Boyanka Kostova

Boyanka Kostova — Bolqar əsilli Azərbaycan ağır atletidir. Boyanka Kostova 2015-ci ildə Amerika Birləşmiş Ştatlarının Hyuston şəhərində keçirilən Dünya Çempionatının qızıl medalçısıdır. Boyanka Kostova həmçinin 2012-ci ildə Türkiyənin Antalya şəhərində, 2015-ci ildə Gürcüstanın Tbilisi şəhərində və 2016-cı ildə Norveçin Forde şəhərində baş tutan Avropa Çempionatlarının qızıl medalçısıdır.

Boyanka Kostova
bolq. Боянка Минкова Костова
Şəxsi məlumatlar
Tam adı Boyanka Minkova Kostova
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (30 yaş)
Doğum yeri Plovdiv, Bolqarıstan Bolqarıstan
İdman növü Ağır atletika
Boyu 150 sm.
Çəkisi 58 kq.
3 may 2016 tarixində yenilənib.

2021-ci ildə Moskvada keçirilən Avropa çempionatında da birinci yeri tutan atletin dopinq testinin müsbət çıxması səbəbindən titulu əlindən alınıb. Bu, 29 yaşlı idmançının ikinci anti-dopinq qayda pozuntusu olduğu üçün onun yarış hüququ 8 il müddətinə dayandırılıb. 2022-ci ildə narkotik maddələrin satışında təqsirləndirilərək həbs edilib.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Boyanka Kostova 10 may 1993-cü ildə Bolqarıstanın Plovdiv şəhərində anadan olmuşdur. Ailənin yeganə qız övladı Boyanka Kostova 2008-ci ildən idman ilə məşğul olur.

Karyerası[redaktə | mənbəni redaktə et]

2009 Avropa Çempionatı[redaktə | mənbəni redaktə et]

Boyanka Kostova birinci dəfə Avropa Çempionatına 2009-cu ildə qatıldı. Aprelin 3-dən 12-nə gədər keçirilən və Rumıniyanın paytaxtı Buxarest şəhərində baş tutan Avropa Çempionatına Boyanka Kostova Bolqarıstan bayrağı altında qatıldı. O Avropa Çempionatında mübarizəyə 53 kq. çəki dərəcəsində qatıldı. 15 idmançının mübarinə apardığı yarışda Boyanka Kostova birdən qaldırma yarışlarında birinci yanaşmadı 75 kq. sifariş etdi və onun öhdəsindən gəldi. Daha sonra 2-ci yanaşmada 78 kq. sifariş etdi və onunda öhdəsindən gəldi. Sonuncu 3-cü cəhddə isə o 80 kq. sifariş etdi. Amma o bu səfər uğurun ardını gətirə bilmədi və birdən qaldırma yarışlarını 78 kq. nəticə ilə 5-ci yerdə başa vurdu.

Birdən qaldırma yarışlarında Boyanka Kostova birinci yanaşmada 95 kq. sifariş etdi və onun öhdəsindən gəldi. Boyanka Kostova növbəti 2-ci yanaşmada isə 100 kq. sifariş etdi və onunda öhdəsinsən gəldi. Sonuncu 3-cü cəhdə 102 kq. sifariş edən Boyanka Kostova onunda öhdəsinsə gəldi. 3 ştanqın öhdəsindən gələn Boyanka Kostova birdən qaldırma yarışlarında 5-ci yeri tutdu. Boyanka Kostova iki hərəkətin cəmində isə 180 kq. nəticə ilə 15 idmançı arasında 5-ci yeri tutdu. 15 yaşında Avropa Çempionatında debüt edən və 5-ci yeri tutan idmançı üçün bu nəticə uğur hesab oluna bilərdi.

2010 Avropa Çempionatı[redaktə | mənbəni redaktə et]

Boyanka Kostova karyerasında 2-ci dəfə Avropa Çempionatına 2010-cu ildə qatıldı. O Belarusun paytaxtı Minsk şəhərində baş tutan Avropa Çempionatında iki gümüş və bir bürünc medal qazandı. 53 kq. çəki dərəcəsində mübarizə aparan Boyanka Kostova birinci yanaşmada birdən qaldırma yarışlarında 82 kq. sifariş etdi və onun öhdəsindən gəldi. 2-ci yanaşmadı 85 kq. və sonuncu 3-cü yanaşmada 87 kq. sifariş edən Boyanka Kostova ştanqların öhdəsindən məharətlə gəldi və Avropa Çempionatının bürünc medalını qazandı. Amma Boyanka Kostovanın nəticəsi daha yaxşı ola bilərdi. Beləki Boyanka Kostova gümüş medalı onunla eyni nəticə göstərən Belarus idmançısı Valiantsi Liaxavetsə şəxsi çəkisinə görə uduzdu.

