Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Boyanka Kostova
Boyanka Kostova (10 may 1993, Plovdiv) — Bolqarıstanı və Azərbaycanı təmsil edən ağır atlet, 3 dəfə Dünya Çempionatının, 8 dəfə isə Avropa Çempionatının qalibi. == Karyerası == Boyanka Kostova 2009-cu ilin aprelində Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. 15 yaşında Avropa Çempionatlarında debüt edən Boyanka Kostova ümumi nəticədə 180 Kg. (78+102) nəticə göstərdi. Bu nəticələrə əsasən Boyanka Kostova Avropa Çempionatını 15 idmançı sırasında beşinci pillədə başa vurdu. Həmin il Boyanka Kostova Tailandda baş tutan yeniyetmələr arasında Dünya Çempionatında birdən qaldırmada gümüş medala, təkanla qaldırmada qızıl medala sahib oldu, ümumi nəticədə isə turniri 186 Kg. (81+105) nəticə ilə qızıl medalla başa vurdu. 2010-cu ilin aprelində Boyanka Kostova Belarusda baş tutan Avropa Çempionatında mübarizə apardı. Birdən qaldırmada bürünc medala, təkanla qaldırmada isə gümüş medala sahib olan Boyanka Kostova ümumi nəticədə 199 Kg. (87+112) nəticə ilə Avropa Çempionatını gümüş medalla başa vurdu.
Nataşa Rostova
Nataşa (Natali) Rostova (tam adı Natalya İlyiniçna Rostova (rus. Наталья "Наташа" Ильинична Ростова) — Lev Tolstoyun "Hərb və Sülh" romanının əsas qəhrəmanlarından biri. İlya Andreyeviç Rostovun qızı. == Romanda == Romanın başlanğıcında, 1805-ci ildə, Nataşanın Knyaz İlya Rostov və Knyaginya Natalya Rostovanın 12 yaşlı qızı olduğu qeyd edilir. O, Drubetskoylar ailəsinin gənc varisi Boris Drubetskoya aşiq olur. Eyni zamanda, tez-tez Rostovları ziyarət edən Knyaz Pyer Bezuxovla dostluq edir. Boris hərbi karyera qurmaq üçün Mixail Kutuzovun yanın getdikdən sonra onların əlaqəsi kəsilir və Pyer Nataşanı balda Andrey Bolkonski ilə tanış edir. Onlar bir-birlərinə aşiq olurlar və evlənmək qərarına gəlirlər, lakin Andreyin atası buna maneə törədir. Atasının istəyi ilə onlar bir ildən sonra evlənməyə qərar verirlər. Həmin müddət ərzində Andrey müalicə olunmaq üçün Avropaya səfər edir.