəz etmək hüququna malikdirlər.
Enrike Mateos
Enrike Mateos Mansebo (isp. Enrique Mateos Mancebo; 15 iyul 1934, Madrid – 6 iyul 2001, Sevilya) — hücumçu mövqeyində oynamış İspaniya futbolçusu. O, La Liqada "Real Madrid", "Sevilya" və "Betis" kimi klubları təmsil edərək 123 oyuna 48 qol vura bilmişdir. == Klub karyerası == Madriddə anadan olan Enrike təhsilini "Real Madrid" klubunun məktəbində bitirdi. O, klubda keçirdiyi 8 il ərzində əsasən ehtiyat oyunçu qismində çıxış edirdi və bu müddət ərzində 13 əsas titul qazanmışdır. Onun ən uğurlu La Liqa mövsümü 1956–57 təsadüf etdi, həmin çempionluq mövsümündə o, 21 oyuna 14 qol vurmağı (karyerasının ən yaxşı nəticəsi) bacarmışdır. O, Çempionlar Kubokunda keçirdiyi 16 oyuna 9 qol vurmuş və dörd dəfə turnirin qalibi olmuşdur. Mateos "merinqlər"i 1961-ci ilin yayında tərk elədi və ümumlikdə 93 oyuna 50 qol vurmuşdur. Daha sonra o, ölkəsinin "Sevilya", "Rekreativo", "Real Betis" və "Ximnastika Torrelaveqa" klublarında çıxış etdi. "Sevilya"nın heyətində oynayarkən o, karyerası boyu sağalmayacağı zədə aldı.
Tərs matris
Tərs matris — n tərtibli A kvadrat matrisinin tərsi elə bir B matrisinə deyilirki, A B = B A = E n {\displaystyle AB=BA=E_{n}} şərti ödənilsin. Burada En, n tərtibli vahid matrisdir. E n = ( 1 0 ⋯ 0 0 1 ⋯ 0 ⋮ ⋮ ⋱ ⋮ 0 0 ⋯ 1 ) {\displaystyle E_{n}={\begin{pmatrix}\mathbf {1} &\mathbf {0} &\cdots &\mathbf {0} \\\mathbf {0} &\mathbf {1} &\cdots &\mathbf {0} \\\vdots &\vdots &\ddots &\vdots \\\mathbf {0} &\mathbf {0} &\cdots &\mathbf {1} \\\end{pmatrix}}} Tərs matrisi B=A−1 kimi işarələyirlər. Buradan belə nəticəyə gəlmək olar ki, A A − 1 = A − 1 A = E n {\displaystyle A{A^{-1}}=A^{-1}A=E_{n}} bərabərlik şərti ödənilməlidir.
Vahid matris
Vahid matris o matrisə deyilir ki, sağ(baş)diaqonalı elementləri 1, digər elemetlər 0 olsun. Kvadrat matris prinsipi zəruridir. I 3 = [ 1 0 0 0 1 0 0 0 1 ] {\displaystyle I_{3}={\begin{bmatrix}1&0&0\\0&1&0\\0&0&1\end{bmatrix}}} == Yazılışı == n × n {\displaystyle n\times n} ölçülü vahid matris adətən I n {\displaystyle I_{n}} bəzən isə E n {\displaystyle E_{n}} kimi işarə edilir. I n = [ 1 0 ⋯ 0 0 1 ⋯ 0 ⋯ ⋯ ⋯ ⋯ 0 0 ⋯ 1 ] , {\displaystyle I_{n}={\begin{bmatrix}1&0&\cdots &0\\0&1&\cdots &0\\\cdots &\cdots &\cdots &\cdots \\0&0&\cdots &1\end{bmatrix}},} == Xassələri == Hər hansı bir matrisin vahid matrisə hasili onun özünə bərabərdir A I = I A = A {\displaystyle AI=IA=A} Matrisin onun tərs matrisi ilə hasili vahid matrisə bərabərdir A A − 1 = I {\displaystyle AA^{-1}=I} Vahid matrisin determinantı vahidə bərabərdir d e t I = 1 {\displaystyle \mathrm {det} \,I=1} .
