Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Maiko
yap. Maiko — geyşanın tələbəsinin adı və ya cavan geyşalara verilən ad yap. geyko geyşaların adı. Maiko karyukai adlı ənənəvi yapon əyləncə mədəniyyətinin bir hissəsidir. == Maiko, Kyoto == Əvvəllər, uşaq əməyi haqqında qanun qəbul edilənə qədər, maiko 9-12 yaşında olurdular. Müharibədən sonra qaydalara düzəliş edilmişdir və indi maiko ancaq orta məktəbi bitirdikdən sonra ola bilər. == Sikomi və Minarai == Orta hesabla altı aydan iki il üçün müddətdə shikomilər yap. 仕込み | tələbələrinə və şagirdlərinə. Shikomi bir qul kimi çalışan, başqa geisha və maikoların paltarlarına yardım, həmçinin okiyada bütün işləri görərdilər. XIX əsrdə shikomi 10-12 il olur, və təlim prosesində istirab çəkmələri şəxsiyyətin formalaşmasının bir normal hissəsi nəzərdə tutulurdu.
Marko
Marko — ad. Marko Delvekkio — İtaliya futbolçusu. Marko Di Matteo — CAR-lı oxatan. Marko Messias — Portuqaliyalı ağır atlet. Marko Yuliano — İtaliya futbolçusu. Marko di Vayo — İtaliya futbolusu.
Mayko
yap. Maiko — geyşanın tələbəsinin adı və ya cavan geyşalara verilən ad yap. geyko geyşaların adı. Maiko karyukai adlı ənənəvi yapon əyləncə mədəniyyətinin bir hissəsidir. == Maiko, Kyoto == Əvvəllər, uşaq əməyi haqqında qanun qəbul edilənə qədər, maiko 9-12 yaşında olurdular. Müharibədən sonra qaydalara düzəliş edilmişdir və indi maiko ancaq orta məktəbi bitirdikdən sonra ola bilər. == Sikomi və Minarai == Orta hesabla altı aydan iki il üçün müddətdə shikomilər yap. 仕込み | tələbələrinə və şagirdlərinə. Shikomi bir qul kimi çalışan, başqa geisha və maikoların paltarlarına yardım, həmçinin okiyada bütün işləri görərdilər. XIX əsrdə shikomi 10-12 il olur, və təlim prosesində istirab çəkmələri şəxsiyyətin formalaşmasının bir normal hissəsi nəzərdə tutulurdu.
Marko Arment
Marko Arment – tanınmış amerikalı mobil aplikasiya yaradıcısı, proqramçısıdır. O həm də texnoloji sahədə müxtəlif saytlar və bloqlarda yazılar yazır. Böyük sosial şəbəkələrdən olan Tumblr-ın yaradıcılarından biridir. Bundan əlavə Instapaper və podkast platforması olan Overkastın da yaradıcısıdır. == Təhsili == Arment 2004-cü ildə Pensilvaniya ştatındakı Midlind şəhərində yerləşən Allegeyni kollecini kompüter elmləri ixtisası üzrə bitirib. == Karyera == Arment nəhəng sosial şəbəkələrindən olan Tumblr proqramının əsas yaradıcı və təkmilləşdirici iki şəxsindən biridir. O, 2007-10 illəri arasında burada baş texnoloji direktor (CTO) vəzifəsində işləmişdir. O, 2010-cu ildə buradan ayrılaraq yaratdığı digər bir proqram olan Instapaper-in üzərində kökləndi. Instapaper maraqlandığın veb-saytları, məqalələri yadda saxlayır və münasib vaxtda sonradan oxumağını təmin edir. O lakin bu layihəni 2013-cü ildə Betaworks şirkətinə satmışdır.
Marko Asensio
Marko Asensio Villemsen (21 yanvar 1996[…]) — La Liqa təmsilçilərindən olan Real Madrid klubunda və İspaniya milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış edən peşəkar İspaniya futbolçusudur. == Klub karyerası == === Malyorka === Asensio Balear adalarının Palma şəhərində anadan olmuşdur. Onun anası Niderland, atası isə İspaniya vətəndaşıdır. Asensio futbolçu karyerasına doğma şəhərini təmsil edən Malyorka klubunda başlamışdır. O, oyunu ilə Real Madrid və Barselona klublarının skautlarının diqqətini cəlb etmişdir. Asensio karyerasında debütünü hələ yeniyətmə olmasına baxmayaraq, B komandası ilə 2013–14 mövsümündə Terkera Diviziyasında etmişdir. Asensio əsas komanda ilə debütünü 27 oktyabr 2013-cü ildə Sequnda Diviziyasında Rekreativo de Huelva klubuna qarşı oyunda etmişdir. O, son altı dəqiqə meydanda mübarizə aparmış və komandası 3–1 hesabı ilə məğlub olmuşdur. Asensio Luqo klubu ilə oyunda da son altı dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə Malyorka rəqibi ilə 0–0 hesabı ilə heç-heçə etmişdir.
