Marko Simone (it. Marco Simone ; 7 yanvar 1969, Castellanza, İtaliya) — İtaliyalı keçmiş futbolçu. Əsasən hücumçu və yarımmüdafiəçi kimi çıxış edib. Hal hazırda məşqçi kimi fəaliyyət gödtərir.
Marko Simone | |
---|---|
it. Marco Simone | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 7 yanvar 1969[1][2] (55 yaş) |
Vətəndaşlığı | |
Boyu | 170 sm |
Çəkisi | 68 kq |
Mövqeyi | cinah yarımmüdafiəçisi[d] |
Vikianbarda əlaqəli mediafayllar |
"Milan", "PSJ" və "Monako" klublarında oynaması ilə tanınır. Futbolçu İtaliya millisində 4 oyun keçirib.
İtaliya (1992, 1993, 1994 və 1996-cı illərdə "Milan"ın heyətində) və Fransa çempionu (2000-ci ildə "Monako"nun heyətində), Çempionlar Kubokunun (1990 və 1994), Avropa Superkubokunun (1989 və 1994), Qitələrarası Kubokun (1989) qalibi olub. Həmçinin Fransa Kuboku və Fransa Liqa Kubokunu (1998) qazanıb.
Marko İtaliya A Seriyasında 11 yanvar 1987-ci ildə "Komo" klubunun heyətində debürt edib.[3] A seriyasında bir neçə oyundan sonra o, C1 seriyasında çıxış edən "Alzano" klubuna icarəyə verilib. Bu klubda Simone 1987/88 mövsümündə 15 qol vurub və mövsümün sonunda C1 seriyasının bombardiri olub. "Komo"da 3 mövsüm keçirdikdən sonra, futbolçu klub səviyyəsində əsas uğurlarını qazandığı İtaliya nəhəngi "Milan"a transfer olunur. "Milan"da ardıcıl 8 mövsüm forma geydikdən sonra Fransaya yollanan futbolçu, burada "PSJ", "Monako" klublarda forma geyinib.
Karyerasını başa vurduqdan sonra o, İtaliyanın "Leqnano" futbol klubunun direktoru təyin edilib. 2009-cu ildən o, həm də "AS Monako" üçün bazar məsləhətçisi vəzifəsini yerinə yetirir.[4] Sonradan Marko "Leqnano" klubundakı vəzifəsini tərk edərək, futbol skautuna və FİFA agentinə çevrilir.
12 sentyabr 2011-ci ildə Marko, Jan Petitlə birlikdə "Monako"ya baş məşqçi təyin edilir.
7 noyabr 2013-cü ildə Simone "Lozanna" klubunun məşqçisi təyin edilir. 12 may 2014-cü ildə idman layihəsi onun ambisiyalarını əks etdirmədiyi üçün "Lozanna" ilə əməkdaşlığı davam etdirməmək qərarına gəlir.
13 oktyabr 2014-cü ildə "Lozanna"nın baş məşqçisi olur.[5] Ancaq 2015-ci il martın 24-də ardıcıl 5 məğlubiyyətdən sonra o, vəzifəsindən azad edilib.
25 iyun 2015-ci ildə Fransanın ikinci divizionunda çıxış edən "Tur" komandasının məşqçisi təyin edilir.[6] Marko 14 may 2016-cı ildə,"Tur"da tutduğu vəzifədən istefa verir.[6]
Noyabrın 8-də "Laval" klubunun baş məşqçisi vəzifəsinə təyin edilir.
15 iyul 2017-ci ildə Tunisin yüksək divizionunda çıxış edən "Klub Afriken"in baş məşqçisi təyin edilir.[7]
Mövsüm | Klub | Liqa | Oyun | Qol |
---|---|---|---|---|
1986/87 | "Komo" (İtaliya) | Seriya A | 2 | 0 |
1987/88 | Vireskit (İtaliya) | C1 seriyası | 33 | 15 |
1988/89 | "Como" (İtaliya) | Seriya A | 34 | 6 |
1989/90 | "Milan, (İtaliya) | Seriya A | 21 | 1 |
1990/91 | "Milan, (İtaliya) | Seriya A | 14 | 4 |
1991/92 | "Milan, (İtaliya) | Seriya A | 15 | 7 |
1992/93 | "Milan, (İtaliya) | Seriya A | 13 | 5 |
1993/94 | "Milan, (İtaliya) | Seriya A | 25 | 3 |
1994/95 | "Milan, (İtaliya) | Seriya A | 30 | 17 |
1995/96 | "Milan, (İtaliya) | Seriya A | 27 | 8 |
1996/97 | "Milan, (İtaliya) | Seriya A | 23 | 4 |
1997/98 | PSJ (Fransa) | Liqa 1 | 28 | 13 |
1998/99 | PSJ (Fransa) | Liqa 1 | 31 | 9 |
1999/00 | Monako (Fransa) | Liqa 1 | 34 | 21 |
2000/01 | Monako (Fransa) | Liqa 1 | 30 | 7 |
2001/02 | Monako (Fransa) | Liqa 1 | 5 | 0 |
2002/03 | "Milan, (İtaliya) | Seriya A | 9 | 0 |
2002/03 | Monako (Fransa) | Liqa 1 | 5 | 0 |
2003/04 | "Nitsa" (Fransa) | Liqa 1 | 7 | 0 |