Matris: Dirilmə
Matris: Dirilmə (ing. The Matrix Resurrections) — Lana Vaçovskinin rejissorluğu ilə çəkilmiş 2021-ci ilin elmi fantastika, döyüş filmi. Bu "Matris: Çevriliş" (2003) filminin davam filmidir.
Mariya Matios
Mariya Matios (ukr. Марія Василівна Матіос; 19 dekabr 1959, Putil rayonu[d], Çernivtsı vilayəti) — Ukrayna yazıçısı (şair, nasir) və siyasətçi. Taras Şevçenko adına Ukrayna Milli Mükafatı laureatı (2005). Vitali Kliçkonun İslahatlar Uğrunda Demokratik Alyansı Partiyasndan VII çağırış və Petro Poroşenko Bloku partiyasından VIII çağırış Ukraynanın xalq deputatı. == Bioqrafiyası == Mariya Matios 19 dekabr 1959-cu ildə Çernivtsi vilayətinin Putil rayonunun Rostoki kəndində anadan olub. 1982-ci ildə Çernivtsi Dövlət Universitetinin (indiki Yuri Fedkoviç adına Çernivtsi Milli Universiteti) filologiya fakültəsinin Ukrayna dili və ədəbiyyatı bölməsini bitirmişdir. Universitet kitabxanasında kitabxanaçı işləmişdir. Səkkiz il müddətində Çernivtsi Maşınqayırma Zavodunda işləyir. Yazıçılar İttifaqının Çernivtsi Vilayət təşkilatı sədrinin müavini, "Bukovinski jurnalu" mətbu orqanının məsul katibi olur. O, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin köməkçisi işləyib.
Matris (film)
Matris (ing. The Matrix) — Vaçovskilərin 1999-cu ildə çəkdiyi elmi fantastika, döyüş filmi. Bu "Matris" seriyasının ilk filmidir. Filmdə çəkiliblər: Kianu Rivz, Lorens Fişborn, Kerri-Enn Moss, Hüqo Vivinq və Co Pantoliano. Film gələcəkdə keçir, burada insanlar ağıllı maşınların yaratdığı süni dünyada – Matris adı verilən simulyasiyada saxlanılıblar. Maşınlar insanların bədənlərindən enerji mənbəyi kimi istifadə edir. Günlərin birində "Neo" kimi tanınan kompüter proqramçısı, haker Tomas Anderson həqiqətlə tanış olur. O, Matrisdən qurtulmuş bir qrup insana qoşulur və onlarla birlikdə maşınlara qarşı mübarizə aparır. == İstinadlar == == Xarici keçidlər == warnerbros.com/movies/matrix/ — Matris rəsmi saytı whatisthematrix.com, the first and original Matrix website Matris — Internet Movie Database saytında.
Mikania mattos-silvae
Mikania mattos-silvae (lat. Mikania mattos-silvae) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Rafael Martos Sançes
Rafael Martos Sançes (isp. Miguel Rafael Martos Sánchez) — dünya şöhrətli ispan müğənnisi. == Həyatı == Rafael Migel Martos Sançes 5 may 1943-cü ildə Linaresdə anadan olmuşdur. Hələ Rafael 9 aylıq olanda valideynləri Madridə köçür. Bir müddət sonra onun qarşısında sənət seçmək kimi ciddi vəzifə dururdu. Ailəsinin maddi vəziyyətinə görə Rafael dərzi şagirdi kimi işləməyə başlayır. Tezliklə Rafael vokal səs imkanları ilə çox adamın diqqətini özünə cəlb etdi. Hələ 4 yaşı olarkən məktəb xorunda oxumuşdu. 9 yaşında isə Rafael Avstriyada özünün ilk mükafatını – Avropanın ən yaxşı uşaq səsi mükafatını qazanır. Daha sonra o, təhsilini davam etdirərək vokalçılığın texnikalarını öyrənir və bir neçə məktəbdə öz məharətini göstərir.
