Paradəniz — Göksu deltasında Mersin ili sərhədləri daxilində yerləşən laqun mənşəli göl. Deltadakı dörd göldən biridir.
Paradəniz | |
---|---|
Yerləşməsi | |
36°17′40″ şm. e. 33°59′52″ ş. u. | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Göksu çayının Akdənizə töküldüyü sahənin qərbində yerləşir. Sahəsi 600 hektardır.[1] Şimal-şərqdə Arkum, şimalda Qurtuluş məhəllələri, qərbdə deltanın digər böyük gölü olan Ağgöl yerləşir. Balıqçıların açdığı kanalla iki göl (Ağgöl və Paradəniz) birləşdirilmişdir. Paradənizin suları az duzludur, 0,2–0,3%-dir.[2] Laqunu Akdənizdən ayıran qum təpəliklərində iki dəniz tısbağası növü yumurta qoyur.[3]
Paradəniz ilə Akdəniz arasında Qu quşu gölü (türkcə: Kuğu gölü), Paradənizin şərqində isə olduqca duzlu olan Arapalanı gölü yerləşir.
Göl şimal-şərq və cənub-qərb istiqamətində uzanır. Şərq sahili Akdəniz sahilinə təqribi 50 km uzaqlıqdadır və paralel yerləşir. Şimal-şərqdə dar kanal vasitəsilə Akdənizə bağlanır. Gölə allüvial daşınması nəticəsində dayazlaşma prosesi gedir.
Paradənizin yerləşdiyi Göksu deltası su quşları üçün önəmli nəsilartırma və qışlama sahəsidir. Laqun çevrəsində 302 quş növü müəyyən olunmuşdur. Gölün dənizə bağlantısı təmin edən dar kanal kontrol altına alınaraq dalğıc balıqçılıq həyata keçirilir. Ərazidə mavi yencək ovu önəmlidir. Göl içində heç bir bitki yoxdur.
Ağgöl və Paradənizin yerləşdiyi ərazi vəhşi həyatı qoruma sahəsidir. 1994-cü ildə Paradənizi də əhatə edən 15.000 hektarlıq sahə Ramsar sahəsi elan edilmişdir.
Paradənizdə dəniz levreyi, çipura, itiburun qaragöz, sinaqrit, melanurya, zolaqlı mərcan balığı və sarıgöz yaşayır.[4] Əsasən kefal növləri, sazan, levrek, ilan balığı və çipura ovlanır.