Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qalaktika topası
Qalaktika topası tipik kütləsi 1014–1015 günəş kütləsinə bərabər olan cazibə qüvvəsi ilə bir-birinə bağlı yüzdən minə qədər qalaktikadan ibarət bir strukturdur. Bunlar kainatdakı cazibə qüvvəsi bağlı bilinən ən böyük quruluşlardır və supertopaların kəşf edildiyi 1980-ci illərədək kainatdakı bilinən ən böyük quruluşlar olduğuna inanılırdı. Qalaktika topalarının əsas xüsusiyyətlərindən biri interqalaktik mühitdir (ICM). İnterqalaktik mühiti qalaktikalar arasında qızdırılmış qazdan ibarətdir və topanın ümumi kütləsindən asılı olan 2-15 keV arasında pik temperaturu var. Qalaktika topaları qalaktikalar daxilindəki ulduz quruluşları olan ulduz topaları ilə qarışdırılmamalıdır. Kiçik qalaktikaların cəmi qalaktika topası deyil, qalaktika qrupları adlandırılır. Qalaktika topaları və qrupları yığışaraq supertopalar yarada bilirlər. == Əsas xüsusiyyətlər == Qalaktika topaları aşağıdakı xüsusiyyətlərə malikdir: Qlaktika topalarının tərkibində 100-1000 qalaktika, isti rentgen şüası yayan qaz və çox miqdarda qaranlıq maddə var. Üç komponentin paylanması qalaktika topalarında təxminən eynidir eynidır. Kütlələri 1014 - 1015 günəş kütləsinə bərabərdir.
Açıq ulduz topası
Açıq ulduz topası və ya sadəcə açıq topa – eyni molekulyar buluddan meydana gəlmiş bir neçə min ulduzdan əmələ gələn bir ulduz qrupuna verilən addır. == Yerləşməsi == Açıq ulduz topaları əsasən Ağ Yolda toplanmışlar. Bu topaların ulduzlarını ümumi qalaktik fondan ayırmaq çox çətindir. Bunun üçün spektral tədqiqatlar aparmaq, çoxlu sayda ulduzların rəng göstərəcilərini və məxsusi hərəkətlərini öyrənmək lazımdır. Hər bir açıq topanın ulduzları eyni şüa sürətinə və məxsusi hərəkətə malikdir. == Quruluşu == Topalar dağınıqdır və bir mərkəz ətrafında deyil. Açıq topalar ancaq aktiv ulduz quruluşunun olduğu spiralvari və nizamsız qalaktikalarda olurlar. Ümumilikdə bir neçə yüz milyon ildən cavandırlar. Açıq ulduz topalarına misal olaraq Ülkər və Buğa ulduz topalarını göstərmək olar. Ülkər ulduz topası baş ardıcılığın ulduzlarından ibarətdir (bu topada nəhəng və ifrat nəhəng ulduzlar çox azdır).
Kürəşəkilli ulduz topası
Kurəşəkilli ulduz topaları və ya sadəcə kürəşəkilli topa – çoxlu sayda ulduzlardan ibarət olan, qravitasiya ilə bir-birinə sıx bağlı olan və qalaktik mərkəzin ətrafında peyk olaraq fırlanan ulduz topalarıdır.
Ülkər (ulduz topası)
Ülkər — Buğa bürcündə və Yerdən 440 işiq ili uzaqlığında yerləşən açıq ulduz topasıdır. Ulduz toplusunun yaşı təxminən 60-100 milyon ildir. Ulduz topası 250 milyon ildən sonra məhv olacaq. Bu ulduz topasında 1000 - dən çox ulduz olduğu ehtimal olunur.
Oqast Karl Rayşauer
Oqast Karl Rayşauer (ing. August Karl Reischauer; 4 sentyabr 1879, Consboro[d], İllinoys – 10 iyul 1971) – amerikalı presviterian missioneri. Yaponiyadakı fəaliyyətinə görə tanınır. 1918-ci ildə Tokio Qadınlar Xristian Universitetinin, 1920-ci ildə isə həyat yoldaşı ilə birlikdə Yaponiya Karlar Danışıq Məktəbinin əsasını qoymuşdur. == Həyatı == Oqast Karl Rayşauer 1879-cu ildə ABŞ-nin İllinoys ştatının Consboro şəhərində doğulmuşdur. 1902-ci ildə Hanover kollecindən, 1905-ci ildə isə Makkormik Teologiya Seminariyasından məzun olduqdan sonra Yaponiyaya getmişdir. Rayşauer xristianlığın digər dinlərlə əlaqəsi ilə maraqlandığı üçün 1917-ci ildə "Yaponiyada buddizm tədqiqatları" adlı elmi işini nəşr etdirmişdir. O, həmçinin Yaponiyada təkrarlanan protestant missionerlik cəhdlərini aradan qaldırmağa və məzhəb seminariyalarını möhkəmləndirməyə cəhd etmişdir. 1917-ci ildə Nyu-York Universiteti tərəfindən fəxri dərəcə ilə təltif olunmuşdur. 1941-ci ildə Yaponiyanı tərk etmiş və bir neçə il Nyu-York şəhərindəki Birlik Teologiya Seminariyasında müqayisəli dinlər mövzusunda dərslər vermişdir.
İnvestisiya trast fondu