Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Patogen
Patogen (yun. παθογένεια ← πάθος "əzab" + γενετική "yaradan") — istənilən mikroorqanizm (göbələklər, viruslar, bakteriyalar və d.), həm də başqa canlı varlıqda xəstəlik törədən, patoloji xarakter daşıya bilən zülal — priondur. Daha ümumi halda, patogen hər hansı bir orqanizm sisteminə zərər verə bilən və ya hər hansı bir xəstəliyin inkişafına səbəb ola biləcək hər hansı bir ekoloji amil kimi başa düşülür. Patogen mikroorqanizmlər öz sahibinə münasibətdə parazitlik edən mikroorqanizmlərdir (xüsusilə heyvanlarda bakteriyalar, bitkilərdə göbələklər). "Patogen" termini 1880-ci illərdə istifadəyə verilmişdir. Ümumiyyətlə, bu termin virus, bakteriya, protozoy, prion, viroid və ya göbələk kimi yoluxucu mikroorqanizm və ya agenti təsvir etmək üçün istifadə olunur. Bəzi qurdlar və həşərat sürfələri kimi kiçik heyvanlar da xəstəliyə səbəb ola bilər. Bununla belə, bu canlılara bir qayda olaraq, patogen deyil, parazit deyilir. Mikroskopik orqanizmlərin, o cümlədən mikroskopik patogen orqanizmlərin elmi tədqiqi ilə mikrobiologiya məşğul olur. Bu patogenləri cəlb edə bilən xəstəliklərin öyrənilməsiylə isə patologiya məşğul olur.
Halogen
Halogenlər (yun. ἁλός — duz və γένος — mənşə) — VII qrup elementləri (energetik səviyyələrini doldurmaq üçün 1 elektronları çatmayanlar). Halogenlər reaksiya zamanı daha çox elektron alırlar. Bu xassə daha çox flüora aiddir. Halogenlər təbiətdə sərbəst şəkildə tapılmır,yalnız birləşmə şəklində tapılırlar. Xlor ilk dəfə 1774-cü ildə xlorid turşusunun manqan oksidi ilə oksidləşməsindən alınmışdır. Flüor yalnız oksidləşdiricidir, onu duz məhlullarının elektrolizi yolu ilə almaq olar. Flüor yalnız −1 və 0 oksidləşmə dərəcəsi göstərir.Yerdə qalan elementlər isə- xlor, brom, yod −1 — +7 aralağında oksidləşmə dərəcəsi göstərir. Qrup üzrə yuxarıdan aşağı getdikcə (F->Cl->Br->J sırası boyunca); elektromənfilik, oksidləşdiricilik, qeyri-metallıq xassəsi, aktivlik azalır. Atom radiusu, reduksiyaedicilik isə artır.
Paleogen
Paleogen və ya paleogen dövrü — kaynozoy erasının birinci geoloji dövrü; davamiyyəti 40-42 milyon il. Paleogen dövrü alp qırışıqlıq strukturlarının və müasir Pireney, Alp, Karpat, Krım, Qafqaz, Kopetdağ, Pamir, Atlas, habelə Himalay dağlarının mərkəzi hissələrinin geomorfoloji formalaşma döv­rüdür. Paleogen dövrü yerüstü onurğalı heyvanlardan məməlilər inkişaf etmişdir. Qədim yırtıcılar (kreodontlar) səciyyəvidir. Dövrün axırında xüsusiləşmiş cütdırnaqlılar və təkdırnaqlılar, xortumlular və primatlar meydana gəlmişdir. Cənub Amerikada kisəli, natamamdişli və ibtidai meymunların, Avstraliyada isə monotermlərin və kisəlilərin sərbəst inkişaf mərkəzləri yaranmışdır. Primitiv məməlilərin əksəriyyəti dövrün axırında məhvolmuşdur. Dəniz faunasında qarınayaqlı (qastropoda) və ikitayqabıqlı molluskalar inkişaf etmiş, braxiopodlar isə kəskin şəkildə azalmışdır. İri foraminiferlərin (nummulitlər, diskotsiklinlər və orbitoidlər) yeni qrupları xüsusilə geniş inkişaf tapmışdır. Kiçik plankton foraminiferlərin tərkibində əsaslı dəyişikliklər baş vermişdir: tipik qlobigerina və onlara yaxın olan cinslər (qloborotalilər, akarininalar və b.) daha da inkişaf etmişlər.