Adolfo Lopes Mateos
Adolfo Lopes Mateos (isp. Adolfo López Mateos; 26 may 1910[…] – 22 sentyabr 1969, Mexiko) — Meksika dövlət və siyasət xadimi, 1958–1964-cü illərdə Meksika Prezidenti. == Həyatı == Adolfo Ruis Mateos 26 may 1910-cu ildə anadan olmuşdur. O, 1929-cu ildə Toluka Elm və Ədəbiyyat İnstitutunu bitirmişdir. Mateos 1934-cü ildə Meksika Universitetində hüquq təhsili almışdır. O, 1933-cü ildən İnstitusional İnqilab Partiyasının (İİP) üzvü olmuşdur. Mateos 1944–1946-cı illərdə Tolukada Elm və Ədəbiyyat İnstitutunun direktoru olmuşdur. Mateos 1946–1952-ci illərdə senator vəzifəsində çalışmışdır. O, 1952–1957-ci illərdə əmək və sosial təminat naziri vəzifəsində çalışmışdır. Mateos 1958–1964-cü illərdə Meksika Prezidenti olmuşdur.
Matris: Dirilmə (film, 2021)
Matris: Dirilmə (ing. The Matrix Resurrections) — Lana Vaçovskinin rejissorluğu ilə çəkilmiş 2021-ci ilin elmi fantastika, döyüş filmi. Bu "Matris: Çevriliş" (2003) filminin davam filmidir.
Köröş-Maroş Milli Parkı
Köröş-Maroş Milli Parkı (ing. Körös-Maros National Park, mac. Körös–Maros Nemzeti Park) — Macarıstanın 10 milli parkından biri. Cənubi Alfölddə Bekeş əyalətində yerləşir. == Coğrafiyası == 1997-ci ildə quşların mühafizəsi üçün yaradılmışdır. Payız mövsümündə Feyer gölünün ətrafında quşların köçünü müşahidə etmək olar. Göl on minlərlə durnaların və ördəklərin sığınacağıdır.
Bakı Fəhlə, Əsgər və Matros Deputatları Soveti
Bakı Soveti, Bakı Fəhlə və Hərbi Deputatları Soveti, Bakı Fəhlə və Əsgər Deputatları Soveti, Bakı Fəhlə, Əsgər və Matros Deputatları Soveti və ya Bakı Fəhlə, Əsgər və Dənizçi Deputatları Soveti — 1917-ci ilin martından 1918-ci il 31 iyula qədər Bakıda fəaliyyət göstərmiş hakimiyyət orqanı. == Tarixi == === Yaradılması === Rusiyada 1917-ci il Fevral inqilabından sonra Bakıda, həmçinin digər şəhərlərdə ikinci hakimiyyət orqanı kimi Fəhlə Deputatları Soveti və Hərbi Deputatları Soveti yaradılırdı. Bakı Rayonu Fəhlə Deputatları Soveti ilə Hərbi Deputatları Sovetinin birləşməsi nəticəsində yaradılan Bakı Soveti onların içərisində ən nüfuzlusu hesab edilirdi. O, 7 mart 1917-ci il tarixində təsis edilmişdir. Martın 8-də elan olunmuş müraciətdə bildirilirdi ki, Bakı fəhlələrinin 2/3-dən çoxu seçkilərdə iştirak etmişdir. Sovetin tərkibinə 52000 fəhlə və qulluqçu tərəfindən seçilən və əksəriyyəti ermənilərdən ibarət olan 9-u bolşevik, digərləri isə menşevik və eserlərdən ibarət 52 deputat daxil idi. Sovetinin İcraiyyə Komitəsi və komitəyə rəhbərlik üçün sədr, iki müavin və iki katibdən ibarət rəyasət heyəti seçilmişdi. Sovetin birinci iclasının sədri menşevik Qriqori Ayollo, katibi isə o zaman menşevik olan M.N.Mandelştam idi. Martın 8-də Stepan Şaumyan qiyabi olaraq sovetin sədri seçildi. Sovetin İcraiyyə komitəsinə isə bolşeviklərdən İ.Fioletov, İ.Ter-Qabrielyan, eserlərdən isə V.İ.Soçnev daxil idi.
