Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mandolina
Mandolina (it. mandolino) — dörd qoşa metal simli italyan musiqi aləti. Bir notun uzun səsi simdə sürətlə bir-birini əvəz edən zərbələrdən ibarət mandolinə xas tremolo texnikasının tətbiqi ilə təmin edilir.
Madalina Manole
Madalina Manole — rumın müğənni Rumıniyanın folk və pop janrında ən çox sevilən müğənnilərindən biri olan Madalina Manole dünən 43 yaşının tamam olduğu ad günündə - 14 iyul 2010-cu ildə zəhərli böcək öldürücü dərman içərək intihar edib.
Mixalina Vislotskaya
Mixalina Anna Vislotskaya (pol. Michalina Anna Wisłocka, evlilikdən öncə Braun (pol. Braun); 1 iyul 1921, Lodz, Lodz voyevodluğu[d] – 5 fevral 2005, Varşava) — Polşa ginekoloqu, seksoloq, kommunist düşərgəsi ölkələri üçün seks mədəniyyətinə dair ilk ekspert vəsaiti olan "Sevgi sənəti" kitabının müəllifi. == Həyatı == Mixalina Braun ziyalı ailədə anadan olmuşdur. Onun atası Lodz şəhərində məktəb müəllimi (sonradan direktoru) idi, zadəgan ailəsindən gələn anası isə polyak dili üzrə dərslər keçirdi. İkinci Dünya Müharibəsindən əvvəl ailə məktəb binasında yaşayırdı, lakin 1939-cu ildə Krakova köçmək məcburiyyətində qaldı. Tezliklə Mixalina 12 yaşında tanış olduğu kimyaçı Stanislav Vislotski ilə evləndi. Cütlük Varşavaya köçdülər və orada xəstəxanada işləməkdən savayı nasiszmə müqavimət hərəkatının üzvləri idilər. 1952-ci ildə Vislotskaya Vrotslav Tibb Universitetini bitirdi. 1959-cu ildə mamalıq və ginekologiya ixtisaslaşmanı aldı, 10 ildən sonra isə tibb elmləri doktoru adını qazandı.
Olimpiya medalına sahib Azərbaycan idmançıları
== Siyahı ==