Pelister Milli Parkı

Pelister Milli Parkı (mak. Национален парк Пелистер) — Şimali Makedoniya Respublikasının cənubunda, Bitola bələdiyyəsində yerləşən milli park.[1]

Pelister Milli Parkı
mak. Национален парк Пелистер
Milli parkdan mənzərə
Milli parkdan mənzərə
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi 171,5 km2 ha
Yaradılma tarixi 30 noyabr 1948
Yerləşməsi
40°58′52″ şm. e. 21°11′28″ ş. u.HGYO
Ölkə
Rayon Bitola bələdiyyəsi
Yaxın şəhər Bitola
park-pelister.com
Pelister Milli Parkı xəritədə
Pelister Milli Parkı
Pelister Milli Parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Pinus peuce

Milli park Baba dağı massivində yerləşir və sahəsi 171,5 km2-dir. Milli parkın hündürlüyü 927 ilə 2 601 metr arasında dəyişir və flora və fauna ilə zəngindir. Floraya Senozoy dövründən qalma və Balkan yarımadasında bir neçə dağda yetişən nadir Pinus peuce də aiddir. Parkda bir çox heyvan növü yaşayır: ayı, canavar, cüyür, qarapaça, maral, dovşan, bir neçə qartal növü, vəhşi qaban, kəklik və endemik Makedoniya Pelaqoniya alabalığı.

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Pelister Milli Parkı Movrovo Milli Parkından sonra ölkənin ikinci ən böyük, amma ən qədim milli parkıdır. Milli park Makedoniyanın ən turistik məkanlarından biridir və Popova Şapka, Doyran, Ohrid, Prespa və Kruşevo boyunca xizək kurortları ilə tanınır. Burada Pelaqoniya dərəsi, Prespa gölü, Nidje, Qaliçitsa, Yakupitsa dağları, Bitola şəhəri yerləşir. Pelister ən çox dağ gölləri ilə tanınır və onları "Pelisterin gözləri" adlanıdırırlar. Böyük göl dəniz səviyyəsindən 2 218 m, Kiçik göl isə 2 180 m hündürlükdədir. Burada bir çox çayın mənbəyi yerləşir. Milli parkın iqlimi dəyişkəndir.

  1. "Arxivlənmiş surət". 2015-04-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-06.