Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Su polosu
Su polosu və ya vaterpolo - su idmanı oyunu. İki komanda arasında hovuzda, topdan istifadə etməklə keçirilir. Oyun 4 hissədən ibarət olur. Və hər bir hissədə hər iki komanda rəqib qapısından top keçirməyə çalışırlar. Rəqib qapısına daha çox top vuran komanda qalib hesab edilir. Komanda 6 oyunçu və 1 qapıçıdan təşkil olunur. Əlavə olaraq komandalarda qapıçı əvəzedicisi də daxil olmaqla əvəzedicilər də ola bilər. Su polosu bir qayda olaraq dərin ( adətən 1.8m. ) hovuzlarda oynanılır və bu oyunu oynayanlar xeyli dözümlülüyə malik olmalıdır.
Rodoslu Kolossun heykəli
Rodos nəhəngi — qədimdə "dünyanın yeddi möcüzəsi"ndən biri sayılan, 36 metr hündürlüyə malik olmuş nəhəng abidə. E.ə. III əsrdə sərkərdə Demetri Rodos adasına hücum etmiş, lakin rodosluları məğlub edə bilməmişdi. Adanın uğurlu müdafiəsi şərəfinə rodoslular adada dünyanın ən böyük heykəlini qoymağı qərara aldılar. == Tarixi == Abidənin yaradılması antik dövrün məşhur heykəltəraşı Lissipin şagirdi Xaresə həvalə olunmuşdur. Xares abidəni 12 il ərzində yaratmışdır. Heykəl 66 il mövcud olmuşdur. Dənizlə şəhər darvazaları arasındakı bazar meydanında qoyulmuş 36 metrlik tunc heykəldə gənc oğlan təsvir olunmuşdu. Onun möhkəm ayaqları azacıq aralı, sağ əli gözlərinin üstündə idi. Başında günəş şüalarının rəmzi olan tac vardı.
Rodoslu Kolosun Heykəli
Əli Vyaçeslav Polosin
Əli Vyaçeslav Sergeyeviç Polosin - İslamı qəbul etmiş rus və tanınmış alimdir. == Həyatı == Vyaçeslav Serqeyeviç Polosin 1956-cı ilin iyun ayının 26-da Moskva şəhərində dünyaya gəlmişdir. Milliyyətcə rusdur. Fəlsəfə elmləri üzrə doktor və politologiya üzrə isə namizəddir. 1978-ci ildə Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini “sosiologiya” ixtisası üzrə bitirmişdir. Diplomu: “Maks Veberin “kapitalizmin ruhu” konsepsiyasının tənqidi” olmuşdur. == Rus Pravoslav Kilsəsində fəaliyyəti == 1980-ci ildə pravoslav kilsəsində qiraətçi kimi işə başlamış, 1983-cü ildə isə Moskva Ruhani seminariyasını bitirmişdir. 1983-1985 illər arası Orta Asiyada keşiş kimi fəaliyyət göstərərək, Düşənbə şəhərindəki kilsələrin birində baş keşiş vəzifəsini icra etmişdir. 1985-ci ildən 1988-ci ilə kimi Rus Pravoslav kilsəsinin nəşriyyat şöbəsinin ştatdankənar əməkdaşı olmuşdur. 1988-ci ildən 1991-ci ilə kimi Kaluqa vilayətinin Obninsk şəhərindəki kilsədə protoierey (baş keşişi) vəzifəsində çalışmışdır.
Su polosu arenası (Bakı)
Su polosu arenası — Bakı şəhərinin Səbail rayonunda, əsasən su polosu yarışlarının keçirilməsi üçün nəzərdə tutulan arena. Arena Dövlət Bayrağı Meydanının cənub ucunda yerləşir. Arena təxminən üç min insan üçün nəzərdə tutulmuşdur. 2015-ci ildə arenada 2015 Avropa Oyunları çərçivəsində su polosu yarışmaları keçirildi. == Tarixi == İlk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ilk dəfə olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2013-cü il fevralın 3-də keçirilmiş Oyunların Təşkilat Komitəsinin ilk iclasında Bakıda su polosu arenasının qurulacağını elan etdi. Su polosu arenasının Bakıda Su İdmanları Mərkəzinin yanında inşa ediləcəyi açıqlandı. 2015-ci ildə Avropa Oyunlarının başlamasına qədər fəaliyyətə başlayır.
Su polosu 2017 İslam Həmrəyliyi Oyunlarında
2017 İslam Həmrəyliyi Oyunlarında Su polosu yarışları 13 - 18 may tarixində 1 qruplu dairəvi sistem əsasında keçirilmişdir. Bir mükafat dəsti kişilər arasında oynanmışdır. Təsnifat mərhələsi 7 aprel 2017-ci ildə keçirilmişdir.
2017 İslam Həmrəyliyi Oyunlarında su polosu
2017 İslam Həmrəyliyi Oyunlarında Su polosu yarışları 13 - 18 may tarixində 1 qruplu dairəvi sistem əsasında keçirilmişdir. Bir mükafat dəsti kişilər arasında oynanmışdır. Təsnifat mərhələsi 7 aprel 2017-ci ildə keçirilmişdir.