Marko Borsotti
Marko Borsotti — BMT-nin Azərbaycandakı sabiq rezident əlaqələndiricisi.
Marko Delvekkio
Marko Delvekkio (7 aprel 1973, Milan) — təqaüdçü italyan futbolçudur, hücumçu kimi çıxış edir. == Həyatı == Əslən milanlı olan Marko 90-cı illərin əvvəlində "İnter"də möhkəmlənə bilmədi və 1995-ci ildə "Roma"ya keçdi. Hücumçu uzun illər Françesko Totti ilə yanaşı Delvekkio "canavarlar"ın heyətində 10 mövsüm keçirib. 2000–2003-cü illər aralığında forvard milli komandaya cəlb edilirdi. O, İtaliya yığmasının heyətində qitə birinciliyinin gümüş mükafatçısı da oldu. Son bir neçə ildə Marko meydanda çox az görünür. Bunun səbəbi isə çoxsaylı zədələrdir. == 2006/07-ci illər mövsümü == Keçən mövsüm yuxarıda işlətdiyimiz sözlərin təsdiqi oldu. Delvekkio "Askoli"də cəmi 6 matçda meydana çıxmaqla 2 dəfə fərqləndi. Cari çempionat ərəfəsində hücumçu "Roma" ilə birgə məşq edirdi və şahidlərin sözlərinə görə, yaxşı forma yığmışdı.
Marko Duqanciç
Marko Duqanciç (xorv. Marko Dugandžić; 7 aprel 1994, Osiek[d]) — Xorvatiya futbolçusu, futbol üzrə Rumıniya çempionatında çıxış edən "ÇFR Kluj"un hücumçusu. == Klub karyerası == Marko Duqanciçin "Osiyek"dəki çıxışları "Fiorentina", "Blekbörn Rovers" və "Lids Yunayted" kimi bir çox Avropa komandalarının diqqətini cəlb etmişdir. Əvəzində 2015-ci ilin yanvarında İtaliya B Seriyası "Ternana" ilə müqavilə imzalamışdır. Duqanciç 14 oktyabr 2020-ci ildə Rusiya Premyer Liqasının "Soçi" FK-ya qoşulmuşdur.Duqanciç 11 yanvar 2022-ci ildə Rumıniyaya qayıtmış və ÇFR Kluj ilə müqavilə imzalamışdır.
Marko Karilyo
Marko Karilyo (4 iyul 1988) — Perulu atıcı. Marko Karilyo Perunu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Marko Karilyo birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə hava tapançası yarışında iştirak etdi. Ümumilikdə 566 xal toplayaraq 43-cü yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Marko Komenda
Marko Komenda (26 noyabr 1996-cı ildə anadan olub) — 3.Bundesliqa təmsilçilərindən olan Meppen klubunda müdafiəçi kimi çıxış edən peşəkar Almaniya futbolçusudur. == Klub karyerası == === Borussiya Münhenqladbax === Komenda Darmştadt 98 akademiyası vasitəsilə inkişaf etmişdir. 1 iyul 2016-ci ildə o, Borussiya Münhenqladbax klubuna transfer olmuşdur. Komenda Borussiya Münhenqladbax II komandası ilə 60 oyuna çıxmış və iki qolla yadda qalmışdır. === Meppen === 18 iyun 2018-ci ildə Komenda Meppen klubu ilə müqavilə imzalamışdır. Komenda klub ilə debütünü 30 iyul 2018-ci ildə Sportfreunde Lotte klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. 3.Bundesliqa görüşündə Meppen rəqibi ilə 0-0 hesabı ilə bərabərə qalmışdır. == Şəxsi həyatı == Komenda Almaniyada anadan olmuşdur. Valideynləri isə Xorvatiya vətəndaşlarıdır.
Marko Kon
Marko Kon (20 aprel 1972, Belqrad) — Serbiya müğənnisi. 2009 Avroviziya Mahnı Müsabiqəsində ölkəsini Cipela adlı mahnıyla Milan Nikolić ilə birlikdə təmsil etmiştir.
Marko Lazetiç
Marko Lazetiç (serb-kiril. Марко Лазетић ; 22 yanvar 2004, Belqrad) — Serbiyalı peşəkar futbolçu. İtaliyanın "Milan" klubunda mərkəz hücumçusu kimi oynayır. == Klub karyerası == Lazetiç 29 noyabr 2020-ci ildə, hələ 17 yaşına 2 ay qalmış "Srvena Zvezda" klubunda debüt edib. Həmin oyunda komandası 3–0 hesabı ilə qələbə qazanıb. 27 yanvar 2022-ci ildə, 18 yaşında İtaliya A Seriyasında çıxış edən "Milan" klubuna transfer olunub. O, yeni klubu ilə 4 illik müqavilə bağlayır.
Marko Menqoni
Marko Menqoni (it. Marco Mengoni) — italyan müğənni. 2009-cu ilin «X Factor» şousunun italyan versiyasının qalibi. MTV Europe Music Awards-da 2010-cu ilin "Avropanın ən yaxşı artisti" seçilmişdir. 2013-cü ilin Sanremo Musiqi Festivalının qalibi və İtaliyanın «Avroviziya 2013» Mahnı Müsabiqəsində təmsilçisi. Malmödə keçirilən müsabiqədə Markonun ifa etdiyi L'Essenziale mahnısı finalda İtaliyaya 7-ci yeri qazandırdı. 2023-cü ildə Menqoni Sanremo Musiqi Festivalına ikinci dəfə qatılaraq "Due vite" mahnısı ilə yenə festivalın qalibi olur və İtaliyanı Liverpulda keçirilən 2023 Avroviziya Mahnı Müsabiqəsində təmsil edərək 4-cü yerdə qərarlaşır.
Marko Pfiffner
Marko Pfiffner (25 mart 1994) — Ukraynalı dağ-xizək idmançısı. Marko Pfiffner Lixtenşteyni 2014-cü ildə Soçidə təşkil edilən XXII Qış Olimpiya Oyunlarında təmsil etdi. O, slalom və böyük slalom yarışları üzrə iştirak etmişdir. == Karyerası == Marko Pfiffner birinci dəfə Olimpiya Oyunlarına 2014-cü ildə qatıldı. O, Soçidə baş tutan XXII Qış Olimpiya Oyunlarında kişilər böyük slalom yarışlarında iştirak etdi. Pfiffner 2:56.72 saniyəlik nəticəsi ilə 109 atlet arasında 42-ci yeri tutdu.
Marko Polo
Marko Polo (15 sentyabr 1254, Venesiya, Venesiya Respublikası – 8 yanvar 1324, Venesiya, Venesiya Respublikası) — italyan səyyahı. Marko Polo (XIII XIV əsrlər) İtaliyadan Mərkəzi Şərq və Orta Asiya yolu ilə Çinə getmişdir. Marko Polo Bakı neftinin Yaxın Şərq ölkələrinə aparılmasından söz açmış, habelə Şamaxı və Bərdənin ipək məmulatlarının gözəlliyini vurğulamışdır. == Çin səfəri == XIII əsrin ortalarından etibarən avropalıların coğrafi təfəkkür dairəsi genişlənməyə başlamışdı. Bəzi Avropa tacirləri Şərqlə ticarətə can atırdılar. Buna misal olaraq İtaliya səyyahı və yazıçısı Marko Polonun mənsub olduğu Venesiya tacirlərinin Polo ailəsini göstərmək olar. Atasını və əmisini müşayiət edən Marko 1271-ci ildə Aralıq dənizi sahillərindəki Akka şəhərindən yola düşərək Hörmüzə gəlir və oradan karvanla Mərkəzi Asiyanın səhralarından və dağlarından keçərək uzun aylar yol getdikdən sonra 1275-ci ildə Şimali Çinə gəlib çıxır. Marko Polo Mərkəzi Asiya vilayətində və Çin kimi böyük dövlətdə olmuş ilk avropalı hesab olunur. Onun ailəsi tam 17 il bu qədim diyarın müxtəlif əyalətlərini gəzmiş, onun böyük xanı olmuş Xubilayın (Çingiz xanın nəvəsi) hörmətini qazanmış, ticarətlə məşğul olmuşdur. Geriyə daha təhlükəsiz hesab olunan dəniz yolu ilə qayıtmişdır.
Marko Rubio
Marko Rubio (ing. Marco Antonio Rubio; 28 may 1971, Mayami, Florida) — Amerikalı siyasətçi, ABŞ senatına Florida ştatından seçilmiş senator və 2016-cı ildə keçirilmiş ABŞ Prezident seçkiləri zamanı Respublikaçılar partiyasının daxili namizədlərindən biri. Marko Rubio Respublikaçılar Partiyasının prezident seçkiləri üçün praymeyrzində iştirak edərək, dördüncü yeri tutmuşdur.
