Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Paradəniz
Paradəniz — Göksu deltasında Mersin ili sərhədləri daxilində yerləşən laqun mənşəli göl. Deltadakı dörd göldən biridir. == Coğrafiya == Göksu çayının Akdənizə töküldüyü sahənin qərbində yerləşir. Sahəsi 600 hektardır. Şimal-şərqdə Arkum, şimalda Qurtuluş məhəllələri, qərbdə deltanın digər böyük gölü olan Ağgöl yerləşir. Balıqçıların açdığı kanalla iki göl (Ağgöl və Paradəniz) birləşdirilmişdir. Paradənizin suları az duzludur, 0,2–0,3%-dir. Laqunu Akdənizdən ayıran qum təpəliklərində iki dəniz tısbağası növü yumurta qoyur. Paradəniz ilə Akdəniz arasında Qu quşu gölü (türkcə: Kuğu gölü), Paradənizin şərqində isə olduqca duzlu olan Arapalanı gölü yerləşir. == Geologiya == Göl şimal-şərq və cənub-qərb istiqamətində uzanır.
Posadnıy
Posadnıy — Şərqi Sibir dənizində yerləşən Anju adaları qrupuna daxil olan elədə böyük olmayan ada. İnzibati cəhətdən Yakutiyanın Bulunski ulusu ərazisinə daxildir. Bunqe Torpağı yarımadasının cənub-qərb qutaracağı yaxınlığında, Malıginsev buxtasının girəcəyində, Sannikov boğazında yerləşir. Qərbdən şərqə uzanmış formadadır. Maksimal hündürlüyü 2 metr təşkil edir. Ada çoxlu sayda qollarda bölünmüşdür. Qumla örtülmüşdür.
Nikolay Zarudnıy
Vinko Paradzik
Zapadnıy adası
Zapadnıy adası — ada Şimal Torpağının cənubunda yerləşir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisində yerləşir. Ada Opasnıe adalarına daxildir. Zapadnıy adasından şərqdə Vostoçnıy adası yerləşir. Yaxınlığındakı adalar: Bolşevik — 45 km şərqdə, Oktyabr İnqilabı adası — 50 km şimalda, Krasnoflotskie adaları — 25 km şimal-şərqdə. Ada Kara dənizinin şelf zolağı ilə uzanan sualtı silsilənin səthə çıxdığı yerləşir. Ada üzərində naviqasiya işarəsi quraşdırılmışdır.
Planetlərin paradı
Planetlərin paradı — Günəş sistemi planetlərinin bir neçəsinin Günəşə nəzərən eyni istiqamətdə kiçik bir sektorda yerləşməsini nəzərdə tutan astronomik hadisə. Səma cisimlərinin ekliptik uzunluq üzrə maksimal yaxınlaşması birləşmə adlanır. 10 mart 1982-ci ildə çox nadir hadisə qeydə alınmışdır. Günəş sistemindəki 9 planetin hamısı Günəşdən eyni tərəfdə, 95 dərəcə bucaqlı sektorda toplaşıblar.
Qələbə Paradı
1945 Moskva Qələbə Paradı
Lüdmila Bobrus-Poradnik
Lüdmila Konstantinovna Bobrus-Poradnik (qızlıq soyadı: Bobrus; d. 11 yanvar 1946; Kiyev, Ukrayna) — Sovet İttifaqını təmsil edən Ukraynalı sabiq həndbolçu. Lüdmila Bobrus, Sovet İttifaqının yığması ilə birgə 1976 Monreal Olimpiadasında və 1980 Moskva Olimpiadasında qızıl medal qazanıb. Lüdmila Bobrus, həm də Dünya Çempionatlarında 2 gümüş və 1 bürünc medala sahib olub. == Karyerası == Lüdmila Bobrus, 1976-cı ildə Sovet İttifaqının yığması ilə birgə Kanadanın Monreal şəhərində baş tutan XXI Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların son turunda Sovet İttifaqının yığması, Şərqi Almaniya yığmasını 14:11 hesabı ilə məğlub etdi və XXI Yay Olimpiya Oyunlarının çempionu oldu. Lüdmila Bobrus növbəti dəfə Olimpiya Oyunlarına, 1980-ci ildə elə Sovet İttifaqının Moskva şəhərində baş tutan XXII Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların son turunda Sovet İttifaqının yığması, yenə Şərqi Almaniya yığmasını 18:13 hesabı ilə məğlub etdi və XXII Yay Olimpiya Oyunlarının çempionu oldu.
