Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nadiyə
Nadiyə (19 iyun 1973, Tur) — fransız müğənnisi, Fransanın yüngül atletika üzrə çempionu. 2005-ci il "Victoires de la Musique" mükafatı laureatıdır. Əlcəzair ailəsində doğulmuşdur. "L'histoire en 16/9" və "Nâdiya" DVD-ləri buraxmışdı.
Nadilə Sultan
Nadilə Sultan (d. 30 sentyabr 1856 - ö. 18 yanvar 1882) - 31. Osmanlı padşahı I Əbdülməcidin Şayəstə Qadınəfəndidən doğulan qızıdır. == Həyatı == Bacısı Mədiha Sultanla eyni ildə dünyaya gəlmişdir. Hələ 5 yaşında ikən atası vəfat etdi və Nadilə Sultan əmisi Sultan Əbdüləzizin hərəminə alınaraq burada böyüdüldü. Gənclik illərində tüberklozdan əziyyət çəkən Nadilə Sultan 6 oktyabr 1876 tarixində Dolmabağça Sarayında Çərkəz Mehmed Paşa ilə evləndi. 18 yanvar 1876 tarixində evliliyinin 6-cı ilində hələ övladı belə olmadan vəfat etdi. Məzarı Yeni Məsciddə yerləşir. Onun ölümündən sonra Çərkəz Mehmed Paşa Sultan Əbdüləzizin qızı Əsma Sultanla evləndi.
Nadiyə Murad
Nadiyə Murad Base Taha (ərəb. نادية مراد باسي طه‎; 10 mart 1994, Koço[d], Neynəvə mühafəzəsi) Almaniyada yaşayan 1993-cü ildə doğulmuş İraqlı Yezidilərdən olan insan hüquqları müdafiəçisi. 2014-cü ildə məmləkəti Koçodan qaçırılaraq üç ay müddətində İraq Şam İslam Dövləti tərəfindən tutulur. Murad, "soyqırım, kütləvi vəhşiliklər və traffikinq (insan alveri) qurbanları olan qadınların və uşaqların həyatlarını və icmalarını sağaltmaq və yenidən qurmaqda köməklik edən" "Nadiyə Təşəbbüsü" təşkilatının yaradıcısıdır. 2018-ci ildə insan haqları üzrə fəallar Nadiyə Murada və Denis Mukveqeyə "cinsi zorakılığın döyüş silahı kimi və silahlı qarşıdurmalarda istifadəsinin sona çatdırılması uğrunda səylərinə görə" Nobel sülh Mükafatına layiq görüldülər. == Erkən həyatı və İŞİD tərəfindən tutulması == Murad, İraqın Səncər qəzasının Koço kəndində anadan olub. Ailəsi, yezidi azlığından olan əkinçi ailəsi idi. 19 yaşında, İraq Şam İslam Dövləti döyüşçüləri kənddəki Yezidi camaatını yaxaladıqda, Murad İraqın şimalındakı Səncar qəzasının Koço kəndində yaşayan bir tələbə idi, Nadiyənin altı qardaşı və ögey qardaşları da daxil olmaqla 600 nəfər öldürülür və gənc qadın və qızlar kölə kimi aparılır. Həmin il, Murad İraq Şam İslam Dövləti tərəfindən İraqda əsir götürülmüş 6.700-dən çox yezidi qadın və qızlarıdan biri idi. O,15 avqust 2014-cü ildə tutuldu.
Semyon Nadson
Semyon Yakovleviç Nadson (rus. Семён Яковлевич Надсон; d. 14 dekabr, 1862, Peterburq – ö. 19 yanvar 1887, Yalta, Ukrayna) — rus şairi. == Həyatı == Semyon Nadson 14 dekabr 1862-ci ildə Rusiya imperiyasının Peterburq şəhərində anadan olmuşdur. Semyon Nadson 19 yanvar 1887-ci ildə Ukraynanın Yalta şəhərində vərəmdən vəfat etmiş və Rusiya imperiyasının Peterburq şəhərində dəfn olunmuşdur. == Yaradıcılığı == Semyon Nadsonun yaradıcılığı xalqçılığın böhranı dövründə qabaqcıl gənclərin əhvali-ruhiyyəsini əks etdirmiş, poeziyasında bədbinlik, vətəndaşlıq kədəri ifadə olunmuşdur. Şeirlərində mövcud ictimai quruluşa, ədalətsizliyə qarşı barışmazlığa çağırsa da, həyatda fəal inqilabi münasibət bəsləyə bilməmişdir. Poeziyasındakı dərin səmimiyyət, şəxsi taleyi şeirlərinin geniş yayılmasına səbəb olmuşdur. S.V.Raxmaninov və başqaları onların bir çoxuna musiqi bəstələtmişdir.
Maykl Nade
Mikael Nade (4 mart 1999-cu ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Sent-Etyen AS klubunda müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == Nade Nade Sent-Etyen AS akademiyası vasitəsilə inkişaf etmişdir. O, Liqa 1-də debütünü Sent-Etyen klubu ilə 20 may 2017-ci ildə Nansi klubuna qarşı oyunda etmişdir.
Mikael Nade
Mikael Nade (4 mart 1999-cu ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Sent-Etyen AS klubunda müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == Nade Nade Sent-Etyen AS akademiyası vasitəsilə inkişaf etmişdir. O, Liqa 1-də debütünü Sent-Etyen klubu ilə 20 may 2017-ci ildə Nansi klubuna qarşı oyunda etmişdir.