Bakı ətrafı fəhlə, əsgər və matros şurasının əxbarı
Bakı Ətrafı Fəhlə, Əsgər və Matros Şurasının Əxbarı — Bakı Sovetinin orqanı olmuş gündəlik bolşevik qəzeti. == Məlumat == Qəzet 1918-ci il aprelin 17-də Azərbaycan dilində Bakıda buraxılmışdır. 6 nömrəsinin (4-9) 2 səhifəsi Azərbaycan, 2 səhifəsi isə erməni dilində çıxmışdır. 50-ci nömrədən "Bakı ətrafı fəhlə, qırmızı əsgər, matros və kəndli şurasının əxbarı" adı ilə nəşr olunmuşdur. Qəzet Zaqafqaziya komissarlığının və Zaqafqaziya seyminin milli siyasətinə qarşı çıxış edir, azərbaycanlılara qarşı milli ayrı-seçkilik və düşmənçilik təbliğatı aparır, 1918-ci ilin Mart soyqırımına haqq qazandırır, soyqırımı hadisələrindən sonra ölkənin Qafqaz İslam Ordusunun birləşmiş Azərbaycn-türk hərbi qüvvələrindən "qətiyyətlə müdafiə olunması" nı təbliğ edirdi. Qəzetin sonuncu 86-cı nömrəsi iyulun 31-də buraxılmışdır. Bakıda daşnak-bolşevik hakimiyyətinin süqutundan sonra nəşri dayandırılmışdır.
Martes martes
Meşə dələsi (lat. Martes martes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin dələ cinsinə aid heyvan növü. Azərbaycanda nəsli kəsilmək üzrə olan növdür. == Təsviri == Daşlıq dələsindən fərqli olaraq bir birinə yaxınlaşmış və iri qulaqlı yumru başa malikdir. Kütləsi 0.5 - 2 kq, bədənin uzunluğu 36 - 58, quyruğu 17 - 26 sm-dir (erkəklər dişilərdən iridir). Xəzin rəngi kürəni çalarlarla tutqun qəhvəyidir. Boğazındakı xal qollarının arasına kimi paz şəklində uzanmış sarı rəngdədir. == Yayılması == Arealı Avropa, Qərbi Sibir və Ön Asiyanı əhatə edir. Təsvir olunmuş 7 yarımnövdən Qafqazda və Kiçik Asiyada ən iri forma (Qafqaz meşə dələsi) yayılmışdır. Dəniz səviyyəsindən 2700 m-dək olan meşə landşaftları ilə sıx əlaqədardır.