Nikolay Alekseyeviç Zarudnıy
İzmir gey-paradı
İzmir prayd-paradı (türk. İzmir Onur Yürüyüşü) – hər il Türkiyənin İzmir şəhərində 2013-cü ildən keçirilən prayd-parad və festival. == Tarixi == İzmir prayd-paradı ilk dəfə 2013-cü ildə keçirilmişdir. 30 iyun 2013-cü ildə LGBT tərəfdarları Alsancak limanında toplaşaraq Kipr şəhidləri küçəsi boyunca yürüş etmiş və "Biz Zeki Mürenin əsgərləriyik", "Biz Freddi Merkyurinin əsgərliriyik" kimi şüarlar səsləndiriblər. Lakin 2019-cu ildə İzmir prayd-paradı İzmir hökuməti tərəfindən qadağan olunmuşdur. İzmir Advokatlığı məhkəməyə müaraciət edərək bu qadağanın qanunsuz olduğunu və ləğv olunmalı olduğunu bildirmişdir. Məhkəmə qadağanı qaldırmaq qərarına gəlmişdir. Bu qərardan sonra İzmir prayd-paradı 22 iyun tarixində yeddinci dəfə təşkil olunmuşdur. Buna baxmayaraq, polislərə parada müdaxilə etmiş və 20-dən çox şəxsi saxlamışdırlar.
İzmir prayd-paradı
İzmir prayd-paradı (türk. İzmir Onur Yürüyüşü) – hər il Türkiyənin İzmir şəhərində 2013-cü ildən keçirilən prayd-parad və festival. == Tarixi == İzmir prayd-paradı ilk dəfə 2013-cü ildə keçirilmişdir. 30 iyun 2013-cü ildə LGBT tərəfdarları Alsancak limanında toplaşaraq Kipr şəhidləri küçəsi boyunca yürüş etmiş və "Biz Zeki Mürenin əsgərləriyik", "Biz Freddi Merkyurinin əsgərliriyik" kimi şüarlar səsləndiriblər. Lakin 2019-cu ildə İzmir prayd-paradı İzmir hökuməti tərəfindən qadağan olunmuşdur. İzmir Advokatlığı məhkəməyə müaraciət edərək bu qadağanın qanunsuz olduğunu və ləğv olunmalı olduğunu bildirmişdir. Məhkəmə qadağanı qaldırmaq qərarına gəlmişdir. Bu qərardan sonra İzmir prayd-paradı 22 iyun tarixində yeddinci dəfə təşkil olunmuşdur. Buna baxmayaraq, polislərə parada müdaxilə etmiş və 20-dən çox şəxsi saxlamışdırlar.
1945 Berlin Qələbə Paradı
Berlin Qələbə Paradı — 7 sentyabr 1945-ci ildə İkinci Dünya müharibəsinin başa çatmasından qısa müddət sonra məğlubiyyətə uğramış nasist Almaniyasının paytaxtı Berlində antihitler koalisiyasının iştirakı ilə keçirilmiş parad. Paradda SSRİ, ABŞ, Birləşmiş Krallıq və Fransa iştirak edirdi. 1945-ci ilin iyununda təşkil edilmiş Moskva Qələbə Paradının ardından SSRİ bənzər paradın müttəfiq qoşunları ilə birlikdə keçirilməsini təklif edir. Hələ iyul ayında Berlində Britaniya parad keçirmişdi. Sentyabr paradı Reyxstaq binası və Brandenburq qapısı yaxınlığında baş tutur. Paradda yüksək rütbəli zabitlərdən SSRİ-dən Sovet İttifaqı Marşalı Georgi Jukov, ABŞ-dən General Corc Smit Patton, Birləşmiş Krallıqdan General Brayan Robertson və Fransadan General Mari-Pyer Köniq iştirak edirdi. General Dvayt Eyzenhaver və Feldmarşal Bernard Montqomeri parada az müddət qalmış dəvəti rədd etmiş və Patton və Robertsonu nümayəndə qismində göndərmişdilər. SSRİ, ABŞ, Birləşmiş Krallıq və Fransadan ümumilikdə 5,000 nəfərlik qoşun heyəti iştirak edirdi ki, onların təkcə 2,000 nəfəri Sovetləri təmsil edirdi. Şəxsi heyətin keçidi ilə başlanan parad zirehli texnikaların nümayişi ilə davam etdirildi. Hərbi heyətə SSRİ 248-ci Piyada Diviziyası, Fransanın 2-ci Piyada Diviziyası, İngilis 131-ci Piyada Briqadası və ABŞ-nin 82-ci Hava-desant Diviziyası daxil idi; mövcud qüvvələr ilk növbədə yerli qarnizonlardan gəlirdi.
