Mixalina Vislotskaya

Mixalina Anna Vislotskaya (pol. Michalina Anna Wisłocka, evlilikdən öncə Braun (pol. Braun); 1 iyul 1921, Lodz, Lodz voyevodluğu[d][1]5 fevral 2005, Varşava[1]) — Polşa ginekoloqu, seksoloq, kommunist düşərgəsi ölkələri üçün seks mədəniyyətinə dair ilk ekspert vəsaiti olan "Sevgi sənəti" kitabının müəllifi.[2]

Mixalina Vislotskaya
pol. Michalina Wisłocka
Doğum adı Michalina Anna Braun
Doğum tarixi 1 iyul 1921(1921-07-01)
Doğum yeri
Vəfat tarixi 5 fevral 2005(2005-02-05) (83 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Varşava Lüteran qəbiristanlığı[d]
Elm sahələri ginekologiya, seksologiya
Elmi dərəcəsi
Təhsili
  • Vrotslav Tibb Universiteti[d]
Mükafatları Knight of the Order of Polonia Restituta
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mixalina Braun ziyalı ailədə anadan olmuşdur. Onun atası Lodz şəhərində məktəb müəllimi (sonradan direktoru) idi, zadəgan ailəsindən gələn anası isə polyak dili üzrə dərslər keçirdi. İkinci Dünya Müharibəsindən əvvəl ailə məktəb binasında yaşayırdı, lakin 1939-cu ildə Krakova köçmək məcburiyyətində qaldı. Tezliklə Mixalina 12 yaşında tanış olduğu kimyaçı Stanislav Vislotski ilə evləndi. Cütlük Varşavaya köçdülər və orada xəstəxanada işləməkdən savayı nasiszmə müqavimət hərəkatının üzvləri idilər.[3]

1952-ci ildə Vislotskaya Vrotslav Tibb Universitetini bitirdi. 1959-cu ildə mamalıqginekologiya ixtisaslaşmanı aldı, 10 ildən sonra isə tibb elmləri doktoru adını qazandı. 1957-ci ildə, professor Boqdan Bednarski ilə birlikdə Vislotskaya gənclərin cinsi tərbiyəsinin verilməsinin tərəfdarı olan Şüurlu Analıq Cəmiyyəti adlı qurumun həmtəsisçisi oldu.[2]

1978-ci ildə Vislotskayanın "Sevgi sənəti" adlı kitabı nəşr olundu, bununla Polşada cinsiyyət və insan cinsi davranışının açıq müzakirələri artmağa başladı. Kitab bestseller oldu, ümumilikdə 7 milyon nüsxədən çox satıldı.

Polşa Prezidentinin 9 sentyabr 1997-ci il tarixli Fərmanına uyğun olaraq, Mixalina Vislotskaya Polşa Dirçəliş Ordeninin kavaler xaçına layiq görüldü.[4]

Mixalina Vislotskaya Varşava xəstəxanalarının birində səbəbi miyokard infarktı olan ağırlaşmalara görə vəfat etdi.[5] 11 fevral 2005-ci ildə Varşava Lüteran qəbiristanlığında dəfn edildi.

Lübnevits şəhərində sevgi parkı və həmçinin Lodz şəhərindəki şəhər bağçalarından biri Mixalina Vislotskayanın şərəfinə adlandırılıb.[6][7]

2017-ci ildə Mariya Sadovskayanın rejissorluğu ilə Polşanın ən məşhur ginekoloqu və seksoloqu haqqında bioqrafik film çəkildi.[8]

  • Hamiləliyin qarşısının alınması texnikası (pol. Technika zapobiegania ciąży) — 1959
  • Hamiləliyin qarşısının alınması üsulları (pol. Metody zapobiegania ciąży) — 1976
  • Sevgi sənəti (pol. Sztuka kochania) — 1978
  • Sevgi mədəniyyəti (pol. Kultura miłości) — 1980
  • Seks kaleydoskopu (pol. Kalejdoskop seksu) — 1986
  • Sevgi sənəti: iyirmi il sonra (pol. Sztuka kochania: w dwadzieścia lat później) — 1988
  • Sevgi sənəti: "M" vitamini (pol. Sztuka kochania: witamina „M”) — 1991
  • Sevgidə uğur (pol. Sukces w miłości) — 1993
  • Malinka, Bratek və Yas (pol. Malinka, Bratek i Jaś) — 1998
  • Həyat eşqi: qayğısız bir vaxtın xatirələri (pol. Miłość na całe życie: wspomnienia z czasów beztroski) — 2002
  1. 1 2 3 4 Deutsche Nationalbibliothek Record #133405451 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. 1 2 Вольская, Элиза. Старая Вислоцкая на новые времена Arxivləşdirilib 2017-06-08 at the Wayback Machine // Новая Польша. — 2017. — № 5.
  3. Michalina Wisłocka. Malinka, Bratek i Jaś. — Warszawa : Prószyński i S-ka, 1998. — P. 47–48. — 251 p. — ISBN 83-7180-862-3​.
  4. "Postanowienie Prezydenta Rzechypospolitej Polskiej z dnia 9 września 1997 r. o nadaniu orderów i odznaczeń" (PDF) (polyak). 2019-06-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-31.
  5. "IAR - Zmarła Michalina Wisłocka". Money.pl (polyak). 2005-02-05. 2019-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-24.
  6. "Park Miłośći im. dr Michaliny Wisłockiej" (PDF) (polyak). 2016-03-05 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-05-24.
  7. Wolnicka, Monika. "Łódź ze skwerem Michaliny Wisłockiej. Kiedyś mieszkała obok niego". Wyborcza.pl (polyak). 2017-03-17. 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-24.
  8. "Sztuka kochania czyli historia Michaliny Wisłockiej". FilmPolski.pl (polyak). 2019-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-24.