Təkanla qaldırma yarışlarında Boyanka Kostova birinci yanaşmada 103 kq. sifariş etdi və onun öhdəsindən gəldi. Boyanka Kostova növbəti 2-ci yanaşmada isə 103 kq. sifariş etdi və onunda öhdəsinsən gəldi. Sonuncu 3-cü cəhdə 105 kq. sifariş verən Boyanka Kostova onunda öhdəsindən gəldi. Hər 3 ştanqın öhdəsindən gələn Boyanka Kostova təkanla qaldırma yarışlarında 2-ci yeri tutdu və Avropa Çempionatında özünün ikinci medalını qazandı. Boyanka Kostova iki hərəkətin cəmində isə 199 kq. nəticə ilə 10 idmançı arasında 2-ci yeri tutdu və Avropa Çempionatının gümüş medalını qazandı.

2010 Yeniyetmələrin Yay Olimpiya Oyunları[redaktə | mənbəni redaktə et]

Boyanka Kostova 2010-cu ildə Avropa Çempionatı ilə yanaşı Yeniyetmələrin I Yay Olimpiya Oyunlarınada qatıldı. Boyanka Kostova Sinqapur şəhərində baş tutan Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında qızıl medal qazandı. 17 yaşlı gənc idmançı 53 kq. çəki dərəcəsində birdən qaldırma yarışlarında birinci yanaşmada 78 kq. sifariş etdi və onun öhdəsindən gəldi. Birinci yanaşmalardan sonra Boyanka Kostova ən yaxın izləyicisi Hsing-Çun Kuonu 6 kq. qabaqlayırdı. 2-ci yanaşmada Boyanka Kostova 82 kq. sifariş etdi və onunda öhdəsindən məharətlə gəldi. Sonuncu 3-cü yanaşmada Boyanka Kostova 85 kq. sifariş verdi və onunda öhdəsindən gəldi və Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının əsas favorti olduğunu sübut etdi.

Təkanla qaldırma yarışlarında isə Boyanka Kostova biraz uğursuz başladı. O birinci yanaşmada 98 kq. sifariş versədə onun öhdəsindən gələ bilməyib. Boyanka Kostova 2-ci yanaşmadada yenə 98 kq. sifariş verdi və onun öhdəsindən gələ bildi. Sonuncu 3-cü cəhdə 107 kq. sifariş verən Boyanka Kostova onun öhdəsindən məharətlə gəldi və iki hərəkətin cəmində 192 kq. nəticə ilə Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının qızıl medalını qazanıb.

2011 Dünya Çempionatı[redaktə | mənbəni redaktə et]

2012 Avropa Çempionatı[redaktə | mənbəni redaktə et]

2012 Yay Olimpiya Oyunları[redaktə | mənbəni redaktə et]

2014 Dünya Çempionatı[redaktə | mənbəni redaktə et]

2015 Avropa Çempionatı[redaktə | mənbəni redaktə et]

2015 Dünya Çempionatı[redaktə | mənbəni redaktə et]

Boyanka Kostova karyerasında 3-cü dəfə Dünya Çempionatına 2015-ci ildə qatıldı. O Amerika Birləşmiş Ştatlarının Hyuston şəhərində baş tutan Dünya Çempionatında özünün birinci qızıl medalını qazandı. 58 kq. çəki dərəcəsində mübarizə aparan Boyanka Kostova yarışlara biraz uğursuz başladı. Birinci yanaşmada birdən qaldırma yarışlarında 109 kq. sifariş versədə onun öhdəsindən gələ bilməyib. Boyaka Kostova 2-ci yanaşmadı yenə 109 kq. sifariş verdi və ştanqı ram etməyi bacardı. Sonuncu 3-cü yanaşmada Çin Xalq Respublikasının idmançı Deng Mengrongun 110 kq. öhdəsindən gələ bilməməsi Boyanka Kostovaya Dünya Çempionatında birinci qızıl medalı qazandırdı. Boyanka Kostova isə üçüncü cəhdə 112 kq. sifariş verdi. Bu ştanqı o ram edəcəyi təqdirdə Boyanka Kostova 2006-cı ildən dəyişməyən 111 kq. Dünya rekordunu yeniləyəcəydi. Ştanqı məharətlə qaldıran Boyanka Kostova həm Dünya Çempionatında birdən qaldırma yarışlarında qızıl medal qazandı, həmdə yeni Dünya rekordunun sahibi oldu.

Təkanla qaldırma yarışlarında Boyanka Kostova birinci yanaşmada 136 kq. sifariş etdi və onun öhdəsindən gəldi. Boyanka Kostova növbəti 2-ci yanaşmada isə 140 kq. sifariş etdi. Amma o bu səfər ştanqı ram edə bilmədi. Sonuncu 3-cü cəhdə isə yenə 140 kq. sifariş verən Boyanka Kostova ştanqın öhdəsindən gəldi və Dünya Çempionatında ikinci qızıl medalını qazandı. Həm birdən, həmdə təkanla qaldırma yarışlarında qızıl medal qazanan Boyanka Kostova iki hərəkətin cəmindədə qızıl medal qazandı. Boyanka Kostova iki hərəkətin cəmində 252 kq. nəticə ilə qızıl medaldan yanaşı yeni Dünya rekordununda sahibi oldu.

