Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tomislav Knez
Tomislav Knez (serb-xorv. Tomislav Knez; doğum tarixi. 9 iyun 1938-cü il, Ştip şəhəri) — yuqoslaviya futbolçusu, hücumçu. == İdman karyerası == === Klub karyerası === Peşəkar karyerasına 1956-cı ildə, doğma şəhəri olan Banya Lukanın (indiki Bosniya və Herseqovina) «Boras» komandası ilə başlamışdır. Bu komandada Tomislav ardıcıl beş il oynamışdır. üçün çıxışı ilə başlamışdır. Onun bu komandadakı oyunu 1961-ci ildə Dinamo (Zaqreb) futbol klubunun məşqçilər heyətinin diqqətini cəlb etmişdir. 1961-ci ildə Dinamo klubuna keçən Knez 1963 və 1965-ci illərdə iki dəfə Yuqoslaviya Kubokunu qazandı. 1965-ci ildə Avstriyaya köçdü, burada bir mövsüm keçirdikdən sonra Şvehat klubunda oynamağa başladı. Bundan sonra Tomislav paytaxt "Rapid" futbol klubuna keçdi və ilk mövsümdə Avstriya çempionluğunu qazandı.
Tomislav Lopatiç
Tomislav Lopatiç (6 mart 1963, Jelovci[d]) — Yuqoslaviyalı biatlonçu. Tomislav Lopatiç Yuqoslaviyanı 1984-cü ildə Sarayevoda təşkil edilən XIV Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Tomislav Lopatiç birinci dəfə Olimpiya Oyunlarına 1984-cü ildə qatıldı. O, Sarayevoda baş tutan XIV Qış Olimpiya Oyunlarında kişilər 10 km məsafəyə sprint yarışlarında iştirak etdi. Lopatiç 40:18.2 saniyəlik nəticəsi ilə 64 atlet arasında 57-ci yeri tutdu və medalçılar sırasına düşə bilmədi.