Patogenez
Patogenez (qədim yunanca πάθος “əzab, xəstəlik” + γένεσις “mənşə, yaranma”) — xəstəliklərin yaranması, inkişafı mexanizmi və onların ayrı-ayrı təzahürləridir. Müxtəlif səviyyələrdə - molekulyar pozğunluqlardan tutmuş bütövlükdə bədəndəki pozğunluqlara qədər nəzərdən keçirilir. Patogenezi öyrənərək, həkimlər xəstəliyin necə inkişaf etdiyini aşkar edirlər. Patogenez doktrinasının təkamülü bütövlükdə tibbin inkişafının son dərəcə vacib hissəsidir. Məhz müxtəlif səviyyələrdə patogenetik proseslərin təsvirinin olması xəstəliklərin inkişafının səbəblərinə daha dərindən nüfuz etməyə və onlar üçün getdikcə daha təsirli terapiya seçməyə imkan verdi. Patogenez məsələləri patoloji fiziologiya, patoloji anatomiya, histologiya və biokimya tərəfindən öyrənilir, heç bir tibb ixtisası patogenez məsələlərini nəzərdən keçirmədən keçinə bilməz. Tipik patogenetik proseslərin sayı məhdud olsa da, onların birləşmələri və gedişatının şiddətinin nisbəti bir çox məlum xəstəliklər üçün unikal klinik şəkillər yaradır. Tipik patogenetik reaksiyaları, onların gedişatını və bir-biri ilə qarşılıqlı əlaqəsini bilməklə, xəstəliyin diaqnozu hələ müəyyən edilməmiş, lakin bədəndə baş verən patoloji dəyişikliklər aydın şəkildə müəyyən edilmiş hallarda belə adekvat terapiya təyin etmək mümkün olur. Beləliklə, diaqnoz qoyulana və etiotrop terapiya başlayana qədər xəstənin vəziyyətini stabilləşdirmək mümkün oldu.
Yatrogen
Yatrogen (q.yun. ἰατρός — həkim + q.yun. γενεά — doğulmaq, törəmək) 1925-ci ildə ilk olaraq alman psixiatoru Bumke (Oswald Conrad Edouard Bumke) tərəfindən təklif olunmuş və xəstənin vəziyyətinin həkimin ehtiyatsız davranışından (fikirin xəstənin anlamayacaq xüsusi leksikondan istifadə etməklə) pisləşməsi mənasını verən tibbi termin. Yatrogen -zay tibbi iş deməkdir. Platonov qeyd edir ki, hansı sahədə çalışmasından asılı olmayaraq həkim yadında saxlamalıdır ki, onun hər bir sözü xəstəyə nalayiq (suggestiv) görünə bilər. Sonradan bu termin tibbdə geniş tətbiqini taparaq, həkimin ehtiyatsızlığı, savadsızlığı, səriştəsizliyi, səhlənkarlığı ucbatından xəstənin səhhətinə əlavə vurulmuş ziyan yartogen hal kimi qiymətləndirilməsinə qərar verilmişdir. Yatrogen hal ya reaksiya bəzən xəstənin bir neçə mütəxəssis tərəfindən müalicə olunmasından da yarana bilər. Qədim bir aforizimdə deyildiyi kimi: "Bir həkim yaxşıdır, iki pis, üç təhşətlidir". Yatrogen xəstəliklər ya arzuolunmaz hallar həkim tərəfindən xəstəyə təyin olunmuş dərman preparatlarının əlavə təsirlərindən də yarana bilər. Hər il dünyada 7 milyon xəstə yatrogen fəsadlardan əziyyət çəkir.
