Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Oberna
Qoyunqulağı (lat. Silene) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinə aid bitki cinsi.
Bernat Desklot
Bernat Desklot (kat. Bernat Desclot; 1240, güm. Kastelnu[d] – 1280) — katalan tarixçi, xronikaçı. Onun Araqonlu III Pedronun hakimiyyəti (1276–1285) haqqında yazdığı əsər 4 "Möhtəşəm katalan xronikası"ndan biridir. Bu xronikalarla XIII-XIV əsrdə Araqon koronasındakı və Kataloniyadakı hərbi və siyasi vəziyyəti öyrənmək mümkündür. Əsər həmçinin Araqon səlib yürüşü haqqında da məlumat verir. Desklotun "Xronikalar"ında hadisələr XI əsrdə başlayır, amma ən maraqlı hissəsi onun yaşadığı dövrü təsvir etdiyi hissədir. Onun ədəbi modeli romans idi. Əsərində mərkəzi personajların drammatik monoloqlarına və təsirli epizodlara yer vermişdi. Məsələn, Pedronun qardaşı Malyorkalı II Xamesin kanalizasiya borusu vasitəsilə Perpinyan şəhərindəki qaladan qaçması kimi.
Bernat Lomero
Ozerna mağarası
Ozerna (ukr. Озерна) ― qərbi Ukraynanın Ternopol vilayətində, Strilkivtsi (ukr. Стрілківці) kəndi yaxınlığında yerləşən mağara. Ozerna nəhəng mağara sisteminin bir hissəsidir və 140 490 (2017) metrdən çox araşdırılmış keçidləri ilə dünyanın ən uzun mağaralarından biridir. Mağara paytaxt Kiyevin təxminən 450 kilometr (280 mil) cənub-qərbində, Borşçiv rayon mərkəzinin isə 5.5 kilometr (3.4 mil) cənubunda yerləşir. Ozerna II Dünya müharibəsi dövründə, Holokost zamanı yəhudi qaçqınlar tərəfindən sığınacaq olaraq istifadə edilmişdir. == Sığınacaq kimi == 1942-1944-cü illərdə, nasist işğalı zamanı burada və yaxınlıqdakı Verteba mağarasında bir neçə yəhudi ailəsi yaşayırdı. Bu insanlardan bəziləri mağaradan 344 gün boyunca heç vaxt ayrılmamış və bu, mağarada məskunlaşma üçün qeyd eolunan ən uzun müddət olmuşdur. Bu mağaralarda gizlənən yəhudilərin bir qismi nasistlər tərəfindən tutularaq öldürülsə də, onlardan otuz səkkizi 1944-cü ilin aprelində ərazi Qırmızı Ordu tərəfindən azad edilənə qədər xilas olmağı bacarmışdır. Bu insanlar əgər bu mağaralarda sığınacaq axtarmasaydılar, demək olar ki, sağ qalmayacaqdılar.
Volfqanq Overat
Volfqanq Overat (alm. Wolfgang Overath‎) — alman futbolçu. Almaniya millisinin oyunçusu olub. FIFA dünya çempionatlarında 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.
Overnayt faiz dərəcəsi
Overnayt faiz dərəcəsi (ing. overnight rate, O/N) — bir iş günü üçün əmanət üzrə faiz dərəcəsi. Overnayt müddətə qoyulmuş vəsait növbəti iş günündə qaytarıla bilər. Növbəti təqvim günü həftəsonu və ya tətildirsə, geri qaytarma onlardan sonrakı ilk iş günündə baş verir. == Overnayt depozitləri == Overnayt depozitlər adətən böyük əmanətlərdir. Onlar bir-birindən banklar, eləcə də iri korporativ müştərilər və maliyyə institutları tərəfindən yerləşdirilir. Overnayt depozitləri banklararası və pul bazarlarında geniş yayılmışdır, burada onun iştirakçıları yüksək likvidliyi və qısamüddətli aktivlərin etibarlılığını qorumalıdırlar. Overnayt əmanətləri üzrə faiz dərəcəsi orta hesabla müddətli depozitlərdən (bir həftədən çox müddətə) aşağıdır, lakin tələb olunan hesablardan (cari hesablar) daha yüksəkdir. == Overnayt amilləri == Bankların əməl etdiyi məcburi ehtiyat tələbləri və likvidlik tələbləri əsasən overnayt dərəcəsinin cari səviyyəsini müəyyən edir. Banklardan cəlb edilmiş müştəri depozitlərinin bir hissəsini mərkəzi bank hesablarında və ya likvid aktivlərin müəyyən kateqoriyasında saxlamaq tələb olunur.