Lakros
Lakros, hər oyunçunun kiçik və sərt plastikdən edilmiş topu daşıya biləcəkləri və ucunda bir səbət olan çubuqlarla (crosse) oynadığı, məqsədi topu qarşı komanda qalasına soxmaq olan bir sıra idmanıdır. Oyun dəyişik kateqoriyalarda fərqli ədəddə oyunçudan yaranan komandalarla oynanar. Kişilər açıq sahədə 10 oyunçu, bağlı sahədə altı oyunçudan ibarət olan komandalarla oynayarkən, qadınlar 12 adamdan yaranan komandalarla mübarizə edərlər. Klassik olaraq hər qola 1 bal verilər. Ancaq ABŞ peşəkar lakros liqası Major League Lacrossedə 15 yarddan uzaqdan atılan qollara 2 ədəd verilər. Normal şərtlərdə matçların normal müddətinin bərabərə bitməsi nəticəsində uzatma tətbiq olunar. Ümumiyyətlə Şimal Amerikada məşhur olan lakros, Kanadanın milli idmanı olaraq qəbul edilməkdədir. Eyni zamanda ABŞda ən sürətli inkişaf edən idmandır.. Müasir lakrosta kişilərdə on oyunçudan ibarət olan iki komanda çəmən və süni çəmən üzərində mübarizə edər. Bu on oyunçunun üçü hücum oyunçusu, üçü orta sahədə, üçü də müdafiədə vəzifəlidir.
Martes
Dələ və ya bəzi bölgələrdə sovsar (lat. Martes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinə aid heyvan cinsi.
Martiros
Martiros - İrəvan quberinyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd.
Matkot
Matkot (ivr. ‏מטקות‎‏‎) — İsraildə oynanılan və çimərlik tennisinə oxşar raket oyunu. İsrailin milli idman növü hesab olunur. Oyunda əsas məqsəd taxta raketka ilə rezin topu qarşı tərəfə yerə düşmədən göndərməkdir. Oyunda əsasən 2 nəfər iştirak etsə də, bəzən bu say artıq ola bilir. == Haqqında == Matkot çimərlik idman oyunudur və bu idman növü üzrə heç bir yarış keçirilimir. Oyunçuların əsas məqsədi qara rezin topu irəli göndərməkdir. İdmanın adı ivrit dilində "raketka" mənasını verən "matka" sözündən yaranmışdır. Bu sözün mənşəyi isə naməlumdur. Raketkalar taxtadan hazırlanır, lakin tutacaqlar əsasən plastikdən ibarət olur.
Matriks
Matriks - çökmə süxurların daha iri hissəçiklərini əhatə edən nisbətən narın dənəli material. Bəzən əsas kütlə terminin sinonimi kimi işlədilir. Lakin termindən istifadə olunduqda süxur genezisi nəzərə alınmır və ya terminin əsasən çökmə süxurlara şamil edildiyi nəzərdə tutulmur. Bəzi hallarda "sement" terminin sinonimi kimi başa düşülür. == Həmçinin bax == Çökmə süxurlar Termin Genezis == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Matrona
Matrona (az. Romada azad doğulmuş ərli qadın)— Qədim Romada azad doğulmuş — nə özü, nə də valideynləri qul olmayan, yaxşı reputasiyalı və kəramətli ərli qadın. Bu ad lat. mater sözündən yaranmışdır. Matrona ailədə lat. matris familias statusuna malik olub ailə başçısı — lat. pater familias statuslu ərinin iradəsi altında olur, vəzifəsi uşaqların təlim tərbiyəsi ilə və evdarlıqla məşğul olmaq idi. Matrona siyasi və dövlət işləri ilə məşğul ola bilməzdi.
Patnos
Patnos — Ağrı ilinin ilçəsi.
Patras
Patras (q.yun. Πάτραι, yun. Πάτρα, lat. Patrae) və ya Baliyabadra (türk. Balyabadra) – Yunanıstanda şəhər. == Tarixi == === Antik era === === Feodal dövrü === === Yeni dövr === === Müasir dövrü === == Coğrafiya == == Əhali == === Din === == İqtisadiyyat == == Mədəniyyət == === Musiqi === == Təhsil == == Tanınmış şəxsləri == Konstantinos Stefanopulos — 1995-2005-cı illərdə Yunanıstanın prezidenti.