Paleogen dövrü
Paleogen və ya paleogen dövrü — kaynozoy erasının birinci geoloji dövrü; davamiyyəti 40-42 milyon il. Paleogen dövrü alp qırışıqlıq strukturlarının və müasir Pireney, Alp, Karpat, Krım, Qafqaz, Kopetdağ, Pamir, Atlas, habelə Himalay dağlarının mərkəzi hissələrinin geomorfoloji formalaşma döv­rüdür. Paleogen dövrü yerüstü onurğalı heyvanlardan məməlilər inkişaf etmişdir. Qədim yırtıcılar (kreodontlar) səciyyəvidir. Dövrün axırında xüsusiləşmiş cütdırnaqlılar və təkdırnaqlılar, xortumlular və primatlar meydana gəlmişdir. Cənub Amerikada kisəli, natamamdişli və ibtidai meymunların, Avstraliyada isə monotermlərin və kisəlilərin sərbəst inkişaf mərkəzləri yaranmışdır. Primitiv məməlilərin əksəriyyəti dövrün axırında məhvolmuşdur. Dəniz faunasında qarınayaqlı (qastropoda) və ikitayqabıqlı molluskalar inkişaf etmiş, braxiopodlar isə kəskin şəkildə azalmışdır. İri foraminiferlərin (nummulitlər, diskotsiklinlər və orbitoidlər) yeni qrupları xüsusilə geniş inkişaf tapmışdır. Kiçik plankton foraminiferlərin tərkibində əsaslı dəyişikliklər baş vermişdir: tipik qlobigerina və onlara yaxın olan cinslər (qloborotalilər, akarininalar və b.) daha da inkişaf etmişlər.
Pataqon tinamusu
Pataqon tinamusu (lat. Tinamotis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinə aid heyvan cinsi.
Şatolen (rayon)
Şatolen (fr. Châteaulin) — Fransanın Bretan regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Finister. Suprefektura — Şatolen. Rayon əhalisi 2006-cı ildə 84 671 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 47 nəf / km². Rayon sahəsi — 1804 km².
Boris Paton
Boris Yevgenyeviç Paton (ukr. Борис Євгенович Патон, 14 noyabr 1918, Kiyev – 19 avqust 2020, Kiyev) — Metallurgiya və metal texnologiyası sahəsində sovet və ukraynalı alim, texnika elmləri doktoru, professor. 1962-ci ildən Ukrayna Milli Elmlər Akademiyasının prezidenti. 1953-cü ildən - E. O. Paton adına Elektrik Qaynaq İnstitutunun direktoru işləmişdir. Dünyasını dəyişdiyi zaman o, dünyanın ən yaşlı (həm yaşına, həm də səlahiyyət müddətinə görə) dövlət Elmlər Akademiyasının prezidenti, həmçinin Ukrayna Milli Elmlər Akademiyası və Rusiya Elmlər Akademiyasının ən yaşlı (həm yaşına, həm də səlahiyyət müddətinə görə) yaşayan həqiqi üzvü olmuşdur. SSRİ Elmlər Akademiyasının akademiki (1962); Rusiya Mühəndislik Akademiyasının və Beynəlxalq Mühəndislik Akademiyasının fəxri prezidenti olur. İki dəfə Sosialist Əməyi Qəhrəmanı (1969, 1978), Ukrayna Qəhrəmanı (1998) SSRİ-nin əməkdar ixtiraçısı (1983), Lenin mükafatı (1957), 3-cü dərəcəli Stalin mükafatı (1950), SSRİ Nazirlər Sovetinin mükafatı və iki Ukrayna Dövlət Mükafatı (1970, 2004) laureatı. Dörd Lenin ordeni (1967, 1969, 1975, 1978) laureatı. 1952-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü. SSRİ Ali Sovetinin deputatı (1962-1989), Ukrayna SSR Ali Soveti Rəyasət Heyətinin üzvü (1963-1980), Sovet İttifaqı Kommunist Partiyası MK-nin üzvü (1966-1991), Elmlər Akademiyaları Beynəlxalq Assosiasiyanın prezidenti, Roma Klubunun fəxri üzvü.