2016 Avropa Çempionatı[redaktə | mənbəni redaktə et]

Boyanka Kostova 2016-cı ildə birinci yarışına Norveçin Forde şəhərində qatıldı. Boyanka Kostova karyerasında 5-ci dəfə Avropa Çempionatına qatıldı. 58 kq çəki dərəcəsində körpücük üzərinə çıxan Boyanka Kostova birdən qaldırma yarışlarında birinci yanaşmada 95 kq. ağırlığı ram etdi və Avropa Çempionatının qızıl medalını özü üçün təmin etdi. Boyanka Kostova ikinci yanaşmada sifarişini 5 kq. artıraraq 100 kq. öhdəsindən məharətlə gəldi. Sonuncu üçüncü yanaşmada Boyanka Kostova 105 kq. ram etdi və ən yaxın izləyicisi Ukrayna idmançısını 15 kq. qabaqladı və Avropa Çempionatında birdən qaldırma yarışlarında qızıl medal qazandı.[2]

Boyanka Kostova təkanla qaldırma yarışlarında birinci yanaşmada 120 kq ağırlığı ram etdi. Daha sonra ikinci yanaşmada sifarişini 10 kq artıraraq 130 kq öhdəsindən gəldi və Avropa Çempionatında təkanla qaldırma yarışlarında qızıl medal qazandı. Sonuncu üçüncü yanaşma heç bir əhəmiyyət kəsb etmədiyi üçün Boyanka Kostova ondan imtina etdi. Toplamda 253 kq nəticə göstərən Boyanka Kostova ən yaxın izləyicisi olan Rumıniya idmançısını 30 kq qabaqlayaraq iki hərəkətin cəmindədə Avropa Çempionatının qızıl medalını qazandı.[3]

17 aprel tarixdə Boyanka Kostova Avropa Çempionatından sonra Azərbaycana döndü. O Heydər Əliyev Beynəxalq Hava Limanında jurnalistlərə müsahibə verdi.

"Son çıxışımdan çox razıyam. Fikrimcə, məşqçilər də nəticədən razıdılar. Ümumən yarışlar çox yaxşı keçdi. Məncə, zəruri olan hər şeyi etdim. Hərçənd Olimpiadada rəqabət daha güclüdür. Çin və Tailanddan olan idmançıları özümə əsas rəqiblər sayıram. Qazandığım medal sübut etdi ki, hazırda Avropada mənə rəqib olacaq idmançı yoxdur."
Boyanka Kostova

[4]

Nəticələri[redaktə | mənbəni redaktə et]

İl Yarış Şəhər Birdən qaldırma Yer Təkanla qaldırma Yer Cəmi Yer
Bolqarıstan Bolqarıstan
2009 Avropa Çempionatı Rumıniya Buxarest 75 78 80 5 95 100 102 5 180 5
Yeniyetmələrin Dünya Çempionatı Tailand Çiang Mai 76 79 81 2 98 103 105 1 186 1
2010 Avropa Çempionatı Belarus Minsk 82 85 87 3 103 107 112 2 199 2
Gənclərin Dünya Çempionatı Bolqarıstan Sofiya 80 82 84 3 99 100 101 14 82 14
Yeniyetmələrin Olimpiya Oyunları Sinqapur Sinqapur 78 82 85 1 98 98 107 1 192 1
Azərbaycan Azərbaycan
2011 Dünya Çempionatı Fransa Paris 88 92 96 6 108 115 115 13 200 8
2012 Avropa Çempionatı Türkiyə Antalya 95 98 98 2 114 117 120 1 215 1
Olimpiya Oyunları Böyük Britaniya London 100 103 105 3 124 124 128 7 233 5
2014 Dünya Çempionatı Qazaxıstan Almatı 85 89 91 6 105 109 109 8 200 7
Gənclərin Avropa Çempionatı Kipr Limasol 88 91 93 1 105 110 110 1 203 1
2015 Avropa Çempionatı Gürcüstan Tbilisi 100 105 109 1 125 132 137 1 246 1
Dünya Çempionatı ABŞ Hyuston 109 109 112 1 136 140 140 1 252 1
2016 Avropa Çempionatı Norveç Forde 95 100 105 1 120 130 - 1 235 1
Olimpiya Oyunları Braziliya Rio de Janeyro
2017 İslam Həmrəyliyi Oyunları Azərbaycan Bakı

Xarici keçirdlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan millisinin üzvü narkotik satırmış - DETALLAR". 2022-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-26.
  2. "Avropa çempionatı: Kostova qızıl medal qazandı". www.sportline.az. 2021-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 aprel 2016.
  3. "Boyanka Kostova üçüncü dəfə Avropa çempionu oldu". www.azerisport.com. 2020-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 aprel 2016.
  4. "Boyanka Kostova: Ümid edirəm, Olimpiya Oyunlarında da medal qazanacağam". www.azertag.az. 2021-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 aprel 2016.