Matrak
Matrak — Osmanlı-boşnak dövlət xadimi, tarixçisi və alim Matrakçı Nasuh (Nasuh ibn Qaragöz ibn Abdullah əl-Bosnavi) tərəfindən icad edilən qılınc və qalxan mübarizəsinə əsaslanan Osmanlı döyüş idmanı. XVI o, qılınc simulyasiya edən dəri ilə örtülmüş taxta çubuqlar və taxta dəri örtüklü qalxanla oynanılır. Çubuqların yuxarı hissəsi yuvarlaqlaşdırılıb və boulinq sancaqlarına bənzəyən gövdədən bir qədər genişdir. Oyun bir növ döyüş simulyasiyasıdır və qazonda oynanılır. O, Osmanlı əsgərləri tərəfindən döyüşlərdə məşq kimi istifadə olunurdu. Möhtəşəm əsr teleserialında döyüş oyunu kimi göstərilir.
Butros Butros-Qali
Butros Butros Qali (/ˈbuːtrɒs ˈɡɑːli/; qibt. Ⲡⲉⲧⲣⲟⲥ Ⲡⲉⲧⲣⲟⲥ-Ⲅⲁⲗⲓ, ərəb. بطرس بطرس غالي‎ Buṭrus Buṭrus Ghālī ; 14 noyabr 1922[…], Qahirə, Misir krallığı[d] – 16 fevral 2016[…], Cizə) — Misir diplomatı, 1992–1996-cı illərdə BMT-nin Baş katibi olmuşdur. 1922-ci ildə Misirdə xristian ailəsində doğulub.
Butros Butros Qali
Butros Butros Qali (/ˈbuːtrɒs ˈɡɑːli/; qibt. Ⲡⲉⲧⲣⲟⲥ Ⲡⲉⲧⲣⲟⲥ-Ⲅⲁⲗⲓ, ərəb. بطرس بطرس غالي‎ Buṭrus Buṭrus Ghālī ; 14 noyabr 1922[…], Qahirə, Misir krallığı[d] – 16 fevral 2016[…], Cizə) — Misir diplomatı, 1992–1996-cı illərdə BMT-nin Baş katibi olmuşdur. 1922-ci ildə Misirdə xristian ailəsində doğulub.
Göyün yeddinci qatında (Tres metros sobre el cielo)
Göyün üçüncü qatında (isp. Tres metros sobre el cielo) — rejissoru Fernando Qonzales Molina olan ispan filmidir. Baş rollarda Mario Casas, Alvaro Servantes, Marina Salas, Mariya Valverde, Andrea Duro, Nerea Kamaço, Luis Fernandez, Dieqo Martin çıxış edir. İtalyan yazıçısı Federiko Moccianın eyniadlı romanı əsasında çəkilən film 2010-cu ilin dekabrın 3-də səhnəyə qoyulmuş və qısa zaman ərzində İspaniyada ilin ən çox gəlir əldə edən filmlərindən olmuşdur. == Film haqqında == "Göyün yeddinci qatında" filmi yeniyetmələr üçün nəzərdə tutulmuş, iki gəncin bir-birinı qarşı olan hisslərini təsvir edən, romantik-dram janrında olan filmdir. Hugo Livera Castro –Açe (Mario Casas) azadlığı və sürəti sevən, dünyadan sonuna qədər yaşamaq , istifadə etmək istəyən, hər şeyini ən yaxın dostu Pollo (Alvaro Cervantes) ilə bölüşən dəliqanlı bir gəncdir. Babinin (Mariya Valverde) özenə görə rahat bir dunyası vardır. Yaxşı vəzifədə çalışan valideynləri vardır ki , onu yaxşı geyindirirlər, yaxşı təhsil aldırırlar, ümümilikdə qız olmanın nə ayrıcalıqları varsa hamısını yaşadırlar. O, öz rəfiqəsi Katina (Marina Salas) ilə birgə şəhərin ən tanınmış və ər adamın daxil ola bilməyəcəyi kollecdə təhsil alırlar. Bundan başqa Babi çox təhlükəli biri olan Mara (Andrea Duro) ilə düşməndir.