Brayan Okonner

Brayan Okonner (29 avqust 1973 və ya 17 iyul 1978, ABŞ) — Forsaj franşizasında Pol Volkerin canlandırdığı uydurma personaj.

Brayan Okonner
ing. Brian O'Conner
Forsaj personajı
İlk görünmə Forsaj (2001)
Son görünmə Forsaj 7 (2015)
Yaradan Qri Skut Tompson
Erik Berqquist
David Ayer
Canlandıran Pol Volker
Doğum tarixi 17.07.1978
Doğum yeri ABŞ
Mənsubiyyəti Ekipaj üzvləri:
Dominik Toretto
Roman Pirs
Tej Parker
Letti Ortiz
Vins (öldü)
Leon
Cesse (öldü)
Han Lue
Gisele Yaşar (öldü)
Riko Santos
Teqo Leo
Luk Hobbs
Məlumat
Ləqəb(lər)i Brayn Earl Spilner
Cinsi Kişi
Peşə LAPD detektivi (əvvəllər)
FTB agenti (əvvəllər)
Küçə yarışçısı
Avtomobil ustası
Ailə Dominik Toretto
Letti Ortiz
Yakob Toretto
Brayn Markos Toretto
Həyat yoldaşı Mia Toretto
Uşaqlar Cek
Olivia
Milliyyəti amerikalı

Brayan Okonner seriyanın ilk filmi olan Forsaj filmində göründü. Filmdə baş rolları Dominik Toretto və Brayan Okonner canlandırıb. Dövlət agenti olan Brayn sevdiyi qadın Mia Torettonun qardaşı ilə iş içərisinə girib və agentlikdən qovulub.[1] Roman Pirs ilə uşaqlıq dostudur.

Brayan Okonner müasir kinonun ən məşhur personajlarından biridir və Pol Volkerə Hollivud ulduzu olmağa imkan verən roldur. O, 2002 və 2014-cü illərdə MTV Film Mükafatlarını Vin Dizellə birlikdə "ən yaxşı ekran işçi qrupu" nominasiyasında qazandı və Pol Volker bu personajla güclü şəkildə eyniləşdi. Brayan Okonnerin obrazı, Forsaj franşizasının uzunömürlülüyünün əsas səbəblərindən biri hesab olunurdu.[2] Pol Volker 30 noyabr 2013-cü ildə avtomobil qəzasında öldükdən sonra personaj təqaüdə çıxdı.

  1. "Brian O'Conner wikipedia". fastandfurious.wikia.com. 23 oktyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 mart 2022.
  2. "Paul Walker's 'Fast & Furious' Character to 'Retire' in 'Fast & Furious 7'". moviefone.com (ingilis). 5 avqust 2016 tarixində arxivləşdirilib.