Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pelister Milli Parkı
Pelister Milli Parkı (mak. Национален парк Пелистер) — Şimali Makedoniya Respublikasının cənubunda, Bitola bələdiyyəsində yerləşən milli park. == Coğrafiya == Milli park Baba dağı massivində yerləşir və sahəsi 171,5 km2-dir. Milli parkın hündürlüyü 927 ilə 2 601 metr arasında dəyişir və flora və fauna ilə zəngindir. Floraya Senozoy dövründən qalma və Balkan yarımadasında bir neçə dağda yetişən nadir Pinus peuce də aiddir. Parkda bir çox heyvan növü yaşayır: ayı, canavar, cüyür, qarapaça, maral, dovşan, bir neçə qartal növü, vəhşi qaban, kəklik və endemik Makedoniya Pelaqoniya alabalığı. == Xüsusiyyətləri == Pelister Milli Parkı Movrovo Milli Parkından sonra ölkənin ikinci ən böyük, amma ən qədim milli parkıdır. Milli park Makedoniyanın ən turistik məkanlarından biridir və Popova Şapka, Doyran, Ohrid, Prespa və Kruşevo boyunca xizək kurortları ilə tanınır. Burada Pelaqoniya dərəsi, Prespa gölü, Nidje, Qaliçitsa, Yakupitsa dağları, Bitola şəhəri yerləşir. Pelister ən çox dağ gölləri ilə tanınır və onları "Pelisterin gözləri" adlanıdırırlar.
Polislər və Robbersonlar (film, 1994)
Polislər və Robbersonlar (ing. Cops & Robbersons) — 1994-cü ildə istehsal olunmuş komediya filmidir. Film naməlum büdcə ilə $11,391,093 milyon gəlir əldə etmişdir. Filmin adı bir çox ölkələrdə müxtəlif adlarla adlandırılmışdır. Film Rusiyada "Faraonlar və Robbersonlar" kimi tanınır. == Məzmun == Polislər soyuqqanlı qatil Osbornun Robbersonlar ailəsinə məxsus binanın ətrafında yaşadığı öyrənən zaman bu ailənin başçısı Norman Robberson ilə qatili tutmağa çalışırlar. İşin əvvəlində Normanın ailəsinin bundan xəbəri olmur. Amma polis olan Ceyk Stounun köməkçisi Toni Murun yanlışlığı ucbatından bütün ailə bundan xəbər tutur. Bu zaman ailə polislərə kömək etməyə razı olur. Robbersonlar ailəsi qəribə olmaları ilə seçilirlər.