Bu məqaləni vikiləşdirmək lazımdır. |
Yatrogen (q.yun. ἰατρός — həkim + q.yun. γενεά — doğulmaq, törəmək) 1925-ci ildə ilk olaraq alman psixiatoru Bumke (Oswald Conrad Edouard Bumke) tərəfindən təklif olunmuş və xəstənin vəziyyətinin həkimin ehtiyatsız davranışından (fikirin xəstənin anlamayacaq xüsusi leksikondan istifadə etməklə) pisləşməsi mənasını verən tibbi termin. Yatrogen -zay tibbi iş deməkdir[1]. Platonov qeyd edir ki, hansı sahədə çalışmasından asılı olmayaraq həkim yadında saxlamalıdır ki, onun hər bir sözü xəstəyə nalayiq (suggestiv) görünə bilər[2]. Sonradan bu termin tibbdə geniş tətbiqini taparaq, həkimin ehtiyatsızlığı, savadsızlığı, səriştəsizliyi, səhlənkarlığı ucbatından xəstənin səhhətinə əlavə vurulmuş ziyan yartogen hal kimi qiymətləndirilməsinə qərar verilmişdir. Yatrogen hal ya reaksiya bəzən xəstənin bir neçə mütəxəssis tərəfindən müalicə olunmasından da yarana bilər. Qədim bir aforizimdə deyildiyi kimi: "Bir həkim yaxşıdır, iki pis, üç təhşətlidir". Yatrogen xəstəliklər ya arzuolunmaz hallar həkim tərəfindən xəstəyə təyin olunmuş dərman preparatlarının əlavə təsirlərindən də yarana bilər. Hər il dünyada 7 milyon xəstə yatrogen fəsadlardan əziyyət çəkir. ABŞ da Beynəlxalq səhiyyə təşkilatı tərəfindən apardığ tədqiqatlar göstərmişdir ki, bu halların yarısı qaçılmaz olsa da yarısından qaç mümkündür.[3][4] Böyük Britaniya xəstəxanalarının 1/10-i bu cür xətalara malikdir. Ali tibbi şuranın gəldiyi qənaət bundan ibarətdir ki, bura əsasən təcrübəsiz – assistent həkimlərin ilk illər buraxdıqları səhvlər aiddir. Təcrübəli mütəxəssis həkimlərin səhvləri halların kiçik bir qismini təşkil edir.[5] Bu tədqiqat zamanı bir həftə ərzində 19 xəstəxana üzrə 120000 təyinat yoxlanılmış, bunlardan 11000-dən çoxunda (8,9%) səhv və yanlışlıqlara rast gəlinmişdir. Bundan da hər 1/60 -i isə potensial olaraq öldürücü xarakter daşımışdır. Demək olar ki hər 10 təyinat planından biri səhv olmuşdur. Daha maraqlısı odur ki, hər 20 baş həkimin təyinatlarından biri xətalı olmuşdur. Bu səhv və səhlənkarlıqların əksəriyyəti də xəstəxanalardakı tələm-tələsik və qaça-qaç iş rejimindən irəli çıxır. Buna görə də müəllifin fikrincə xəstəxanaların yeni yanaşma tərzlərinə ehtiyacları vardır.[6]
Tibb haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |