Adolfo Ruis Mateos 26 may 1910-cu ildə anadan olmuşdur.[6] O, 1929-cu ildə Toluka Elm və Ədəbiyyat İnstitutunu bitirmişdir. Mateos 1934-cü ildə Meksika Universitetində hüquq təhsili almışdır. O, 1933-cü ildən İnstitusional İnqilab Partiyasının (İİP) üzvü olmuşdur.[7] Mateos 1944–1946-cı illərdə Tolukada Elm və Ədəbiyyat İnstitutunun direktoru olmuşdur.[8]
Mateos 1946–1952-ci illərdə senator vəzifəsində çalışmışdır. O, 1952–1957-ci illərdə əmək və sosial təminat naziri vəzifəsində çalışmışdır. Mateos 1958–1964-cü illərdə Meksika Prezidenti olmuşdur. O, dövlət təsərrüfat sektorunu gücləndirmi., eyni zamanda xarici kapital qoyuluşlarını həvəsləndirmiş, kənd təsərrüfatı islahatını həyata keçirməyə çalışmış (16 milyon hektarlıq torpaq sahəsi yenidən bölüşdürülmüş, ölkənin cənubunda əkinə yararsız torpaqlar mənimsənilmişdir), sosial rifah və səhiyyə sistemlərini inkişaf etdirmiş, yoxsulluq, savadsızlıq və sosial rifahın azaldılmasına cəhd göstərmişdir. Mateos ölkədə kommunist hərəkatının təsirini azaltmağa çalışırdı, lakin xarici siyasətində Kuba kimi kommunist dövlətlərin dəstəyinə də arxalanırdı. O, 1968-ci ildə Meksika Yay Olimpiya Oyunlarının təşkilat komitəsinə rəhbərlik etmişdir.[8]
Blough, William J. "Political Attitudes of Mexican Women: Support for the Political System among a Newly Enfranchised Group". Journal of Interamerican Studies and World Affairs. 14 (2). May 1972: 201–224. doi:10.2307/174713. JSTOR174713.
Camp, Roderic A. Mexican Political Biographies. Tucson, Arizona: University of Arizona, 1982.
Krauze, Enrique. Mexico: Biography of Power especially Chapter 20, "Adolfo López Mateos: The Orator." New York: HarperCollins 1997.
"Discurso pronunciado por el Sr. Lic. Adolfo López Mateos, presidente constitucional de los Estados Unidos Mexicanos en el acto conmemorativo del XXV aniversario de Nacional Financiera, S. A.". El Trimestre Económico. 26 (104(4)): 707–710. 1959. JSTOR23395581.
Smith, Arthur K. Mexico and the Cuban revolution: foreign policy-making in Mexico under President Adolfo López Mateos (1958–1964). No. 17. Cornell University., 1970
Utley, Robert Marshall. Changing course: the international boundary, United States and Mexico, 1848–1963. Western National Parks Assoc, 1996.
Wilkie, James W. The Mexican Revolution: Federal Expenditure and Social Change Since 1910, Second Edition (Berkeley: University of California Press, 1970).
Zolov, Eric. "Showcasing the 'Land of Tomorrow': Mexico and the 1968 Olympics". The Americas. 61 (2). October 2004: 159–188. doi:10.1353/tam.2004.0195.