Tomislav Knez (serb-xorv. Tomislav Knez; doğum tarixi. 9 iyun 1938-ci il, Ştip şəhəri) — yuqoslaviya futbolçusu, hücumçu.
Tomislav Knez | |||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 9 iyun 1938[1] (86 yaş) | ||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | |||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | |||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | hücumçu | ||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||
Təltif və medalları | |||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||
|
Peşəkar karyerasına 1956-cı ildə, doğma şəhəri olan Banya Lukanın (indiki Bosniya və Herseqovina) "Boras" komandası ilə başlamışdır. Bu komandada Tomislav ardıcıl beş il oynamışdır. üçün çıxışı ilə başlamışdır. Onun bu komandadakı oyunu 1961-ci ildə Dinamo (Zaqreb) futbol klubunun məşqçilər heyətinin diqqətini cəlb etmişdir. 1961-ci ildə Dinamo klubuna keçən Knez 1963 və 1965-ci illərdə iki dəfə Yuqoslaviya Kubokunu qazandı. 1965-ci ildə Avstriyaya köçdü, burada bir mövsüm keçirdikdən sonra Şvehat klubunda oynamağa başladı. Bundan sonra Tomislav paytaxt "Rapid" futbol klubuna keçdi və ilk mövsümdə Avstriya çempionluğunu qazandı. Ancaq Knez tezliklə əsas heyətə nadir hallarda düşə bilirdi və buna görə mövsümün sonunda klubdan ayrıldı. İkinci divizyona keçərək yeddi mövsüm Kapfenbergdə oynadı. Professional oyun karyerasını 1974/75 mövsümünü keçirdiyi Avstriyanın Güssing klubunda başa vurdu.
Yuqoslaviya milli komandası ilə debüt 1 yanvar 1956-cı ildə Mərakeş milli komandası ilə yoldaşlıq oyununda (5–0) baş tutdu. Elə həmin il Fransadakı ilk Avropa çempionatında əsas heyətə düşdü. Burada ilk matçda yarışın ev sahiblərinə qarşı qollardan birini vurdu (5: 4) və komandasının finala çıxmasına kömək etdi. Yuqoslaviyanın SSRİ millisinə məğlub olduğu (1: 2) həlledici görüşdə iştirak etməsə də, komanda ilə birlikdə çempionatın gümüşü qazandı. Yuqoslaviya milli komndası ilə eyni zamanda 1960-cı ildə Romada keçirilən Olimpiya Oyunlarında iştirak etdi. Komandası Misir, Türkiyə, Bolqarıstan, İtaliya və Danimarka milliləri ilə yarışırdı. Tomislav Misir komandasına 2 top, Türkiyə millisinə isə 1 qol vurdu. Bu turnirdə özünün ilk qızıl medalını qazana bildi. Bir il yarım davam edən milli karyerası ərzində ölkənin əsas komandası formasında 14 oyun keçirib və 8 qol vurub.