Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Polonium
Polonium (Po) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 84-cü element. == Tarixi == XIX əsrin son illərində Mariya Küri və Pyer Küri cütlüyü tərəfindən uran və radium elementlərinin parçalanmasından alınmışdır. Mariya Küri bu elementi öz vətəni olan Polşanın şərəfinə adlandırmışdır. Xalkogenlər qrupuna aiddir. Polonium nadir elementdir, yer qabığında onun miqdarı 2.10–15 % -dır.2006-cı ilə qədər kütlə miqdarının 188–220 diapazonundain əvvələrinə diapazonunda poloniumun 33 izotopu məlum idi. == Fiziki xassələri == Polonium – gümüşü-ağ rəngli yumşaq metaldır. == Kimyəvi xassələri == Kimyəvi xassələrinə görə polonium tellura yaxındır. Birləşmələrdə tellur kimi oksidləşmə dərəcəsi −2. +2, +4, +6 – dır. Havada polonium oksidləşir: PoO, РоО2, PoO3 oksidləri məlumdur.
Əli Vyaçeslav Polosin
Əli Vyaçeslav Sergeyeviç Polosin - İslamı qəbul etmiş rus və tanınmış alimdir. == Həyatı == Vyaçeslav Serqeyeviç Polosin 1956-cı ilin iyun ayının 26-da Moskva şəhərində dünyaya gəlmişdir. Milliyyətcə rusdur. Fəlsəfə elmləri üzrə doktor və politologiya üzrə isə namizəddir. 1978-ci ildə Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini “sosiologiya” ixtisası üzrə bitirmişdir. Diplomu: “Maks Veberin “kapitalizmin ruhu” konsepsiyasının tənqidi” olmuşdur. == Rus Pravoslav Kilsəsində fəaliyyəti == 1980-ci ildə pravoslav kilsəsində qiraətçi kimi işə başlamış, 1983-cü ildə isə Moskva Ruhani seminariyasını bitirmişdir. 1983-1985 illər arası Orta Asiyada keşiş kimi fəaliyyət göstərərək, Düşənbə şəhərindəki kilsələrin birində baş keşiş vəzifəsini icra etmişdir. 1985-ci ildən 1988-ci ilə kimi Rus Pravoslav kilsəsinin nəşriyyat şöbəsinin ştatdankənar əməkdaşı olmuşdur. 1988-ci ildən 1991-ci ilə kimi Kaluqa vilayətinin Obninsk şəhərindəki kilsədə protoierey (baş keşişi) vəzifəsində çalışmışdır.