Marko Simone
Marko Simone (it. Marco Simone ; 7 yanvar 1969, Castellanza, İtaliya) — İtaliyalı keçmiş futbolçu. Əsasən hücumçu və yarımmüdafiəçi kimi çıxış edib. Hal hazırda məşqçi kimi fəaliyyət gödtərir. "Milan", "PSJ" və "Monako" klublarında oynaması ilə tanınır. Futbolçu İtaliya millisində 4 oyun keçirib. İtaliya (1992, 1993, 1994 və 1996-cı illərdə "Milan"ın heyətində) və Fransa çempionu (2000-ci ildə "Monako"nun heyətində), Çempionlar Kubokunun (1990 və 1994), Avropa Superkubokunun (1989 və 1994), Qitələrarası Kubokun (1989) qalibi olub. Həmçinin Fransa Kuboku və Fransa Liqa Kubokunu (1998) qazanıb. == Bioqrafiya == Marko İtaliya A Seriyasında 11 yanvar 1987-ci ildə "Komo" klubunun heyətində debürt edib. A seriyasında bir neçə oyundan sonra o, C1 seriyasında çıxış edən "Alzano" klubuna icarəyə verilib.
Marko Veşoviç
Marko Veşoviç — (28 avqust 1991, Podqoritsa) — Monteneqrolu peşəkar futbolçu. Ağdamın "Qarabağ" klubunun və Monteneqro milli futbol komandasının müdafiəçisi. == Karyera == === İlk illər === Markonun uşaq yaşlarında ilk klubu Serbiyanın "Mladost" komandası olur. Sonrada futbolçu ilk peşəkar müqavilə imzalayacağı "Budçnost"un uşaq komandasına qoşulur."Budçnost"un əsas heyətində 2008-ci ildə debüt edir. Burada 11 oyun keçirib bir qol vurur. 2008-ci ildə "Mladost Podgorica" klubuna icarəyə verilir. Burada 12 oyunda meydana çıxır və 3 qola imza atır. 2010-cu ilin iyununda o, "Srvena Zvezda" klubuna keçir. "Qırmızı-ağlar"la 17 oyun keçirir. Yeni komandasıyla ilk qolunu Sloveniya çempionu "Koper"lə yoldaşlıq oyununda vurur.
Marko Yankoviç
Marko Yankoviç (futbolçu, 1988)
Marko Yevtoviç
Marko Yevtoviç (5 yanvar 1987) — Serbiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Marko Yevtoviç Serbiyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Marko Yuliano
== Bioqrafiyası == Yuliano dünya məşhurluğunu "Yuventus"dakı çıxışı ilə əldə edib. O, 8 il (1996-2004) "Qoca Sinyora"nın uğurları üçün tər töküb. Həmin illərdə turinlilərin ən yaxşı müdafiəçilərindən biri yüz illiklərin qovşağında ölkə yığmasının da əsas futbolçularından idi. Mükafatlarının sayının çox olmasına baxmayaraq, Mark bəxtsiz oyunçu kimi tanınırdı. Çempionlar Liqasının üç final qarşılaşmasında məğlubiyyət, üstəgəl Avro-2000-in həlledici matçında uğursuzluğu unutmaq çox çətindir. == 2006/07-ci illər mövsümü == Təcrübəli müdafiəçi 2006-cı ilin 31 avqustunda "essina" ilə anlaşdıqdan sonra 21 oyunda iştirak etdi. Onun oyunu artıq elə də yaxşı deyildi, turnirin sonunda isə siciliyalılar elitanı tərk etdilər. Yuliano müqaviləsinin müddətini artırmadı və indi azad agent statusu ilə klubsuz qalıb. == Nailiyyətləri == Avropa birinciliyinin gümüş mükafatçısı (2000), İtaliya çempionu (1997, 1998, 2002, 2003), ölkə Superkubokunun qalibi (1997, 2002, 2003), Avropa Superkuboku (1996) və Qitələrarası Kubokun sahibi (1996).
Mayko (ad)
Mayko — ad. Mayko Nakaoka — Mayko Nasu — Digər Mayko — geyşanın tələbəsinin adı və ya cavan geyşalara verilən ad yap. geyko geyşaların adı.
Mayko Nakaoka
Mayko Nakaoka (d. 15 fevral 1985) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 14 oyun keçirib.
Mayko Nasu
Mayko Nasu (d. 31 iyul 1984) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Marko Roys
Marko Roys (31 may 1989, Dortmund, Şimali Reyn-Vestfaliya) — Almaniya Bundesliqasında çıxış edən Borussiya Dortmundun futbolçusu.