Semyon Yakovleviç Nadson (rus. Семён Яковлевич Надсон; d. 14 dekabr, 1862, Peterburq – ö. 19 yanvar 1887, Yalta, Ukrayna) — rus şairi.
Semyon Nadson | |
---|---|
rus. Семён Яковлевич Надсон ing. Semyon Yakovlevich Nadson | |
Doğum tarixi | |
Doğum yeri |
Peterburq Rusiya imperiyası |
Vəfat tarixi | (24 yaşında) |
Vəfat yeri |
Yalta Ukrayna |
Vəfat səbəbi | Vərəm xəstəliyi |
Dəfn yeri |
|
Vətəndaşlığı | Rusiya imperiyası |
Milliyyəti | rus |
Fəaliyyəti | şair |
Fəaliyyət illəri | ?–1887 |
Əsərlərinin dili | rus dili |
Janr | Şeir |
Vikianbarda əlaqəli mediafayllar |
Semyon Nadson 14 dekabr 1862-ci ildə Rusiya imperiyasının Peterburq şəhərində anadan olmuşdur.
Semyon Nadson 19 yanvar 1887-ci ildə Ukraynanın Yalta şəhərində vərəmdən vəfat etmiş və Rusiya imperiyasının Peterburq şəhərində dəfn olunmuşdur.
Semyon Nadsonun yaradıcılığı xalqçılığın böhranı dövründə qabaqcıl gənclərin əhvali-ruhiyyəsini əks etdirmiş, poeziyasında bədbinlik, vətəndaşlıq kədəri ifadə olunmuşdur. Şeirlərində mövcud ictimai quruluşa, ədalətsizliyə qarşı barışmazlığa çağırsa da, həyatda fəal inqilabi münasibət bəsləyə bilməmişdir. Poeziyasındakı dərin səmimiyyət, şəxsi taleyi şeirlərinin geniş yayılmasına səbəb olmuşdur. S.V.Raxmaninov və başqaları onların bir çoxuna musiqi bəstələtmişdir.
Bəzi şeirlərini ("İstiqbal bizimdir", "Danışma", "İrəli" və s.) Abbas Səhhət Azərbaycan dilinə tərcümə etmişdir.