Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Brayan Okonner
Brayan Okonner (29 avqust 1973 və ya 17 iyul 1978, ABŞ) — Forsaj franşizasında Paul Volkerin canlandırdığı uydurma personaj. Brayan Okonner seriyanın ilk filmi olan Forsaj filmində göründü. Filmdə baş rolları Dominik Toretto və Brayan Okonner canlandırıb. Dövlət agenti olan Brayn sevdiyi qadın Mia Torettonun qardaşı ilə iş içərisinə girib və agentlikdən qovulub. Roman Pirs ilə uşaqlıq dostudur. Brayan Okonner müasir kinonun ən məşhur personajlarından biridir və Paul Volkerə Hollivud ulduzu olmağa imkan verən roldur. O, 2002 və 2014-cü illərdə MTV Film Mükafatlarını Vin Dizellə birlikdə "ən yaxşı ekran işçi qrupu" nominasiyasında qazandı və Paul Volker bu personajla güclü şəkildə eyniləşdi. Brayan Okonnerin obrazı, Forsaj franşizasının uzunömürlülüyünün əsas səbəblərindən biri hesab olunurdu. Paul Volker 30 noyabr 2013-cü ildə avtomobil qəzasında öldükdən sonra personaj təqaüdə çıxdı.
Konni Andersson
Konni Andersson (suah. Conny Andersson; 28 dekabr 1939) — isveçli avtomobil yarışçısı, 1972-74-cü illərdə, İsveç Formula 3 çempionatında, 5 dəfə Formula 1 Qran pridə iştirak etmişdir. 1976-77-ci illərdə çıxış etdiyi yarışda bir dəfə də olsun finiş xəttini keçə bilməmişdir. == Bioqrafiya == Gənc yaşlarında motosiklet yarışlarına qoşulsa da, avtomobil yarışlarında çıxış edə bilmirdi. Səbəb vaxt azlığı və ailə biznesinə kömək etmək idi. Avtomobil yarış məktəbini ziyarət etdikdən sonra, bu sahə ilə maraqlanmağa başladı və tezliklə Formula Vee çempionatlarında iştirak etməyə başladı. Daha sonra Formula 3-də iştirak etmək üçün Brebem BT21 əldə etdi. 1970-76-cı illəri əhatə edən bu yarışda o, iki dəfə 1972 və 1974-cü illərdə qalibiyyət, 1973 və 1975-ci illərdə isə ikinci yeri əldə etmişdir. O, Formula 3-də tez tez iştirak etdiyindən, artıq yeni başlayanlara rəhbərlik etməyə başladı. İrəli getməkdə yalnız maddi çətinliklərlə üzləşirdi.
Konni Soyer
Konni Soyer (ing. Connie Sawyer, uşaqlıq adı Rozi Koen (ing. Rosie Cohen; 27 noyabr 1912, Pueblo[d], Kolorado – 21 yanvar 2018, Vudlend-Hillz[d], Kaliforniya) — ABŞ aktrisası. == Həyatı == Konni Soyer 27 noyabr 1912-ci ildə Rumıniyadan olan yəhudi mühacirləri ailəsində anadan olub. Karyerasına komik kimi gecə klublarında başlayıb. Konni Soyer 1959-cu ildə əfsanəvi Frenk Sinatra ilə bir filmdə çəkilib. Aktrisa sonuncu dəfə 2013-cü ildə "Ray Donovan" televiziya filmində miss Sallivan rolunda çəkilib. Konni Soyer 21 yanvar 2018-ci ildə vəfat edib.