1945 Moskva Qələbə Paradı
24 iyun 1945-ci ildə Moskvada Qırmızı Meydanda Qələbə Paradı — Böyük Vətən Müharibəsində SSRİ-nin Almaniya üzərində qələbəsi şərəfinə Moskvada keçirilən tarixi hərbi parad. == İstinadlar == [1] Arxivləşdirilib 2007-04-20 at the Wayback Machine, [2], [3] — фотографии с Парада Победы Фото Евгения Халдея: Парад победы, правофланговый.
2020 Bakı Qələbə Paradı
2020-ci il dekabrın 10-da Bakıda Azadlıq Meydanında Qələbə Paradı və ya Zəfər Paradı — İkinci Qarabağ Müharibəsində (Vətən Müharibəsində) Azərbaycanın qələbəsi şərəfinə Bakıda keçirilən tarixi hərbi parad. Paradda 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı və türk əsgər və zabitləri də iştirak etmişdir. Paradı Azərbaycan Silahlı Qüvvələrinin ali baş komandanı Azərbaycan Prezidenti İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir. Parada Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi və müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev komandanlıq etmişdir. Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı parada gətirilmişdir.. Müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş olunmuşdur. Azadlıq Meydanında keçirilən hərbi paradda 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdir. Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanla yanaşı, tədbirdə yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusların nümayəndələri də iştirak etmişdilər. Hərbi parad Bakı sakinlərində böyük maraq doğurmuşdu, şəhərin müxtəlif yerlərində toplaşan və COVID-19 ilə əlaqəli qaydalara baxmayaraq paradı yaxından izləməyə çalışmışdılar. Qələbə Paradının ssenari müəllifi və aparıcısı, əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani olmuşdu.
Edinburq hərbi orkestr paradı
Edinburq kral hərbi orkestr paradı (ing. Royal Edinburgh Military Tattoo) — hər il avqust ayında Edinburq qalasında keçirilən hərbi parad. Şəhərə gələn bir çox dövlətlərin hərbi orkestrləri təntənəli marşla həmin meydanda hərəkət edirlər. Paradı tuluq zurnası çalan Şotlandiya hərbçiləri açır.
2023 Xankəndi Zəfər Paradı
2023 Xankəndi Zəfər Paradı və ya Qələbə Paradı — İkinci Qarabağ Müharibəsində (Vətən Müharibəsində) Azərbaycanın əldə etdiyi zəfərin üçüncü ildönümünə həsr olunan Xankəndidə keçirilən tarixi hərbi parad. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev paradda iştirak ediblər. == Parad günü == Parad Zəfər Günündə — 8 noyabr 2023-cü ildə Xankəndi şəhərində baş tutmuşdur. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev parada qatılmışdır. Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi. Dövlət başçısı şəxsi heyəti salamladı. Daha sonra Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan hərbçilərin xatirəsi bir dəqiqə sükutla yad olundu. Ardınca Azərbaycanın Dövlət Himni səsləndirildi və İlham Əliyev paradda çıxış etdi. === Parad heyətləri === Parada Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev başçılıq etmişdir. Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin parad heyətinə Vətən Müharibəsi Qəhrəmanı, general-leytenant Hikmət Mirzəyev başçılıq etmişdir.
Moskva Qələbə Paradı (24 iyun 1945)
24 iyun 1945-ci ildə Moskvada Qırmızı Meydanda Qələbə Paradı — Böyük Vətən Müharibəsində SSRİ-nin Almaniya üzərində qələbəsi şərəfinə Moskvada keçirilən tarixi hərbi parad. == İstinadlar == [1] Arxivləşdirilib 2007-04-20 at the Wayback Machine, [2], [3] — фотографии с Парада Победы Фото Евгения Халдея: Парад победы, правофланговый.
XI qırmızı ordu hissələrinin Bakıda paradı (film, 1920)