Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ofisiant (film)
Ofisiant (ing. Waitress) — 2007-ci il ABŞ istehsalı komediya-dram filmi. Rejissoru və ssenari müəllifi Edriyen Şellidir. Baş rolda Keri Rassell çəkilib. Film ərinin zorakılığından bezmiş, qətiyyən layiq olmadığı bir həyat yaşayan və hazırda hamilə olan ofisiant qadın Cennanın hekayəsindən bəhs edir. Onun ən böyük arzusu qazandığı pulla ondan qurtulmaqdır. Filmin premyerası 2007-ci ildə Sandens Film Festivalında baş tutdu, daha sonra film həmin ilin 2 may tarixində Fox Searchlight Pictures tərəfindən ABŞ-də məhdud sayda kinoteatrlarda nümayiş olundu. == İstinadlar == == Xarici keçidlər == Ofisiant — Internet Movie Database saytında.
Toplum TV ofisinə basqın
Toplum TV — Azərbaycanda müstəqil informasiya resursu. == Tarixi == Toplum TV 2016-cı ildən fəaliyyətə başlayan müstəqil informasiya resursudur. Əsas məqsədi insan hüquq və azadlıqlarını, ifadə azadlığını ön planda tutaraq cəmiyyətin obyektiv informasiya ilə təmin olunmasına xidmət etməkdir. Sayt həmçinin Demokratik Təşəbbüslər İnstitutunun (IDI) "Demokratiya Məktəbi" proqramının jurnalistika təlimlərində iştirak edən gənclərin peşəkarlıqlarını artırmaq üçün platforma rolunu oynayır.[mənbə göstərin] === Ofisə basqın === 2024-cü il martın 6-da Daxili İşlər Nazirliyi tərəfindən Toplum TV müstəqil media platformasının yerləşdiyi ofisə basqın edildi. Basqın nəticəsində media qurumunun 10-dan çox işçisi saxlanılmışdır. İstintaq işi hazırda davam edir.